Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2142/2025 31.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin mümkünlüyü haqqında məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 aprel 2025-ci il tarixli müqaviləyə əsasən 3 il zəmanət ilə Lenovo LOQ markalı notebook üçün 2318,94 (iki min üç yüz on səkkiz manat, doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 231,89 (iki yüz otuz bir manat, səksən doqquz qəpik) manat cərimə, 14 aprel 2025-ci il tarixli müqaviləyə əsasən 2 il zəmanət ilə LG markalı televizor üçün 1779,12 (bir min yeddi yüz yetmiş doqquz manat, on iki qəpik) manat ödənilməmiş hissə, 177,91 (bir yüz yetmiş yeddi manat, doxsan bir qəpik) manat cərimə olmaqla, ümumilikdə 4507,87 (dörd min beş yüz yeddi manat, səksən yeddi qəpik) manat borc və 65,08 (altmış beş manat, səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası qismində 14 aprel 2025-ci il tarixli və 17 aprel 2025-ci il tarixli alqı-satqı müqavilələrinə istinad etməklə, həmin müqavilələr üzrə pul vəsaitinin cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 17 aprel 2025ci il tarixdə imzalanmış 14 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əlavədə təqdim edilmiş malların ümumi dəyəri 2249,97 manat olduğu halda iddia ərizəsində qeyd edilən malların dəyəri 2538,94 manat qeyd edilmiş, lakin bu tələbi təsdiq edən sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir: Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizənin qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina oluduğundan və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından İddiaçı tərəfindən 08 oktyabr 2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 65,08 (altmış beş manat, səkkiz qəpik) manat dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, 284-4.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizənin qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 08 oktyabr 2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 65,08 (altmış beş manat, səkkiz qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-2142/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2142/2025
31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver