Məhkəmə qərarları › İş №e-2(014)-2309/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2309/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2309/2025 05.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1072,64 (bir min yetmiş iki manat, altmış dörd qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 30,75 (otuz manat, yetmiş beş qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı, ümumilikdə isə 1103,39 (bir min bir yüz üç manat, otuz doqquz qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan ünvan 1ndə Cavabdeh məxsus mənzilində № 3242-12-21 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********05830 saylı qaz hesabında ödənilməmiş 1784,84 manat borc vardır. Cavabdeh məxsus **********05830 saylı qaz hesabında olan 1784,84 manat borc məbləğinin 01 noyabr 2023-cü il tarixə olan ödənilməmiş 812,20 (səkkiz yüz on iki manat, iyirmi qəpik) manat hissəsi üzrə 2023-cü ilin noyabr ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş Rayon Məhkəməsində iddia qaldırılmış və həmin məhkəmənin 26 yanvar 2024-cü il tarixli, e-2(014)-206/2024 nömrəli qətnaməsinə əsasən həmin 812,20 manat borc məbləğinin 100 (bir yüz) manat hissəsi ödənilmiş, lakin 712,20 (yeddi yüz on iki manat, iyirmi qəpik) manat hissəsi isə ödənilməmişdir. Cavabdeh məxsus **********05830 saylı qaz hesabında halhazırda olan 1784,84 manat borc məbləğinin 712,20 (yeddi yüz on iki manat, iyirmi qəpik) manat hissəsi isə 2023-cü ilin noyabr ayında İddiaçı tərəfindən borc tələbi üzrə Ağdaş Rayon Məhkəməsində qaldırılmış iddia üzrə və Ağdaş Rayon Məhkəməsi tərəfindən çıxarılmış 26 yanvar 2024-cü il tarixli, e-2(014)-206/2024 nömrəli qətnamədə təmin olunan məbləğin ödənilməyən hissəsidir. Hal-hazırda tələb olunan 1072,64 (bir min yetmiş iki manat, altmış dörd qəpik) manat məbləğində borc isə 01 noyabr 2023-cü il tarixdən sonrakı və bu günədək olan dövr ərzində Cavabdeh məxsus **********05830 saylı qaz hesabında yaranan borc məbləğidir. Cavabdeh məxsus **********05830 saylı qaz hesabında olan 1072,64 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1072,64 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı, 11469752 nömrəli sayğacın 5180 m3 göstəricisi ilə müəyyən edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər edilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli, № 3242-12-21 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, qaz paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 27 noyabr 2025-ci il tarixli, **********05830 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh abonent koduna 2025-ci ilin oktyabr ayına təbii qazdan istifadəyə görə 1784,84 manat borc hesablanmışdır. **********88 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30,75 (otuz manat, yetmiş beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2(014)-206/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 812,20 (səkkiz yüz on iki manat, iyirmi qəpik) manat məbləğində borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzinin alınaraq İddiaçınə ödənilməsi barədə yekun qərar qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə 08 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2024-cü ilin iyun ayına kimi yaranmış və sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1255,25 (min iki yüz əlli beş manat, iyirmi beş qəpik) manat borc tutulmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(014)-1242/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1255,25 (min iki yüz əlli beş manat, iyirmi beş qəpik) manat məbləğində borc, 32,60 (otuz iki manat, altmış qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı, ümumilikdə 1288,25 (min iki yüz səksən səkkiz manat, iyirmi beş qəpik) borcun tutularaq İddiaçınə verilməsi barədə yekun qərar qəbul edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli, № 3242-12-21 saylı müqaviləyə əsasən əsasən İddiaçı Cavabdeh təbii qazla təmin etmiş, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçınə 2025-ci ilin oktyabr ayına təbii qazdan istifadəyə görə 1784,84 manat məbləğində borcu yaranmışdır. İddiaçı həmin borcun 812,20 manat hissəsinə Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2(014)-206/2024 nömrəli qətnaməsi qəbul edildiyini, qalan hissə üzrə, yəni 2023-cü ilin noyabr ayından 2025-ci ilin oktyabr ayına kimi təbii qazdan istifadəyə görə borc yarandığını qeyd etsə də, işin materiallarından görünür ki, həmin borc tələbinin 2024-cü ilin iyun ayına kimi olan hissəsi üzrə Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(014)-1242/2024 nömrəli qətnaməsi çıxarılmış və cavabdehdən 2023-cü ilin noyabr ayından 2024-cü ilin iyun ayına kimi yaranmış və sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1255,25 (min iki yüz əlli beş manat, iyirmi beş qəpik) manat borc tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldığından icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh **********05830 saylı qaz hesabında 2025-ci ilin oktyabr ayına təbii qazdan istifadəyə görə ödənilməmiş 1784,84 manat məbləğində borcu vardır. Həmin borc üzrə İddiaçı tərəfindən iddia tələbində Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2(014)-206/2024 saylı qətnaməsi üzrə tutulan məbləğ (812,20 manat) nəzərə alınsa da, Məhkəmənin Ağdaş Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e- 2(014)-1242/2024 saylı tarixli qətnaməsi üzrə tutulan məbləğ (1255,25 manat) nəzərə alınmamışdır. Belə olan halda ümumi borcdan (1784,84 - 1255,25 = 529,59 manat) həmin məbləğ çıxılmaqla iddia tələbi qismən təmin edilməli, Cavabdeh 529,59 (beş yüz iyirmi doqquz manat, əlli doqquz) manat məbləğində borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0,40 qırx qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilməli, Ağdaş Rayon Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli, e-2(014)-2309/2025 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh 543,05 (beş yüz qırx üç manat, beş qəpik) manat borcun tutulmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 529,59 (beş yüz iyirmi doqquz manat, əlli doqquz qəpik) manat əsas borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının əvəzi alınaraq İddiaçınə verilsin. Ağdaş Rayon Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli, e-2(014)-2309/2025 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh 543,05 (beş yüz qırx üç manat, beş qəpik) manat borcun tutulmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar