Məhkəmə qərarları › İş №e-2(014)-1998/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1998/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1998/2025 05.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Honor” markalı iki ədəd qulaqcıqa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 7 manat olmaqla cəmi 119.90 (yüz on doqquz manat, doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 11 fevral 2025-ci il tarixində 14 manat ödəniş etmiş və qalıq qalmış 42.90 (qırx iki manat, doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 64 (altmış dörd) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 64 (altmış dörd) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 6.40 (altı manat, qırx qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən, 07 mart 2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11 sentyabr 2025-ci il tarixinə yaranmış 42.90 (qırx iki manat, doxsan qəpik) manat əsas borc, 6.40 (altı manat, qırx qəpik) manat cərimə borcu, cəmi 49.30 (qırx doqquz manat, otuz qəpik) manat borc, 23 may 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Babyliss” markalı saç ütüsü və “Taube” markalı ütüyə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla cəmi 104.90 (yüz dörd manat, doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 11 fevral 2025-ci il tarixində 18 manat ödəniş etmiş və qalıq qalmış 23.90 (iyirmi üç manat, doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 35 (otuz beş) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 35 (otuz beş) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 3.50 (üç manat, əlli qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən, 23 may 2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11 sentyabr 2025-ci il tarixinə yaranmış 23.90 (iyirmi üç manat, doxsan qəpik) manat əsas borc, 3.50 (üç manat, əlli qəpik) manat cərimə borcu, cəmi 27.40 (iyirmi yeddi manat, qırx qəpik) manat borc, 23 may 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Xiaomi” markalı aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 5 manat olmaqla cəmi 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 11 fevral 2025-ci il tarixində 10 manat ödəniş etmiş və qalıq qalmış 14.90 (on dörd manat, doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 22 (iyirmi iki) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 22 (iyirmi iki) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 2.20 (iki manat, iyirmi qəpik) manat İddiaçı MMCyə ödənilməlidir. Göstərilənlərə əsasən, 23 may 2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11 sentyabr 2025-ci il tarixinə yaranmış 14.90 (on dörd manat, doxsan qəpik) manat əsas borc, 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 17.10 (on yeddi manat, on qəpik) manat borc olmaqla, cavabdehin hər üç müqavilə üzrə ümumilikdə 81.70 (səksən bir manat, yetmiş qəpik) manat əsas borc və 12.10 (on iki manat, on qəpik) manat cərimə borcu olmaqla, cəmi 93.80 (doxsan üç manat, səksən qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ”İrşad Electronics” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 7 manat ödənilməsi şərti ilə 119.90 (yüz on doqquz manat, doxsan qəpik) manat qiyməti olan “Honor” markalı iki ədəd qulaqcıq, 23 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 9 manat ödənilməsi şərti ilə 104.90 (yüz dörd manat, doxsan qəpik) manat qiyməti olan “Babyilss” markalı saç ütüsü və “Taube” maraklı ütü, 23 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 5 manat ödənilməsi şərti ilə 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat qiyməti olan “Xiaomi” markalı aksesuar vermişdir. İşin materiallarında olan 07 mart 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 aprel 2024-cü il tarixdən başlayaraq 07 avqust 2025-ci il tarixədək hər ay 7 manat, 07 sentyabr 2025-ci il tarixdə isə 0.98 manat ödəniş etməli idi. İşin materiallarında olan 23 may 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 iyun 2024-cü il tarixdən başlayaraq 23 aprel 2025-ci il tarixədək hər ay 9 manat, 23 may 2025-ci il tarixdə isə 5.98 manat, ödəniş etməli idi. İşin materiallarında olan 23 may 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 iyun 2024-cü il tarixdən başlayaraq 23 aprel 2025-ci il tarixədək hər ay 5 manat, 23 may 2025-ci il tarixdə isə 4.99 manat, ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh 11 sentyabr 2025-ci il tarixə ümumi borcu 106.90 (yüz altı manat doxsan qəpik ) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 11 senatyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh 11 sentyabr 2025-ci il tarixə ümumi borcu 58.90 (əlli səkkiz manat doxsan qəpik ) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh 11 sentyabr 2025-ci il tarixə ümumi borcu 36.90 (otuz altı manat doxsan qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh X1 ünvanlanmış 17 sentyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 07 mart 2024-cü il tarixli, ********* saylı, 23 may 2024-cü il tarixli, ********* saylı və 23 may 2024-cü il tarixli, ********* saylı müqavilələrə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 7 manat ödənilməsi şərti ilə 119.90 (yüz on doqquz manat, doxsan qəpik) manat qiyməti olan “Honor” markalı iki ədəd qulaqcıq, 23 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 9 manat ödənilməsi şərti ilə 104.90 (yüz dörd manat, doxsan qəpik) manat qiyməti olan “Babyilss” markalı saç ütüsü və “Taube” maraklı ütü, 23 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 12 ay müddətinə hər ay 5 manat ödənilməsi şərti ilə 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat qiyməti olan “Xiaomi” markalı aksesuar vermiş, Cavabdeh 07 mart 2024-cü il tarixli, ********* saylı, 23 may 2024-cü il tarixli, ********* saylı və 23 may 2024-cü il tarixli, ********* saylı müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə hər üç müqavilə üzrə ümumilikdə 93.80 (doxsan üç manat, səksən qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 07 mart 2024-cü il tarixli müqaviləyə əsasən 42.90 (qırx iki manat, doxsan qəpik) manat əsas borc, 6.40 (altı manat, qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 49.30 (qırx doqquz manat, otuz qəpik) manat, 23 may 2024-cü il tarixli müqaviləyə əsasən 23.90 (iyirmi üç manat, doxsan qəpik) manat əsas borc, 3.50 (üç manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 27.40 (iyirmi yeddi manat, qırx qəpik) manat, 23 may 2024-cü il tarixli müqaviləyə əsasən 14.90 (on dörd manat, doxsan qəpik) manat əsas borc, 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 17.10 (on yeddi manat, on qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi borcu 93.80 (doxsan üç manat, səksən qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 07 mart 2024-cü il tarixli müqaviləyə əsasən 42.90 (qırx iki manat, doxsan qəpik) manat əsas borc, 6.40 (altı manat, qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 49.30 (qırx doqquz manat, otuz qəpik) manat, 23 may 2024-cü il tarixli müqaviləyə əsasən 23.90 (iyirmi üç manat, doxsan qəpik) manat əsas borc, 3.50 (üç manat, əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 27.40 (iyirmi yeddi manat, qırx qəpik) manat, 23 may 2024-cü il tarixli müqaviləyə əsasən 14.90 (on dörd manat, doxsan qəpik) manat əsas borc, 2.20 (iki manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 17.10 (on yeddi manat, on qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi borc 93.80 (doxsan üç manat, səksən qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar