Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2165/2025 11.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Qaz plitəsi və ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 (iyirmi iki) manat olmaqla cəmi 389.90 (üç yüz səksən doqquz manat doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 04 sentyabr 2025-ci il tarixində 25 (iyirmi beş) manat ödəniş etmiş və qalıq qalmış 77.90 (yetmiş yeddi manat doxsan qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 116 (yüz on altı) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 116 (yüz on altı) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 11.60 (on bir manat altmış qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən, 24 yanvar 2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 07 oktyabr 2025-ci il tarixinə yaranmış 77.90 (yetmiş yeddi manat doxsan qəpik) manat əsas borc, 11.60 (on bir manat altmış qəpik) manat cərimə borcu, 14 may 2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 589.90 (beş yüz səksən doqquz manat doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 05 sentyabr 2025-ci il tarixində 33 (otuz üç) manat ödəniş etmiş və qalıq qalmış 258.40 (iki yüz əlli səkkiz manat qırx qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 387 (üç yüz səksən yeddi) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 387 (üç yüz səksən yeddi) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 38.70 (otuz səkkiz manat yetmiş qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən, 14 may 2024-cü il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 07 oktyabr 2025-ci il tarixinə yaranmış 258.40 (iki yüz əlli səkkiz manat qırx qəpik) manat əsas borc, 38.70 (otuz səkkiz manat yetmiş qəpik) manat cərimə borcu cəmi 297.10 (iki yüz doxsan yeddi manat, on qəpik) manat borc, ümumilikdə hər iki müqavilə üzrə 336.30 (üç yüz otuz altı manat otuz qəpik) manat əsas, 50.30 (əlli manat, otuz qəpik) cərimə, 386.60 (üç yüz səksən altı manat, altmış qəpik) manat cəmi borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ”İrşad Electronics” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 22 manat ödənilməsi şərti ilə 389.90 (üç yüz səksən doqquz manat doxsan qəpik) manat qiyməti olan Qaz plitəsi və ütü: 14 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 33 manat ödənilməsi şərti ilə 589.90 (beş yüz səksən doqquz manat doxsan qəpik) manat qiyməti olan “Samsung” markalı mobil telefon vermişdir. İşin materiallarında olan 24 yanvar 2024-cü il tarixli, ********* saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 fevral 2024-cü il tarixdən başlayaraq 24 iyun 2025-ci il tarixədək hər ay 22 manat, 24 iyul 2025-ci il tarixdə isə 15.98 manat ödəniş etməli idi. İşin materiallarında olan 14 may 2024-cü il tarixli, ********* saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh 14 iyun 2024-cü il tarixdən başlayaraq 14 oktyabr 2025-ci il tarixədək hər ay 33 manat, 14 noyabr 2025-ci il tarixdə isə 28.99 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2024-ci il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh 07 oktyabr 2025-ci il tarixə ümumi borcu 193.90 (yüz doxsan üç manat, doxsan qəpik ) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2024-ci il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh 07 oktyabr 2025-ci il tarixə ümumi borcu 645.40 (altı yüz qırx beş manat, qırx qəpik ) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 13 oktyabr 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 24 yanvar 2024-cü il tarixli, ********* saylı və 14 may 2024-cü il tarixli, ********* saylı müqavilələrə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 22 manat ödənilməsi şərti ilə 389.90 (üç yüz səksən doqquz manat doxsan qəpik) manat qiyməti olan Qaz plitəsi və ütü: 14 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 33 manat ödənilməsi şərti ilə 589.90 (beş yüz səksən doqquz manat doxsan qəpik) manat qiyməti olan “Samsung” markalı mobil telefon vermiş, Cavabdeh 24 yanvar 2024-cü il tarixli, ********* saylı, 14 may 2024-cü il tarixli, ********* saylı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 386.60 (üç yüz səksən altı manat, altmış qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, 24 yanvar 2024-cü il tarixli müqavilə üzrə 11.60 (on bir manat, altmış qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 1 (bir) manat, 14 may 2024-cü il tarixli müqavilə üzrə 38.70 (otuz səkkiz manat, yetmiş qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 4 (dörd) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24 yanvar 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 77.90 (yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 1 (bir) manat cərimə borcu, 14 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 258.40 (iki yüz əlli səkkiz manat, qırx qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 341.30 (üç yüz qırx bir manat, otuz qəpik) manat məbləğində borc və 30 (otuz) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24 yanvar 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 77.90 (yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 1 (bir) manat cərimə borcu, 14 may 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 258.40 (iki yüz əlli səkkiz manat, qırx qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 341.30 (üç yüz qırx bir manat, otuz qəpik) manat məbləğində borc və 30 (otuz) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-2165/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2165/2025
11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver