Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2046/2025 30.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “miras əmlakda payın müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 qarşı “miras əmlakda payın müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 xx.xx.2022-ci ildə ölümündən sonra torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN:0022, kod ********) əsasən ümumi birgə bərabər paylı mülkiyyətdə olan 1,71 hektar pay torpaq sahəsinin, həmçinin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsinin miras qoyana çatası 3/1 (üçdə bir) hissəsindən hər birinin 2/1 (ikidə bir) hissədə olmaqla miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN:0022, kod ********) əsasən İddiaçı, X1 və X5 mülkiyyətinə 1,71 hektar pay torpaq sahəsi, həmçinin Şəhadətnaməyə əsasən eynilə üçünün adına olmaqla 0,20 hektar həyətyanı torpaq sahəsi və orada yerləşən yaşayış evi vardır.Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışına əsasən övladı X8 xx.xx.2022-ci ildə öldükdən sonra mərhumun valideynləri kimi atası və anası onun 1 -ci dərəcəli vərəsələri kimi qalmışdır.Qanuna əsasən mərhuma çatası torpaq sahəsi aralarında hər birinə bərabər hissələrdə paylar çatmaqla bölünə bilər. Bunun razılıq əsasında, məhkəməyə müraciət etmədən aparılmasının mümkünlüyünə baxmayaraq cavabdehin notariat orqanına gəlməkdən imtina etməsi səbəbindən hazırkı iddia ilə müraciət edir. Mülki qanunvericilik normalarına əsasən həmin torpaq sahələri birgə bərabər paylı torpaq sahələri hesab olunduğundan hər birinin payı 3/1 hissə, yəni pay torpağında hər birinin payı (1,71 hektar :3 nəfər) 0,57 hektar, həyətayanı torpaq sahəsində isə hər birinin payı (0,20 hektar :3 nəfər) 0,066 hektar təşkil edir.Miras qalmış torpaq sahələrinin vərəsəlik qaydasında bölgüsü aparıldıqdan sonra dövlət aktı ilə verilən torpaq sahəsində hər birinə çatası miras payı da nəzərə alınmaqla ümumi payı 0,855 hektar, həyətyanı torpaq sahəsində isə payı 0,10 hektar təşkil etmiş olacaqdır. Məsələnin məhkəmədənkənar həlli ilə əlaqədar iddiaçı tərəfindən pay torpaq sahəsindən öz payına düşən 0,57 hektar hissədən əlavə mərhumdan cəmisi 0,13 hektar pay torpaq sahəsinin, cəmisi isə 0,70 hektar torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə notarial qaydada razı olacağı halda hər iki torpaq sahəsindəki ona çatası payından və vərəsəlik qaydasındakı paylarından ( pay torpağındakı 0,44 hektar miras payından, həyətdəki 0,066 hektar öz payından və 0,033 hektar miras payından) onun xeyrinə imtina etməyə və gələcəkdə də ona qarşı hər hansı iddia və tələbinin olmayacağına dair tam rəsmi zəmanət verməyə hazır olduğuna dair də cavabdehə etdiyi təklif də müsbət dəyərləndirilmədiyindən hazırkı iddia ilə müraciət edir. Bildirir ki, həm çöl pay torpaq sahəsi, həm də həyətyanı torpaq sahəsi eyni sənədlə birlikdə üçünə məxsus olmuş, aktla olan torpaq sahəsinin bir hissəsini əvvəllərdən olduğu kimi istifadə etməkdə davam etmiş, özümə çatası payımla birlikdə olmaqla həmin sahənin cəmi 0,70 hektar hissəsini faktiki olaraq, hələlik rəsmiləşdirilməsi mümkün olmayan razılaşma əsasında başqa şəxsə satmışdır. Mirasqoyanın ölümündən və miras əmlaka vərəsəliyin açılmasından sonra da iddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi mirası faktiki qəbul etməklə ona sahiblik etməyə və onu idarə etməyə başlamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və göstərdi ki, İddiaçı, X1 və X5 adına 0,20 ha həyətyanı və 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla, X5 xx.xx.2022-ci il tarixdə vəfatından sonra həmin torpaq sahəsinin özünə düşən hissəsindən artıq hissəsini yəni 0,70 ha hissəsini idarə etmiş, hətta qeyri rəsmi başqa şəxslərə də satmışdır. Odur ki, iddiaçı öz payından əlavə olan 0,13 ha torpaq sahəsinin ona verilməsinə qarşılıq olaraq İlkin Eminovun bütün mirasından imtina etməyi cavabdehə təklif etsə də cavabdeh razılıq verməmiş, notarius da vərəsəlik işi üzrə mübahisə olduğundan şəhadətnamə verilməsindən imtina etmişdir. Belə olan halda məhkəmə qaydasında müraciət edərək, X5 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (JN:0022, kod ********) əsasən ümimi birgə bərabər paylı mülkiyyətdə olan 1,71 hektar pay torpaq sahəsinin, həmçinin torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsinin miras qoyana çatası 3/1 (üçdə bir) hissəsindən hər birinin 2/1 (ikidə bir) hissədə olmaqla miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbinə etiraz etdi və bildirdi ki, mərhum oğlunun saxlanmasında iddiaçının heç bir rolu olmadığından onun mirasından da iddiaçıya heç bir pay çatmamalıdır. Bekə ki, iddiaçı ilə nikahı 2001-ci ildə pozulmaqla, ayrı yaşamışlar və birgə nikahdan doğulmuş övladı X8 onunla birlikdə Ağdaş rayonu, Qarağansaatlı kəndində (sənədlərdə Əmirmahmud kəndi) yaşamışdır. Oğlunun saxlanması üçün iddiaçı aliment də ödəməkdən də yayınmışdır. Keçmiş ərinin, mərhum oğlunun və onun ümumi mülkiyyətində Ağdaş rayonu Qarağansaatlı kəndində (sənədlərdə Əmirmahmud kəndi) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və faktiki yaşadığı həyətyanı torpaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahəsində o, özü ev tikərək oğlu İlkin Eminovla birlikdə yaşamış, 2022-ci ildə isə oğlu xəstəlikdən vəfat etdikdən sonra həmin yerdə tək yaşamışdır. Lakin İddiaçı onların ümumi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona 0,57 ha torpaq sahəsi düşməsinə baxmayaraq həmin paydan da artıq hissəsini, yəni 0,70 ha hissəsini uzun illərdir istifadə etmiş, hətta eşitdiyinə görə qeyri-rəsmi olaraq artıq başqa şəxslərə də satmışdır. Buna baxmayaraq hazırda bunlarla yetinməyərək mərhum oğlundan qalan əlavə miras pay da tələb edir. Lakin iddiaçının buna heç bir haqqı olmadığını düşündüyü üçün iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-5129/2025 saylı məktubundan görünür ki, X5 adına ərazi idarəsinin elektron məlumat bazasına əsasən xx.xx.1999-cu il tarixli JN-22 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda Ağdaş rayonu, Əmirmahmud kəndində 3 nəfər ailə üzvlərinin birgə mülkiyyət hüququ ilə 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2004-cü il tarixli, JN-61A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də Ağdaş rayonu, Əmirmahmud kəndində 3 nəfər ailə üzvlərinin birgə mülkiyyət hüququ ilə 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələri qeyd edilmişdir. JN-0022, Kod 90318028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın surətindən görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X6 və X5 ümumi (paylı) mülkiyyətindədir. JN-061A, Kod 90318028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 0,20 ha torpaq sahəsi İddiaçı, X6 və X5 ümumi (paylı) mülkiyyətindədir. XVİİİ ЖГ 386601 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, atası İddiaçı, anası X3r. Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş, **********8082022 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası, Lapseki ərazisində ölmüşdür. Ağdaş rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 ailə üzləri -atası İddiaçı (xx.xx.1969) və anası Eminova (Məmmədova) Gülşən Zakir qızıdır (xx.xx.1973). Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh Ağdaş rayonu, Qarağansaatlı kəndində yaşayır, mərhum oğlu X8 vəfat etdiyi günə kimi anası ilə birgə təsərrüfatda doğulub boya-başa çatmış və yaşamışdır. Ağdaş rayon Xosrov Bələdiyyəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, keçmiş Şəmsabad bələdiyyəsinin arxiv sənədlərinə əsasən Cavabdeh 2010-cu il tarixədək istifadəsində olan həyətyanı və pay torpaq sahəsinin vergi borcunu ödəmiş, həmin tarixdən sonra həmin torpaqların vergi borcu ödənilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6 və X5 ümumi paylı mülkiyyətindədir. X8 xx.xx.2022-ci il tarixdə vəfat etməklə ondan miras qalmış əmlakı anası Eminova (Məmmədova) Gülşən Zakir qızı və atası İddiaçı qəbul etmişdir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X5 vəfatından sonra Eminova (Məmmədova) Gülşən Zakir qızı miras qalmış, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 0,20 hektar torpaq sahəsini, İddiaçı isə miras qalmış, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əksər hissəsini idarə etmiş, bununla da onların hər ikisi miras əmlakı faktiki qəbul etmişlər. Həmin xüsusat məhkəmə iclasında verilmiş izahatlarla da öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, X4 miras qalmış Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 1,71 hektar torpaq sahəsinin (JN-0022, Kod 90318028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”) və Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin (JN-061A, Kod 90318028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) 1/3 hissəsinin 1/2 hissəsi üzərində İddiaçı, digər 1/2 hissəsi üzərində Eminova (Məmmədova) Gülşən Zakir qızının payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. X4 miras qalmış, Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 1,71 hektar torpaq sahəsinin (JN-0022, Kod 90318028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”) və Ağdaş rayonu, Əmirmahmud kəndində yerləşən 0,20 hektar torpaq sahəsinin (JN-061A, Kod 90318028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”) 1/3 hissəsinin 1/2 hissəsi üzərində İddiaçı, digər 1/2 hissəsi üzərində Eminova (Məmmədova) Gülşən Zakir qızının payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-2046/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2046/2025
30.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver