Məhkəmə qərarları › İş №e-2(014)-203/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-203/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-203/2025 21.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X3 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri, H.Əliyev prospektində yaşayan Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2030,60 (iki min otuz manat, altmış qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 40,31 (qırx manat, otuz bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2071,31 (iki min yetmiş bir manat, otuz bir qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X5 İstismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri, H.Əliyev prospektində Cavabdeh məxsus mənzildə 5844-10-20 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00520 saylı qaz hesabında ödənilməmiş 2030,60 manat borc vardır. Tələb olunan 2030,60 manat borc məbləği təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış 2030,60 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mənzilində xx.xx.2024-cü il tarixdə istismardan açılan G-4 markalı, 11443452 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, 11443452 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, küçədən keçən yeraltı qaz xəttini deşərək zədələməklə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073,60 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 5844-10-20 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar küçə xəttindən qeyri qanuni plastik boru ilə xətt çəkərək daxili qaz xəttinə qoşması və təbii qazdan qeyri qanuni istifadə etməsi müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 17280 m3 borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli, **********00520 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2024-cü ilin oktyabr ayına qədər təbii qazdan istifadəyə görə 2030,60 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbində İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 1 Cavabdeh yaşadığı fərdi yaşayış evində G-4 markalı, 11443452 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş və sayğacdan kənar qoşulmanın aşkarlanmasına dair video çəkiliş aparılmışdır. Sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m3 sutkalıq iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073,60 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. Hazırkı halda Cavabdeh barəsində təbii qazdan istifadə qaydalarının pozulmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasa da, onun hərəkətləri ilə müəyyən edilir ki, o, təqsirini etiraf etmiş və mütəmadi olaraq həmin akt üzrə ona hesablanmış borcun bir hissəsini ödəmişdir və ödəməyə davam edir. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında Cavabdeh abonent hesabına 2073,60 manat borc hesablansa da, hazırda onun 2030,60 manat borcu vardır. Göründüyü kimi o, akt üzrə ona hesablanmış borcu qəbul etmiş və qismən ödəniş etmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun qismən ödənilməsi borcun etiraf olunması hallarına aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh sayğaca qanunsuz qoşulması onun özünün etirafedici hərəkətləri və iş materialları ilə öz təsdiqini tapır, lakin itirilmiş qazın bərpası üçün aparılmış hesabat qanunvericiliyin tələbləblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin hansı tarixdən etibarən istifadə olunması müəyyən edilmir və xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması isə istehlakçının hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, İddiaçı İB-nin nümayəndələri “Qazdan istifadə Qaydaları”nın 3.1.11-ci bəndinə əsasən 3 (üç) ayda 1 (bir) dəfə müvafiq yoxlamanı keçirməli olduqları halda bunu etməmiş və sözügedən kənar xəttin konkret olaraq hansı tarixdən istifadə edilməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən aparılmış hesabata görə 169,21 (bir yüz altmış doqquz manat, iyirmi bir qəpik) manat borc və 40,31 (qırx manat, otuz bir qəpik) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın bərpası üçün 24 yanvar 2024-cü il tarixli, ******* saylı akta əsasən aparılmış hesabata görə 169,21 (bir yüz altmış doqquz manat, iyirmi bir qəpik) manat borc və 40,31 (qırx manat, otuz bir qəpik) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar