Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-202/2025 21.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X3, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9460,40 manat manat məbləğində borc, 900 manat cərimə, 121,08 manat məbləğində dövlət rüsumu, cəmi 10481,48 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-02 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində 13 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh İddiaçı MMC-dən 8427,10 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 112 manat məbləğində çöp doğrama, 596,60 manat məbləğində şum, 196 manat məbləğində çiyid səpini, 640 manat məbləğində kultivasiya, 176 manat məbləğində boroza, 585 manat məbləğində dərman səpini, 4374,30 manat məbləğində gübrə və dərman, 1459,20 manat məbləğində çiyid, 288 manat məbləğində çəkilən xərclər, ötən ildən ödənilməmiş 2580,30 manat məbləğində borc nəzərə alınmaqla, ümumilikdə, 11007,40 manat məbləğində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, ödənilmiş 1547 manat nəğd vəsait nəzərə alınmaqla, çəkilmiş xərclərdən cəmiyyətə 9460,40 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-02 saylı alqı-satqı müqaviləsinə əsasən Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində 13 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyinə görə İddiaçı MMC-yə borcu yaanmışdır. Hazrıda həmin borcun cavabdeh tərəfindən ödənilməsi tələb olunur. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, İddiaçı MMC-nin Yevlax filialı ilə onun arasında bağlanmış müqaviləyə əsasən Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində 13 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüş, lakin gözlədiyi kimi məhsul əldə edə bilmədiyi üçün üzərinə düşən öhdəliyi icra edə bilməmişdir. Borcu ödəməkdən imtina etmir, lakin cərimə cəzasının azaldılmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-02 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində 13,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən aqrotexniki xidmətlərin göstərilməsi üçün 11007,40 manat avans vəsait verilmiş, cavabdeh 1547 manat vəsaiti iddiaçıya geri qaytarmış və 9460,40 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, 000310 nömərli aktın surətindən görünür ki, Cavabdeh oğlnun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən torpaq sahəsində çöp qırma və 1-ci şumlama işləri aprılmışdır. xx.xx.2022-ci il tarixli, 000374 nömrəli aktın surətindən görünür ki, Cavabdeh oğlnun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən torpaq sahəsində çiyid səpini işləri aprılmışdır. xx.xx.2022-ci il tarixli, 000853 nömrəli, aktın surətindən görünür ki, Cavabdeh oğlnun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən torpaq sahəsində 1-ci kultivasiya işləri aprılmışdır. xx.xx.2022-ci il tarixli, 000853 nömrəli aktın surətindən görünür ki, Cavabdeh oğlnun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən torpaq sahəsində çöp qırma və 1-ci şumlama işləri aprılmışdır. xx.xx.2022-ci il tarixli, 000868 nömrəli aktın surətindən görünür ki, Cavabdeh oğlnun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən torpaq sahəsində 2-ci kultivasiya işləri aprılmışdır. xx.xx.2022-ci il tarixli, 000885 nömrəli aktın surətindən görünür ki, Cavabdeh oğlnun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən torpaq sahəsində su şırımı işləri aprılmışdır. xx.xx.2022-ci il tarixli, 004457 nömrəli, 25 iyul 2022-ci il tarixli, 004480 nömrəli və 27 avqust 2022-ci il tarixli, 004900 nömrəli aktların surətindən görünür ki, Cavabdeh oğlnun Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən ha torpaq sahəsində dərmanlama işləri aprılmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 18/21-02 saylı xam pambığın alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 9640,40 manat borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Ağdaş rayonu, Qaradeyin kənd sakini Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış və imzası ilə təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli, 18/21- 02 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 11007,40 manat məbləğində xidmət göstərilmiş, mövsümün sonunda 1547 manat məbləğində nag olaraq İddiaçı MMC-yə ödəniş etmiş, 9460,40 manat borcu qalmışdır. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 121,08 (bir yüz iyirmi bir manat, səkkiz qəpik) manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC-nin Yevlax Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 18/21-02 saylı alqısatqı müqaviləsinə əsasən Cavabdeh Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində 13,0 hektar torpaq sahəsində pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhtəsinə götürmüşdür. Həmçinin müqavilənin şərtlərinə əsasən Cavabdeh götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verdiyi xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalıdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etmədiyindən İddiaçı MMC ümumilikdə 10481,48 manat borcun cavabdehdən alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 422-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Hazırki iş üzrə hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsinin rediakiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun tələbkara cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulu deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə, işin hallarını, yəni cavabdeh tərəfindən götürülən avansın və digər xərclər üçün çəkilmiş xərclərin məbləğini, müqavilənin bağlanma tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri nəzərə alır və İddiaçı MMCnin iddiasının 900 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, tələbkarın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 manat məbləğində pul tutulmalıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan borc kimi aldığı avans və digər xərclərlə birlikdə 11007,40 manat məbləğində pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini lazımınca icra etməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9460,40 manat borc, 200 manat cərimə borcu və 121,08 manat ödənilmiş dövlət rüsumu, cəmi 9781,48 manat (doqquz min yeddi yüz səksən bir manat, qırx səkkiz qəpik) tutularaq İddiaçı MMC-nin xeyrinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9460,40 manat borc, 200 manat cərimə borcu və 121,08 manat ödənilmiş dövlət rüsumu, cəmi 9781,48 manat (doqquz min yeddi yüz səksən bir manat, qırx səkkiz qəpik) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №e-2(014)-202/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-202/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver