Məhkəmə qərarları › İş №e-2(014)-2332/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2332/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2332/2025 10.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin mümkünlüyü haqqında məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayonu, Qülbəndə kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1487,80 (bir min dörd yüz səksən yeddi manat, səksən qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 34,90 (otuz dörd manat, doxsan qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə isə 1522,70 (bir min beş yüz iyirmi iki manat, yetmiş qəpik) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir: Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Ağdaş Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, e-2(014)-368/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilməsi, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 696.20 (altı yüz doxsan altı 20 qəpik) manat borc, 15 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı İddiaçınə aid edilməsi qətt edilmişdir. Bundan başqa həmin qətnamədən görünür ki, mübahisə predmeti olan borc 2020-ci ilin noyabr ayınadək olmuşdur. Eyni zamanda 03 dekabr 2025-ci il tarixli, **********00470 saylı abanent saldosundan görünür ki, abonent Cavabdeh 2020-ci ilin dekabr ayı üzrə qalıq və aktlardan borcu 604,80 manat borc hesablanmışdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə tərəflər arasında mübahisə vardır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizənin qəbul olunmasından imtina edildiyindən İddiaçı tərəfindən 05 dekabr 2025-ci il tarixli, № **********38 nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 34,90 (otuz dörd manat, doxsan qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, 284-4.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. 05 dekabr 2025-ci il tarixli, № **********38 nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 34,90 (otuz dörd manat, doxsan qəpik) manat dövlət rüsumu İddiaçınə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar