Məhkəmə qərarları › İş №e-2(014)-2259/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2259/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2259/2025 29.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “öhdəlik üzrə qalıq borcun ödənilməsi” tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “öhdəlik üzrə qalıq borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15087,00 (on beş min sıfır səksən yeddi) manat qalıq borc və 438,00 (dörd yüz otuz səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 15525.00 (on beş min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında avtomobil nisyə alğı-satqısına dair xx.xx.2021-ci il tarixli B-306-SA-21 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Rapid 1.6 AT markalı, buraxılış ili 2021 olan (VİN:XW8AC4NH7NK108813), yeni və 0 km yürüş olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək Alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 6458 manat ilkin ödəniş edildikdən sonra nəqliyyat vasitəsinin dəyərini təşkiledən 41378.00 (qırx bir min üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 582 (beş yüz səksən iki) manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Nəqliyyat vasitəsinin dəyəri tam ödənildikdən sonra, həmin nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri lazımınca icra edilməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra 34 ay ərzində ödəniş öhdəliklərini vaxtında icra etsə də, növbəti aylarda onun tərəfindən ödəniş həyata keçirilməmişdir (Maliyyə arayışı əlavə olunur). Ödəniş öhdəliklərinin gecikdirilməsi barədə əməkdaşları tərəfindən cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, lakin həmin xəbərdarlıqlar heç bir müsbət nəticə verməmiş, cavabdeh tərəfindən aylıq ödənişlərin həyata keçirilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixində Skoda Rapid 1.6 AT markalı, 77PH817 dövlət qeydiyyat nömrəli avtomobil cavabdeh tərəfindən qəzalı vəziyyətdə servislərinə gətirilmiş və yol nəqliyyat hadisəsinin baş verdiyi bildirilmişdir. Servisdə avtomobilə baxış keçirilmiş və avtomobilin təmiri üçün xx.xx.2024-cü il tarixli təmir aktı tərtib edilərək könüllü sığorta müqaviləsi üzrə sığortaçı olan "xxxx" ASC-yə məlumat verilmişdir. Lakin müəyyən müddətdən sonra məktublarına cavab olaraq sığorta şirkəti tərəfindən cavab verilərək həmin avtomobilin avtomobili idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edildiyindən sığorta təminatına daxil olmadığı bildirilmişdir. Qəza nəticəsində avtomobilin təmir xərcləri öz qiymətini keçdiyi üçün avtomobil sığorta müqaviləsinə əsasən tam məhv edilmiş hesab edilir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən (yəni müqavilə üzrə nəzərdə tutulan aylıq ödənişləri ödəməməsi səbəbindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçı tərəfindən Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2021-ci il tarixli B-306-SA-21 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Bildirir ki, cavabdehdən avtomobili götürməsini və qalıq məbləğin qaytarılmasını tələb etsələr də Cavabdeh qalıq borcu ödəməkdən imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən ödənilməli 34920 manatdan ümumilikdə 19833 manat pul ödənilmiş və iddiaçıya 15087 manat borcu qalmış, həmçinin borcun hər gecikdirilən günü üçün 438 manat dəbbə borcu yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli B-306-SA-21 saylı Müqavilənin 3.2.2, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. İddiaçı X1 xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, e-2(014)- 2259/2025 saylı iş üzrə xx.xx.2026-cü il tarixli saat 14:00-a təyin edilmiş baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş və bildirmişdir ki, qarşı tərəf də əvvəlki iclasda zərəri etiraf etmiş, iddialarını müdafiə edirlər və iddialarının təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə 29 yanvar 2026-cı il tarixində ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehin nümayəndəsidir. 15 min borc onun borcudur. Borcunu etiraf edir. İmkan olmadığına görə borcunu ödəyə bilməmişdir. Köməklik göstərilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nin 13.01,202-ci il tarixli məktubu ilə Skoda Rapid 1.6 AT, buraxılış ili 2021 olan (VİN: XW8AC4NH7NK108813) avtomobilə baxışın keçirilmə tarixi və yeri barədə Sizə məlumat verilməsinə baxmayaraq, müraciətlərinə münasibət bildirmədiyiniz səbəbindən Skoda rəsmi servis mərkəzində nəqliyyat vasitəsinə baxış Sizin iştirakınız olmadan keçirilmişdir. xx.xx.2025-ci il tarixində nəqliyyat vasitəsinə keçirilmiş baxışın nəticəsində müvafiq Akt (Əlavə olunur) tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məktuba əlavə edilən Təmir Aktına dair hər hansı əlavə və dəyişikliklər, habelə irad və təkliflər olacağı təqdirdə 3 (üç) iş günü ərzində İddiaçı MMC-yə məlumat verilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarının surətindən görünür ki, Skoda Rapid 1.6 AT, buraxılış ili 2021 olan (VİN: XW8AC4NH7NK108813) avtonəqliyyat vasitəsinin Sizin tərəfinizdən İddiaçı MMCnin qanuni sahibliyinə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixində 10:00-nm rəsmi servis (texniki xidmət) mərkəzində Skoda Rapid 1.6 AT, buraxılış ili 2021 olan (VİN: XW8AC4NH7NK108813) avtonəqliyyat vasitəsinə texniki baxış keçiriləcək, nəqliyyat vasitəsinin geri qaytarılma tarixinə mövcud olan texniki vəziyyəti müəyyən ediləcək və texniki yoxlanışın nəticəsinə uyğun olaraq müvafiq Akt tərtib ediləcəkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xx.xx.2025-ci il tarixində, saat 10:00-da İddiaçı -nın rəsmi servis mərkəzinə (Ünvan: Nizami rayonu, Babək pr-ti 74) gəlməyinizi və nəqliyyat vasitəsinə texniki baxış keçirilən zaman iştirak etməyinizi xahiş edirik. Yoxlanışın keçirilmə tarixinin və ya vaxtının Sizə uyğun gəlməyəcəyi təqdirdə, müvafiq dəyişikliyin edilməsi mümkündür. Texniki baxışın keçiriləcəyi tarixdə və vaxtda İddiaçı servis mərkəzinə gəlməyəcəyiniz təqdirdə, texniki baxış Sizin iştirakınız olmadan həyata keçiriləcək, tərtib edilmiş Aktın 1 nüsxəsi Sizin ünvanınıza göndəriləcək və Təmir Aktında qeyd olunmuş məqamlar Sizin tərəfinizdən qəbul edilmiş hesab ediləcəyi bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müqaviləyə xitam verilməsi barədə məktubdan görünür ki, sizinlə (“Alıcı”) və İddiaçı MMC (“Satıcı”) arasında Avtomobil Alğı-satqısma dair xx.xx.2021-ci il tarixli B-306-SA-21 sayh Müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində dəyəri ƏDV daxil 41.378 (qırx bir min üç yüz yetmiş səkkiz) manat müəyyən edilən Skoda Rapid 1.6 AT, buraxılış ili 2021 olan (VİN: XW8AC4NH7NK108813) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcıya istifadəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, 34.920 (otuz dörd min doqquz yüz iyirmi) manat məbləği xx.xx.2022 ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 582 (beş yüz səksən iki) manat olmaqla ödəməyi Satıcı qarşısında öz öhdənizə götürmüşsünüz. Lakin, şifahi müraciətlərinə baxmayaraq bu vaxta kimi tərəflərindən heç bir ödəniş həyata keçirilməmiş və müqavilə üzrə öhdəlikləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçı MMC-yə olan ümumilikdə xx.xx.2025-cü il tarixinə olan əsas 1120 (min yüz iyirmi) manat cərimə 396 (üç yüz doxsan altı) manat məbləğində borcu 7 (yeddi) gün ərzində ödənilməsini təmin etməyinizlə bağlı xx.xx.2025-ci il tarixli xəbərdarlığına baxmayaraq tərəfinizdən heç bir addım atılmadığından sizinlə İddiaçı MMC (“Satıcı”) arasında Avtomobil Alğı-satqısma dair xx.xx.2021-ci il tarixli B-306- SA-21 №-li Müqaviləyə tərəflərindən xitam verildiyi bildirilmişdir. İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında avtomobil nisyə alğı-satqısına dair xx.xx.2021-ci il tarixli B-306-SA-21saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcıSkoda Rapid 1.6 AT markalı, buraxılış ili 2021 olan (VİN:XW8AC4NH7NK108813), yeni və 0 km yürüş olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən avtomobilin dəyəri tam ödənilənədək Alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 6458 manat ilkin ödəniş edildikdən sonra nəqliyyat vasitəsinin dəyərini təşkiledən 41378.00 (qırx bir min üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin xx.xx.2022-ci il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 582 (beş yüz səksən iki) manat olmaqla iddiaçıya ödənilməsi razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, işə salma açarı (2 ədəd), istismar kitabçası, ehtiyat təkər, alətlər dəsti, domkrat, açar olmaqla avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcunu icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə verilmiş xx.xx.2025-ci il tarixli 04 oktyabr 2024-cü il tarixində baş vermiş YNH zamanı, rəhbərlik etdiyiniz şirkəti tərəfindən könüllü şəkildə (kasko) sığortalanmış MC********** nömrəli sığorta polisi üzrə, ünvan 1i ünvanında YNH baş vermişdir. Hadisə vaxtı zərər görmüş 77PH817 Skoda Rapid markalı avtomobilə ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq, zərər dəyən avtomobilin rəsmi servis mərkəzində təmir edilməsinə etiraz etmirlər. İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli B-024-SA-23 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə borc məbləği 34 920 manat, aylıq ödənilən 19 833 manat, qalıq borc xx.xx.2025 tarixi üçün gecikdirilmiş məbləğ 15087 manat borc, cərimə borcu 438 manat hesablanmışdır. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təmir aktının surətindən görünür ki, Skoda Rapid 1.6 AT markalı, 77PH817 dövlət qeydiyyat nömrəli avtomobilə 66286.76 manat zərər hesablanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, sizinlə Cəmiyyət arasında xx.xx.2021-ci il tarixdə M('********** saylı sığorta müqaviləsi bağlanmış və’’Skoda Rapid" markalı. ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı tərəfimizdən nnhaliq sığorta növü üzrə sığorta təminatı verilmişdir. Şirkətlərinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişsiniz. Hadisə ilə bağlı Ağdaş RPŞ İstintaq Bölməsi tərəfindən “AtaSığorta" ASC-yə təqdini edilmiş Arayışda və digər sənədlərdə hadisənin xx.xx.2024-cü il tarixdə baş verdiyi və hadisə vaxtı avtomobilin X2 tərəfindən idarə edildiyi göstərilmişdir. Qeyd etmək istəyirlər ki, sənədlər araşdırılarkən H.R.Hüseynovanın hadisə baş verdiyi vaxt avtomobili idarə etməyə hüququnun olmadığı və barəsində AR İnzibati Xətalar Məcəlləsinin >32.2-ci maddəsi ilə protokolun tərtib edildiyi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərdən aydın olduğu kimi. H.R.Hüseynovanın hadisə vaxtı ’’Skoda Rapid" markalı. 77 PH «Sİ 7 dövlət qeydiyyat nişanlı avtomobili idarəetmək hüququ olmamışdır. xx.xx.2021-ci il tarixli. MC********** saylı sığorta şəhadətnaməsinə əsasən "Nəqliyyat vasiləsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmuyan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta tələbindən görünür ki, İddiaçı MMC-yə məxsus olan Skoda Rapid markalı, ** PH *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi MC********** nömrəli şəhadətnaməyə əsasən "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası üzrə sığortalanmışdır. ünvan 1ində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığorta predmeti olan Skoda Rapid markalı, ** PH *** dövlət qeydiyyat nömrəli avtomobil zədələnmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsinə İddiaçı MMC-nin texniki xidmət mərkəzində müvafiq texniki baxış keçirilmiş və bununla bağlı xx.xx.2024-cü il tarixində Təmir Aktı tərtib edilmişdir. Həmin təmir aktından da göründüyü kimi avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan sığorta qaydalarına uyğun olaraq sığorta məbləğini aşdığından tam məhv olma hesab edilə bilər. Bununla əlaqədar, Tərtib edilmiş Akt xx.xx.2024-cü il tarixində əməkdaşlar tərəfindən "xxxx" ASC-yə göndərilmiş və bu məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. Lakin, tərəflərindən sözügedən məsələyə dair heç bir münasibət bildirilməmiş, sığorta ödənişinin həyata keçirilməsi istiqamətində isə heç bir tədbir görülməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən kasko sığorta üzrə sığortalanan ** PH *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı münasibət bildirməyinizi və sığorta hadisəsi hesab edildiyi təqdirdə təmir aktına əsasən hesablanmış sığorta ödənişinin hazırkı məktubu aldığınız tarixdən 7 gün ərzində İddiaçı MMC-nin aşağıda qeyd olunan bank hesabına ödənilməsi xahiş edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 136.60 (yüz otuz altı manat altmış qəpik) dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.1, 601.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 438 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 43 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 136.60 (yüz otuz altı manat, altmış qəpik) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 135.39 manat cavabdehdən tutulmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15087 (on beş min səksən yeddi) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 15130 manat borc və 135.39 manat ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 15087 (on beş min səksən yeddi) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 15130 (on beş min yüz otuz) manat borc və 135 (yüz otuz beş) manat 39 (otuz doqquz) qəpik ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar