Məhkəmə qərarları › İş №e-2(014)-2077/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2077/2025

12.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2077/2025 12.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X18, İddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı3 nümayəndəsi) və İddiaçı2, Cavabdeh5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində vəfat etmiş X11nın ölümündən sonra Ağdaş rayonu, Dəhnəxəlil kəndində miras qalmış 0.2840 hektar və 0.2710 hektar həyətyanı torpaq sahələrinin hər birində onlar iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və xx.xx.2000-ci ildə vəfat etmiş mərhum X2nın hər birinin payının 1/6 hissədə müəyyən edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən, 283.20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat çəkilmiş xərcin əvəzinin və dövlət rüsumu hesabına ödənilmiş 16,70 (on altı manat yetmiş qəpik) manat, cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 isə müştərək qaydada 283.20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat çəkilmiş xərcin əvəzinin və dövlət rüsumu hesabına ödənilmiş 16,70 (on altı manat yetmiş qəpik) manat pulun alınaraq İddiaçı1 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X25 ilə X33 birgə nikahlarından 7 nəfər uşaqları – xx.xx.1956-cı ildə X19, xx.xx.1958-ci ildə Cavabdeh1, xx.xx.1960-cı ildə İddiaçı3, xx.xx.1963-cü ildə İddiaçı2, xx.xx.1966-cı ildə Cavabdeh2, xx.xx.1968-ci ildə X20 və xx.xx.1971- ci ildə İddiaçı1 anadan olmuşdur. Mən İddiaçı1 xx.xx.1993-cü ildə X34 ilə rəsmi nikah qeyd etdirərək evlənmişlər və nikah bağlandıqdan sonra “Zeynalova” soyadını qəbul etmişdir. O İddiaçı2 xx.xx.1988-ci ildə X52 ilə rəsmi nikah qeyd etdirərək evlənmişlər və nikah bağlandıqdan sonra “Həsənova” soyadını qəbul etmişdir. X1 xx.xx.1998-ci ildə vəfat etmişdir və ailəli olmamışdır. Mərhum valideynləri ailə qurduqdan sonra Ağdaş rayonunun Dəhnəxəlil kəndində qanuni istifadələrində olan 0.54 hektar həyətyanı torpaq sahsində fərdi yaşayış evi tikdirmişlər. Onların həmin torpaq sahəsindən əlavə qanuni istifadələrində 0.56 hektar həyətyanı torpaq sahələri olmuşdur. X4 xx.xx.1997-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində vəfat etmişdir. İslahat zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin 0.54 və 0.57 hektar həyətyanı torpaq sahələri mərhum X11nın və Cavabdeh7 ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh ümumi birgə mülkiyyətdə olan torpaq sahələrində paylarını məhkəmə qaydasında müəyyən edərək hər iki torpaq sahəsinə görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Qalan müvafiq olaraq 0,2840 hektar və 0.2710 hektar həyətyanı torpaq sahələri anaların mülkiyyətində saxlanılmışdır. X11 xx.xx.2011-ci ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində vəfat etmişdir. O İddiaçı1 mərhum anasının ölümündən sonra ondan miras qalmış həmin torpaq sahələrinə vərəsəlik işinin açılması ilə əlaqədar həmin həyətyanı torpaq sahələrini mülkiyyət hüququ əsasında qeydə aldırmaq üçün üçüncü şəxs DƏDKR PHŞ-nin 17 saylıYevlax Ərazi İdarəsində qeydiyyata aldıraraq mərhum anasının adına müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və “torpaq sahəsinin planı və ölçüsü” almışdır. Həmin çıxarışlara əsasən müvafiq olaraq 0.2840 hektar və 0.2710 hektar həyətyanı torpaq sahələri mərhum anasının ölümündən sonra tam hissədə miras qalmışdır. Mərhum anasının ölümündən sonra Cavabdeh1, İddiaçı3, İddiaçı2, Cavabdeh2 və İddiaçı1 ibarət 1-ci növbə vərəsələri qalmışdır. Mərhum X2 iki dəfə ailəli olmuşdur. Onun birinci nikahından Cavabdeh7, ikinci nikahından isə Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 anadan olmuşdur. X2 xx.xx.2000-ci il tarixdə Ağdaş rayonunun Şordəhnə kəndində vəfat etmişdir. Ölən günə Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 ibarət 1-ci növbə vərəsələri qalmışdır. Mərhum X2 mərhum X11ndan əvvəl vəfat etdiyindən onun qanun üzrə birinci növbə vərəsələri qanun üzrə vərəsəlik zamanı onların ölmüş analarına çatası paydan bərabər miras alırlar. Ona görə də hesab edirə ki, miras qalmış əmlakda qanun üzrə birinci növbə vərəsələrinin hər birinin pay birinci növbə vərəsə X5 vəfat etdiyinə görə 1/6 hissədə müəyyən edilməlidir. Mərhum X2nın 1/6 hissə payı onun birinci növbə vərəsələri olan cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 çatır. Ağdaş rayon Notariat ofisində vərəsəlik işi açılan zaman cavabdehlərlə aralarında miras bölgüsü ilə bağlı mübahisə olduğundan mirasın bölünməsi məsələsini notariat ofisində davam etdirmək mümkün olmamışdır. Ona görə də cavabdehlərə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mərhum analarının ölümündən əvvəl vəsiyyətnamə qoymamışlar. O İddiaçı1 mərhum anasının ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar ondan miras qalmış əmlaklar üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına və bu barədə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq sahəsinin planı və ölçülərinin alınmasına ümumilikdə 1699 (bir min altı yüz doxsan doqquz) manat vəsait xərcləmişdir. Digər iki nəfər iddiaçı ilə sənədlərin hazırlanmasına çəkilən xərclərin onlara çatası hissəsi ilə qarşılıqlı razılığa gəlmişlər. Lakin cavabdehlərə həmin xərclərdə onlara çatası paylarına uyğun iştirak etmələrini təklif etsə də, onlar bundan birmənalı şəkildə imtina etmişlər. Miras qalmış əmlakda tərəflərin payları 1/6 hissə təşkiletdiyinə görə cavabdehlər çəkilmiş xərclərə cəlb edilməli, hər birindən ümumi çəkilmiş xərcin 1/6 hissəsi, yəni hər birindən 283.20 manat, ödənilmiş 100 manat dövlət rüsumunun 1/6 hissəsi, yəni hər birindən 16,70 manat pulun alınaraq o İddiaçı1 verilməlidi. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, ata mülkiyyətindən payların müəyyən edilməsini istəyir. 7 uşaq olmuşlar. 2 uşaq rəhmətə getmişdir. Mərhum bacısı Fəridənin 4 uşağı olmuş, qardaşı isə heç vaxt evli olmamışdır. Hazırda həyətdə olan atababa evi sökülmüşdür, Rüstəm özünə ev tikdirmişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirdi ki, analarından qalan torpaq sahələrindən payların müəyyən edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh5 məhkəmə iclasında izahat verərək bildirdi ki, payların müəyyən edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh7 əvvəlki məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razıdır. Payların müəyyən edilməsinə etiraz etmir. Nənəsi onu övladlığa götürmüşdür. Nənəsinin payı ona düşmüşdür. Bu barədə çıxarış vardır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 aprel 2025-ci il 3-16-5/8-Z-69-368/2025 saylı arayışdan görünür ki, X48 18 oktyabr 2011-ci il tarixdə ölmüşdür. Ölüm haqqında 22 noyabr 2011-ci ildə 194 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Dəhnə kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ 088513 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixli 19 saylı qeyd aparılmışdır. İşin materiallarında olan Ağdaş rayon zaqs şöbəsi tərəfindən verilmiş 23 noyabr 2000-ci il tarixli AZ-İ 022866 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1960-cı ildə Ağdaş rayon Dəhnə kəndində anadan olmuşdur. X6, anası X27r. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 4 iyul 1963-cü il tarixli AЗ 454118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 20 iyun 1963-cü il tarixdə Ağdaş rayon Dəhnə kəndində anadan olmuşdur. X6, anası X35r. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 13 oktyabr 1988-ci il tarixli İV-ЖГ 390340 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X53 ilə X21 arasında nikah 13 oktyabr 1988-ci il tarixdə 124 saylı akt ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 15 yanvar 1971-ci il tarixli AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1971-ci il tarixdə Ağdaş rayon Dəhnə kəndində anadan olmuşdur. X6, anası X35r. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 12 avqust 1993-cü il tarixli Vİ-ЖГ 262009 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X16 arasındakı nikah 12 avqust 1993-cü il tarixdə 109 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/09İS/072971-25 saylı arayışın surətindən görünür ki, “X24” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı X17 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün X24 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Arvadı- X48 (xx.xx.1934) (vəfat edib), qızı- X19 (xx.xx.1956) (vəfat edib), oğlu- Cavabdeh1 ( xx.xx.1958), oğlu- İddiaçı3 ( xx.xx.1960), qızı- İddiaçı2 (xx.xx.1963), oğlu- Cavabdeh2 (xx.xx.1966), oğlu- X20 (xx.xx.1968) (vəfat edib), qızı- İddiaçı1 ( xx.xx.1971). İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/09İS/072991-25 saylı arayışın surətindən görünür ki, “X24” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı X36 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün X24 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. əri- X25 (xx.xx.1934) (vəfat edib), qızı- X19 (xx.xx.1956) (vəfat edib), oğlu- Cavabdeh1 ( xx.xx.1958), oğlu- İddiaçı3 ( xx.xx.1960), qızı- İddiaçı2 (xx.xx.1963), oğlu- Cavabdeh2 (xx.xx.1966), oğlu- X20 (xx.xx.1968) (vəfat edib), qızı- İddiaçı1 ( xx.xx.1971). İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/09İS/072969-25 saylı arayışın surətindən görünür ki, “X24” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı X12 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün X24 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. əri- X28 (xx.xx.1954) (vəfat edib), oğlu- Cavabdeh7 (xx.xx.1976), qızı- Cavabdeh5 (xx.xx.1980), oğlu- Cavabdeh6 (xx.xx.1980), qızı- X37 (xx.xx.1982), oğlu- Cavabdeh4 (xx.xx.1984), oğlu- Cavabdeh3 ( xx.xx.1995). İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdaş rayon Dəhnəxəlil kəndində Yeni qaydalarla: AZ 0331 ünvan 1 ünvanında yerləşən 0.2840 hektar torpaq sahəsi X33 tam mülkiyyətində verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdaş rayon Dəhnəxəlil kəndində Yeni qaydalarla: AZ 0331 ünvan 3 ünvanında yerləşən 0.2710 hektar torpaq sahəsi X33 tam mülkiyyətində verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 09 oktyabr 2025-ci il tarixli 676 saylı məktubdan görünür ki, Ağdaş rayon Notariat ofisinə ünvanladığınız ərizədə xx.xx.2011-ci il tarixdə vəfat etmiş X26 miras qalmış Ağdaş rayonu Dəhnəxəlil kəndi ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahələrində sizə çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə mövcuddur. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İşin materiallarında olan ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı1 tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli V-299 saylı ərizədən görünür ki, xx.xx.2011-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan anam X48 vəfat etmişdir. Miras əmlak olaraq - xx.xx.2025-ci il tarixli, **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndi (Yeni qaydalarla : AZ 0331, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0.2710 ha torpaq sahəsi və xx.xx.2025-ci il tarixli, **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndi (Yeni qaydalarla : AZ 0331, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 0.2840 ha torpaq sahəsi qalmışdır. Ondan başqa aşağıdakı vərəsələri var: Cavabdeh1 – oğlu, İddiaçı3 Mirabala oğlu – oğlu, İddiaçı2 – qızı, Cavabdeh2 – oğlu, X10 övladları. Digər vərəsələrdən Cavabdeh2 və X10 övladları ilə mirasın bölgüsündə aralarında mübahisə mövcuddur. Buna baxmayaraq göstərilən əmlaklardakı payına dair qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verməyini xahiş edir. Azərbaycan Respublikasinin Mulki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, X25 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, X48 XX.XX.XXXX tarixdə anadan olmuşdur. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Qoşaqovaq icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli AZ-İ 295850 saylı akt qeydinə əsasən X19 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Ərəbocağı icra nümayəndəliyində X22 ilə X28 arasındakı nikah xx.xx.1979-cu il tarixli AZ-İ 250492 akt qeydinə əsasən qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 3-16-5/8-69-Q-723/2025 saylı arayışdan görünür ki, Cavabdeh7 xx xxxxxxxx 1976-cı ildə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuşdur. X7, anası X30r. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli 3-16-5/8-69-Q-731/2025 saylı arayışın surətindən görünür ki, X37 12 dekabr 1982-ci il tarixdə Ağdaş rayonu, Şordəhnə kəndində anadan olmuşdur. X8, anası X13r. İşin materiallarında olan Ağdaş RİHB-nın Şordəhnə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyun 2025-ci il tarixli 5-32-12/2-116/2025 saylı arayışdan görünür ki, Cavabdeh7 özünün Şordəhnə kənd sakinlərinin və qohumlarının şahidliyinə görə mərhum bacısı X41 xx.xx.1982-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində anadan olmuş, uşağın doğulmasına dair doğum şəhadətnaməsi verilmişdir. Şahidlərin dediyinə görə X37 ıkı ay yaşadıqdan sonra XX.02.1983-cü ildə vəfat etmiş, uşağa ölüm şəhadətnaməsi alınmamışdır. Mərhum Ağdaş rayonunun Şordəhnə kəndində yerləşən köhnə qəbirstanlıqda dəfn edilmişdir. Hazırda Ağdaş rayonunun Şordəhnə kəndində X37 adında şəxs yaşamır. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Ərəbocağı icra nümayəndəliyində AZ-İ 426393 saylı xx.xx.1984-cü il tarixli akt qeydinə əsasən Cavabdeh4 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X8, anası X13r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Ərəbocağı icra nümayəndəliyində AZ-İ 485382 saylı xx.xx.1995-ci il tarixli akt qeydinə əsasən Cavabdeh3 xx.xx.1995-ci il tarixdə Ağdaş rayon, Şordəhnə kəndinə anadan olmuşdur. X8, anası X13r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Ərəbocağı icra nümayəndəliyində AZ-İ 026961 saylı xx.xx.1961-ci il tarixli akt qeydinə əsasən X31 xx.xx.1958-ci il tarixdə Ağdaş rayon, Dəhnə kəndinə anadan olmuşdur. X6, anası X35r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Qolqəti icra nümayəndəliyində AZ-İ 026114 saylı xx.xx.1960-cı il tarixli akt qeydinə əsasən İddiaçı3 xx.xx.1960-cı il tarixdə Ağdaş rayon, Dəhnə kəndinə anadan olmuşdur. X6, anası X27r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Qolqəti icra nümayəndəliyində AZ-İ 454118 saylı xx.xx.1963-cü il tarixli akt qeydinə əsasən X21 xx.xx.1963-cü il tarixdə Ağdaş rayon, Dəhnə kəndinə anadan olmuşdur. X6, anası X35r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Qolqəti icra nümayəndəliyində AZ-İ 097401 saylı xx.xx.1966-cı il tarixli akt qeydinə əsasən Cavabdeh2 xx.xx.1966-cı il tarixdə Ağdaş rayon, Dəhnə kəndinə anadan olmuşdur. X6, anası X35r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Qolqəti icra nümayəndəliyində AZ-İ 153720 saylı xx.xx.1968-ci il tarixli akt qeydinə əsasən X23 xx.xx.1968-ci il tarixdə Ağdaş rayon, Dəhnə kəndinə anadan olmuşdur. X6, anası X35r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Dəhnəxəlil icra nümayəndəliyində AZ-İ 293457 saylı xx.xx.1998-ci il tarixli akt qeydinə əsasən X20 xx.xx.1998-ci il tarixdə Ağdaş rayon, Dəhnə kəndinə vəfat etmişdir. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Ağdaş Rayon Qeydiyyat şöbəsidə AZ-İ 262009 saylı xx.xx.1993-cü il tarixli akt qeydinə əsasən X16 ilə X34 arasındakı nikah xx.xx.1993-cü il tarixdə qeydə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdaş rayon Dəhnəxəlil kəndində yerləşən 0.27 hektar torpaq sahəsi Cavabdeh7 tam mülkiyyətində verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdaş rayon Dəhnəxəlil kəndində yerləşən 0.2754 hektar torpaq sahəsi Cavabdeh7 tam mülkiyyətində verilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nın Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli 5-32-12/2-342/2025 saylı arayışdan görünür ki. mərhum X20 xx.xx.1998-ci ildə vəfat etmiş və mərhumun vərəsə dairəsi aşağıdakılardır: İddiaçı1- mərhumun bacısı, İddiaçı2- mərhumun bacısı, İddiaçı3mərhumun qardaşı, Cavabdeh1-mərhumun qardaşı, Cavabdeh2-mərhumun qardaşı, X22mərhumun bacısı, X25-mərhumun atası(vəfat edib), X48-mərhumun anası (vəfat edib). İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli 05/09İS/149177-25 saylı arayışdan görünür ki. “X24” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı X14 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün X24 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Atası- X25 (xx.xx.1934) (vəfat edib), anası- X48 (xx.xx.1934) (vəfat edib), bacısı- X19 (xx.xx.1956) (vəfat edib), qardaşı- Cavabdeh1 ( xx.xx.1958), qardaşı- İddiaçı3 ( xx.xx.1960), bacısı- İddiaçı2 (xx.xx.1963), qardaşı- Cavabdeh2 (xx.xx.1966), bacısı- X20 (xx.xx.1968) (vəfat edib), bacısı- İddiaçı1 (xx.xx.1971). İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Qolqəti icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 153720 saylı xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İsmayılova Fəridə xx.xx.1956-ci il tarixdə anadan olmuşdur. X6, anası X35r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Qoşaqovaq icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 295850 saylı xx.xx.2000-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X22 xx.xx.2000-cı il tarixdə ölmüşdür. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Gülbəndə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1980ci il tarixli Vİ-JQ 482114 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1980-ci il tarixdə Ağdaş rayonu, Şordəhnə kəndində anadan olmuşdur. X8, anası X13r. İşin materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X24” AQİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Gülbəndə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1980ci il tarixli Vİİ-JQ 379883 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 xx.xx.1980-ci il tarixdə Ağdaş rayonu, Şordəhnə kəndində anadan olmuşdur. X8, anası X13r. İşin materiallarında olan qəbzlərdən görünür ki, ƏMDX DƏDRX-yə xidmət haqqı üçün xx.xx.2025-ci il tarixində 292 manat, xx.xx.2025-ci il tarixində 50 manat, xx.xx.2025ci il tarixində 147 manat, xx.xx.2025-ci il tarixində 125 manat, xx.xx.2025-ci il tarixində 125 manat, xx.xx.2025-ci il tarixində 72 manat, xx.xx.2025-ci il tarixində 287 manat olmaqla ümumilikdə 1098 manat məbləğində ödənişlər olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X48 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – X48 xx.xx.2011-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X48 xx.xx.2011-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan Ağdaş rayon, Dəhnəxəlil kəndində daimi yaşadığından və daşınmaz əmlak Ağdaş rayon, Dəhnəxəlil kəndində yerləşdiyindən mirasın açıldığı yer Ağdaş rayon, Dəhnəxəlil kəndidir. Miras əmlaka X48 öldüyü məqamadək malik olduğu Ağdaş rayon, Dəhnəxəlil kəndində 0.2840 hektar və 0.2710 hektar həyətyanı torpaq sahələrindən ibarət əmlak daxildir. Məhkəmə araşdırması zamanı miras qoyan X33 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar mərhum analarının ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsində mərhum anasına çatası payına vərəsəlik işinin açılması ilə əlaqədar həmin torpaq sahəsini DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsində qeydiyyata aldıraraq mərhum anasının adına müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli və **********60 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışlar və “torpaq sahəsinin planı və ölçüsü” almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarış və ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Ağdaş rayon Dəhnəxəlil kəndində Yeni qaydalarla: AZ 0331 ünvan 1 ünvanında yerləşən 0.2840 hektar torpaq sahəsi və Ağdaş rayon Dəhnəxəlil kəndində Yeni qaydalarla: AZ 0331 ünvan 3 ünvanında yerləşən 0.2710 hektar torpaq sahəsi X33 tam mülkiyyətinə verilmişdir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qanuni əsası olduğundan qismən təmin edilməli, X9 ölümündən sonra Ağdaş rayon, Dəhnəxəlil kəndində yerləşən evdən mərhuma çatası paydan 0.2840 hektar və 0.2710 hektar həyətyanı torpaq sahələrinin hər birində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və xx.xx.2000-ci ildə vəfat etmiş mərhum X2nın hər birinin payının 1/6 hissədə payı müəyyən edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbinin cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 283.20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat çəkilmiş xərcin əvəzi alınaraq İddiaçı1 verilsin. 283.20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat çəkilmiş xərcin əvəzinin cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulmasını tələb etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçılar tərəfindən müxtəlif vaxtlarda ümumilikdə 1098 manat məbləğində xərclər çəkilmişdir. Ona görə də cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 283.20 (iki yüz səksən üç manat iyirmi qəpik) manat çəkilmiş xərcin əvəzi alınaraq İddiaçı1 verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin sənədlərə çəkilmiş xərcin 1699 manatın cavabdehlərin üzərinə düşən 566 (beş yüz altmış altı) manat 33 (otuz üç) qəpik hissəsinə münasibətdə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh1 188 (yüz səksən səkkiz) manat 80 (səksən) qəpik, Cavabdeh2 188 (yüz səksən səkkiz) manat 80 (səksən) qəpik, cavabdeh X10 vərəsələri Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 188 (yüz səksən səkkiz) manat 80 (səksən) qəpik, müştərək qaydada hər birindən 37 (otuz yeddi) manat 76 (yetmiş altı) qəpik alınaraq İddiaçı1 ödənilməlidir. Bundan başqa, iddia tələbinin ödənilmiş 100 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 50 (əlli) manat hissəsi Cavabdeh1 16 (on altı) manat 67 (altmış yeddi) qəpik, Cavabdeh2 16 (on altı) manat 67 (altmış yeddi) qəpik, X10 vərəsələri Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 16 (on altı) manat 67 (altmış yeddi) qəpik, müştərək qaydada hər birindən 3 (üş) manat 33 (otuz üç) qəpik alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X9 ölümündən sonra Ağdaş rayon, Dəhnəxəlil kəndində yerləşən evdən mərhuma çatası paydan 0.2840 hektar və 0.2710 hektar həyətyanı torpaq sahələrinin hər birində iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və xx.xx.2000-ci ildə vəfat etmiş mərhum X2nın hər birinin 1/6 hissədə payları müəyyən edilsin. Sənədlərə çəkilmiş xərcin cavabdehlərin üzərinə düşən 566 (beş yüz altmış altı) manat 33 (otuz üç) qəpik hissəsinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh1 188 (yüz səksən səkkiz) manat 80 (səksən) qəpik, Cavabdeh2 188 (yüz səksən səkkiz) manat 80 (səksən) qəpik, cavabdeh X10 vərəsələri Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 188 (yüz səksən səkkiz) manat 80 (səksən) qəpik, müştərək qaydada hər birindən 37 (otuz yeddi) manat 76 (yetmiş altı) qəpik alınaraq İddiaçı1 ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 50 (əlli) manat hissəsi Cavabdeh1 16 (on altı) manat 67 (altmış yeddi) qəpik, Cavabdeh2 16 (on altı) manat 67 (altmış yeddi) qəpik, cavabdeh X10 vərəsələri Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh3 16 (on altı) manat 67 (altmış yeddi) qəpik, müştərək qaydada hər birindən 3 (üş) manat 33 (otuz üç) qəpik alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar