Məhkəmə qərarları › İş №e-2(014)-2007/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2007/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2007/2025 12.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X1 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Sabirli Nrəmin Kamal qızının katibliyi ilə, İddiaç İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən Samsung 35W Charger markalı enerji toplama cihazı, 2 ədəd 2 il müddətinə ultra qızıl zəmanət, 3 il müddətinə ultra qızıl zəmanət, 1 il müddətinə (Smartfon) batareya zəmanəti, Panasonic markalı qulaqcıq, İMEİ kodu 58271/64T4013 olan X3 markalı planşet, İMEİ kodu 58271/64T401378 olan X3 markalı planşet, İMEİ kodu **********92379 olan Samsung Galaxy S24 ultra markalı telefon üçün 5145,30 (beş min bir yüz qırx beş manat, otuz qəpik) manat ödənilməmiş hissə, 514,53 (beş yüz on dörd manat, əlli üç qəpik) manat cərimə 13 yanvar 2025-ci il tarixli müqaviləyə əsasən 3 il müddətinə zəmanət xidməti, Letto matras, 3 ədəd tekstil yorğan, 7 ədəd tekstil yastıq, tekstil pakrıval, Letto matras, tekstil döşək, Fashion Home markalı yataq dəsti, marvin markalı 2 mərtəbli çarpayı, 2 ədəd De Luca yataq dəsti üçün 2716,08 (iki min yeddi yüz on altı manat ödənilməmiş hissə, 271,61 (iki yüz yetmiş bir manat, altmış bir qəpik) manat cərimə, 16 iyun 2024-cü il tarixli müqaviləyə əsasən LG Xboom RNC9 markalı karakoe üçün 698,76 (altı yüz doxsan səkkiz manat, yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 69,88 (altmış doqquz manat, səksən qəpik) manat cərimə, 20 avqust 2023-cü il tarixli müqaviləyə əsasən Samsung markalı qulaqlıq, XXXL paket xidməti, Samsung AKG TYPE-C markalı qulaqlıq, , X2 KR Pro markalı qol saatı, 2 ədəd 3 il müddətinə ultra qızıl zəmanət, İMEİ kodu **********10667 ola Samsung markalı S21FE 5G markalı telefon üçün 278,70 (iki yüz yetmiş səkkiz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 27,87 (iyirmi yeddi manat, səksən yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 9746,32 (doqquz min yeddi yüz qırx altı manat, otuz iki qəpik) manat borc və 117,47 (bir yüz on yeddi manat, qırx yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü “AZEMİS” Eklektron Məhkəmə İnformasiya Sistemində yoxlanılarkən Cavabdeh qeydiyyat ünvanı ünvan 1 hazırlıq iclası 05 noyabr 2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və o, Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olduğunu, barəsində olan mülki işin aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh qeydiyyat ünvanının dəqiqləşdirilməsi məqsədi ilə Ağdaş Rayon Polis Şöbəsinə müvafiq sorğu verilmişdir. Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, Ağdaş rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun alt sistemində xx xxxxx 1987-ci il tarixdə Tərtər rayonu, Seydimli kəndində doğulmuş Cavabdeh 21 avqust 2024-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, hazırkı mülki iş baxılması üçün аidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 44.2.2-ci mаddəsinə görə iş məhkəmədə bаxıldığı zаmаn оnun аidiyyət qаydаlаrının pоzulmаsı ilə icrааtа qəbul edildiyi аşkаr оlunаrsа, məhkəmə işi bаşqа məhkəmədə bаxılmаğа verir. Qeyd оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 44.2.2, 45.1, 45.2, 45.3-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: İddiaç İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dаir iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar