Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-200/2025 06.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri Vaqif küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1960.66 (bir min doqquz yüz altmış manat altmış altı qəpik) manat əsas borcun, Əvvəlcədən ödənilmiş 39.70 (otuz doqquz manat yetmiş qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2000.76 (iki min manat yetmiş altı qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri Vaqif küçəsində Cavabdeh məxsus mənzilində № 4xx-xx-2019 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00640 saylı qaz hesabında ödənilməmiş 6639.60 (altı min altı yüz otuz doqquz manat altmış qəpik) manat borc vardır. Cavabdeh məxsus **********00640 saylı qaz hesabında olan 6639.60 manat borc məbləğinin xx.xx.2023- cü il tarixə olan ödənilməmiş 4678.94 (dörd min altı yüz yetmiş səkkiz manat altmış qəpik) manat hissəsi üzrə 2023-cü ilin fevral ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş rayon Məhkəməsində iddia qaldırılmış və Ağdaş rayon Məhkəməsi tərəfindən xx.xx.2023cü il tarixli e-2(014)-636/2022 saylı Qətnamə çıxarılmışdır. Hal-hazırda tələb olunan 1960.66 (bir min doqquz yüz altmış manat altmış altı qəpik) manat məbləğində borc isə xx.xx.2023- cü il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********00640 saylı qaz hesabında yaranan borc məbləğidir. Cavabdeh məxsus **********00640 saylı qaz hesabında olan 1960.66 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1960.66 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı 13748446 nömrəli sayğacın 7161 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan 17 fevral 2024-cü il tarixli, **********00640 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 1960.66 manat borc hesablanmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli e-2(014)-636/2023 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh 4678.94 manat məbləğində borc və 66.80 manat dövlət rüsumu və 1.20 manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilməsi qət edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 39.70 (otuz doqquz manat yetmiş qəpik) dövlət rüsumu ödəmişdir. “Qaz paylayıcısı ilə fiziki şəxs olan itsehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə istifadə etmiş və onun qaz hesabında ödənilməmiş 1960.66 (bir min doqquz yüz altmış manat altmış altı qəpik) borcu vardır, həmin borc sayğac göstəricisinə görə müəyyən edilmiş hesabata əsasən yaranmışdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi sayğac göstəricilərinə əsasən hesablanmış borcun ödənilməsinə görə 1960.66 (bir min doqquz yüz altmış manat altmış altı qəpik) manat tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin ödənilmiş 39.70 (otuz doqquz manat yetmiş qəpik) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 39.70 manat cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Ağdaş şəhəri Vaqif küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1960.66 (bir min doqquz yüz altmış manat altmış altı qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 39.70 (otuz doqquz manat yetmiş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı, ümumilikdə isə 2000.76 (iki min manat yetmiş altı qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-200/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-200/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver