Məhkəmə qərarları › İş №e-2(014)-2241/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2241/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2241/2025 19.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin mümkünlüyü haqqında məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 aprel 2025-ci il tarixli müqaviləyə əsasən 2 il zəmanət ilə BOSCH markalı şirəçəkən, 2 il zəmanət ilə BOSCH markalı ətçəkən, 2 il zəmanət ilə LG markalı televizor, 2 il zəmanət ilə HİSENSE markalı televizor üçün 2783,34 (iki min yeddi yüz səksən üç manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, 278,33 (iki yüz yetmiş səkkiz manat, otuz üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 3061,67 (üç min altmış bir manat, altmış yeddi qəpik) manat borc və 50,62 (əlli manat, altmış iki qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir: Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı iddia tələbinin əsası qismində 24 aprel 2025-ci il tarixli alqı-satqı müqaviləsinə istinad etməklə, həmin müqavilə üzrə pul vəsaitinin cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 24 aprel 2025-ci il tarixdə imzalanmış 24 aprel 2025-ci il tarixli, ********** saylı müqaviləyə əlavədə təqdim edilmiş malların ümumi dəyəri 2632,76 manat olduğu halda iddia ərizəsində qeyd edilən malların dəyəri 2917,34 manat qeyd edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizənin qəbul olunmasından imtina edildiyindən İddiaçı tərəfindən 30 oktyabr 2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 50,62 (əlli manat, altmış iki qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, 284-4.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçı tərəfindən 30 oktyabr 2025-ci il tarixli, № ********** nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 50,62 (əlli manat, altmış iki qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar