Məhkəmə qərarları › İş №e-2(014)-2054/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2054/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2054/2025 14.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Mürsəlova Aygün Mayıl qızı, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********80108 İPHONE 13 markalı telefon, APPLE Adapter üçün 1303,92 (min üç yüz üç manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 130.39 (yüz otuz manat, 39 qəpik) manat cərimə ümumilikdə 1457.91 manat borc və 34.58 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı iddia tələbinin əsası qismində 02 aprel 2025-ci il tarixli alqı-satqı müqaviləsinə istinad etməklə, həmin müqavilə üzrə pul vəsaitinin cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 02 aprel 2025-ci il tarixdə imzalanmış 02 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əlavədə təqdim edilmiş malların ümumi dəyəri 1219,98 manat olduğu halda iddia ərizəsində qeyd edilən malların dəyəri 1413,92 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da dövlət büdcəsindən tam şəkildə iddiaçıya qaytarılmalıdır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 150.1.5,150.3,152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və оnа əlаvə еdilmiş sənədlər, həmçinin iddianın məhkəmədə baxılması üçün ödənilmiş 34.58 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya gеri qаytаrılsın. İzаh еdilsin ki, qеyd оlunаn nöqsаnlаr аrаdаn qаldırıldıqdаn sоnrа, təkrаrən ərizə ilə məhkəməyə mürаciət еdə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar