Məhkəmə qərarları › İş №e-2(014)-2074/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2074/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2074/2025 24.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi tələbi” barədə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 14 oktyabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 909,57 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 manat manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə isə 939,97 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Xosrov kəndində Cavabdeh məxsus mənzilində № 29xx-xx-2020 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********03510 saylı qaz hesabında ödənilməmiş 909,57 manat borc vardır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 909,57 həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı GCZ0224004 nömrəli sayğacın 2228 kub m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərdi ki , Cavabdeh 2025-ci ilin oktyabr ayına borcu 909,57 manat olmuş, həmin borcdan 204 manat ödəniş edilmiş hazırda 705,55 manat borcu qalmışdır, buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərdi ki, iddia tələbində qaldırılmış məbləğdə borcu olmuş lakin həmin borcdan ödəniş etmiş, hazırda təxminən 600 manatdan yuxarı borcu qalmış, lakin borcu 700 manata çatmamışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəfləri dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 24 iyul 2020-ci il tarixli, 29xx-xx-2020 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh ilə bağlanmış həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə qeyd olunan müqavilə üzrə müəyyən olunmuş vəzifələrin icra olunmaması nəticəsində Paylayıcıya vurulmuş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İddiaçı **********03510 saylı abonenti Cavabdeh aid abonent saldolarının surətindən görünür ki, qazdan istifadəyə görə həmin abonentin 2025-ci ilin sentyabr ayına borcu 909,57 manat, xx.xx.2026-cı il tarixə borcu 705,55 manat təşkil edir. “Asan” ödəniş sistemi qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz ) manat dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdə olan sənədlərdən məlum olur ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, başqa sözlə müqavilə ilə şərtləndirilmiş üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli imtina etmişdir ki, bu da yolverilməzdir. Halbuki, Mülki Məcəllənin 430.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Bundan başqa, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin tədqiq edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və İddiaçı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək öhdəliyini götürmüş, lakin həmin öhdəliyinin layiqincə icra edilməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi **********03510 saylı abonent saldosuna əsasən qazdan istifadəyə görə Cavabdeh 2025-ci ilin sentyabr ayına 909,57 manat borcu yaranmış, lakin həmin borcdan ödəniş edilərək, xx.xx.2026-cı il tarixə 705,55 manat debitor borcu qalmışdır. Həmin borcdan əlavə ödəniş edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi 705,55 manat hissədə əsaslı hesab edilməklə qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, rüsum ödənilərkən əlavə xidmət haqqı ödənilməsinə dair iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən, dövlət rüsumunun və xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçının tələbi qismən təmin edilməklə cəmi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri üzrə borcun əvəzi qismində 705,55 manat (yeddi yüz beş manat əlli beş qəpik) və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 735,55 manat (yeddi yüz otuz beş manat əlli beş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar