Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2082/2025 17.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbi” barədə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 14 oktyabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1132,30 manat əsas borcun, əvvəlcədən ödənilmiş 31,40 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə isə 1164,10 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Xosrov kəndində Cavabdeh məxsus mənzilində № 6769-11-20 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00840 saylı qaz hesabında ödənilməmiş 1132,30 manat borc vardır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1132,30 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı 13720878 nömrəli sayğacın 5916 kub m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbində göstərilən borcun artıq bir hissəsini, yəni qazdan istifadə ilə bağlı olan hissəsindən ödəniş etdiyini, lakin borcdan 172,80 manat pulun ona özünün iştirakı olmadan tərtib edilmiş akt əsasında yazıldığını göstərdi. Məhkəmə, cavabdehi dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 03 noyabr 2020-ci il tarixli, 6769-11-20 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh ilə bağlanmış həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, 2.3.4-cü bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə qeyd olunan müqavilə üzrə müəyyən olunmuş vəzifələrin icra olunmaması nəticəsində Paylayıcıya vurulmuş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İddiaçı **********00840 saylı abonenti Cavabdeh aid abonent saldosunun xx.xx.2026-cı il tarixə olan surətindən görünür ki, həmin abonentin 2023-cü ilin noyabr ayı üzrə qalıq və aktlardan borcu 172,80 manat hesablanmış, sayğac göstəricisinə əsasən aparılmış hesabat da daxil olmaqla xx.xx.2026-cı il tarixə olan ümumi borcu 633,30 manat təşkil edir. “Asan” ödəniş sisteminin qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 31,40 manat dövlət rüsumu ödəmişdir. Mülki işin tədqiq edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və İddiaçı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək öhdəliyini götürmüş, lakin həmin öhdəliyinin layiqincə icra edilməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi **********00840 saylı abonent saldosunun xx.xx.2025-ci il tarixə olan surətinə əsasən qazdan istifadəyə görə Cavabdeh 1132,30 manat debitor borcu yarandığı göstərilsə də, məhkəmə araşdırması zamanı həmin saldonun xx.xx.2026cı il tarixli surətindən görünür ki, 17 fevral 2026-cı il tarixə abonentin borcu cəmi 633,30 manat təşkil etmiş, həmin borcdan 172,80 manat məbləğində hissəsi 2023-cü ilin noyabr ayında aktlar üzrə hesablanmış borc olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşdə olan sənədlərdən məlum olur ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, başqa sözlə müqavilə ilə şərtləndirilmiş üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli imtina etmişdir ki, bu da yolverilməzdir. Halbuki, Mülki Məcəllənin 430.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Bundan başqa, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinin tələbinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə mülki işin müəyyən olunmuş yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 17 fevral 2026-cı il tarixə olan ümumi 633,30 manat borcdan qazdan istifadəyə görə debitor borcun əvəzi qismində 460,50 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, lakin abonentə akt üzrə hesablanmış 172,80 manat məbləğindən pulun tutulması ilə bağlı məhkəməyə yetərli və mötəbər sübutlar təqdim edilməməklə, cavabdeh tərəfindən də həmin aktın tərtibi zamanı iştirak edilməməsi göstərildiyindən həmin hissədə iddia tələbi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, eləcə də rüsum ödənilərkən əlavə xidmət haqqı ödənilməsinə dair iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən, dövlət rüsumunun və xidmət haqqının ödənilməsi ilə bağlı iddiaçının tələbi də qismən təmin edilməklə cəmi 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri üzrə borcun əvəzi qismində 460,50 manat (dörd yüz altmış manat əlli qəpik) və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 490,50 manat (dörd yüz doxsan manat əlli qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №e-2(014)-2082/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2082/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver