Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-2364/2025 30.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********18592 olan İPHONE 13 markalı telefon, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil, paket XXXL xidməti, APPLE markalı enerji toplama cihazı üçün 1368,54 (bir min üç yüz altmış səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 136,85 (bir yüz otuz altı manat, səksən beş qəpik) manat cərimə, 09 fevral 2025-ci il tarixli əlavəyə əsasən İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefon, paket XXL xidməti, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil üçün 1139 (bir min bir yüz otuz doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 113,90 (bir yüz on üç manat, doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 2805,49 (iki min səkkiz yüz beş manat, qırx doqquz qəpik) manat borc və 48,06 (qırx səkkiz manat, altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə, "xxxx" MMC arasında bağlanmış 22 sentyabr 2024-cü il və 09 fevral 2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********18592 olan İPHONE 13 markalı telefon, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil, paket XXXL xidməti, APPLE markalı enerji toplama cihazı, İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefon, paket XXL xidməti, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil almış və nəticədə 2805,49 (iki min səkkiz yüz beş manat, qırx doqquz qəpik) manat borc yaranmışdır. Cavabdeh 22 sentyabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2355,98 (iki min üç yüz əlli beş manat, doxsan səkkiz qəpik) manat (18 ay x 103,11 manat + 500 manat ilkin ödəniş) olan İMEİ kodu **********18592 olan İPHONE 13 markalı telefon, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil, paket XXXL xidməti, APPLE markalı enerji toplama cihazı üçün ümumilikdə 1528,99 (bir min beş yüz iyirmi səkkiz manat, doxsan doqquz qəpik) manat olmaqla, ondan, 1368,54 (bir min üç yüz altmış səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 136,85 (bir yüz otuz altı manat, səksən beş qəpik) manat cərimə pulu, 21 sentyabr 2024-cü il tarixdə bağlanmış müqavilənin əlavəsi kimi bağlanmış 09 fevral 2025-ci il tarixli əlavəyə əsasən alqı-satqı qiyməti 1254 (bir min iki yüz əlli dörd) manat (18 ay x 67 manat + 48 manat ilkin ödəniş) olan İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefon, paket XXL xidməti, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil üçün ümumilikdə 1276,50 (bir min iki yüz yetmiş altı manat, əlli qəpik) manat olmaqla, ondan, 1139 (bir min bir yüz otuz doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 113,90 (bir yüz on üç manat, doxsan qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1102,44 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 22 sentyabr 2024-cü il və 09 fevral 2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 17 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab etmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2024-cü il tarixli, 08503901 saylı müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh 18 ay müddətinə 500 manat ilkin ödəniş ödənilməklə, hər ay 103,11 manat ödəniş ödənilməsi şərti ilə 2355,98 manat qiyməti olan İMEİ kodu **********18592 olan İPHONE 13 markalı telefon, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil, paket XXXL xidməti, APPLE markalı enerji toplama cihazı verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2024-cü il tarixli təhviltəslim aktından görünür ki, satıcı alıcıya İMEİ kodu **********18592 olan İPHONE 13 markalı telefon, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil, paket XXXL xidməti, APPLE markalı enerji toplama cihazı təhvil vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 sentyabr 2024-cü il tarixli, ********** saylı müqavilənin 1.2-ci bəndində qeyd edilir ki, “Müştəri” bu müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün “ABC2 tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı \ xidmət(lər)i (bundan sonra bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq 'Mal' adlanacaq) “ABC”yə sifariş verir, “ABC” həmin “Mal”ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, “Müştəri” isə həmin malın dəyərini razılaşdırılmış qaydada “ABC”yə ödəyir. Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, bu müqavilənin 5.1-ci bəndində göstərilən müddət ərzində “Müştəri”nin həyata keçirəcəyi növbəti sifarişlər (alışlar) zamanı hazırki müqavilə şərtləri eynilə tətbiq ediləcəkdir. Malın hansı formada (onlayn və ya mağazada) sifariş verilməsi “Müştəri”nin seçimindən asılıdır. Həmin müqavilənin 2.2-ci bəndində qeyd edilir ki, “Müştəri” qəbul və bəyan edir ki, ********** mobil nömrəsi onun istifadəsindədir. “Müştəri”, həmçinin bu mobil nömrə(lər) dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bır halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobil nömrə(lər)dən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. Həmin müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, “Müştəri”, bu müqavilənin qüvvədə olduğu müddət ərzində əldə etmək istədiyi hər sonrakı 'Mah ilə bağlı niyyətini və həmin Malı əldə etmə şərtlərini 2.2-ci bənddə göstərilən mobil nömrə(lər) üzərindən SMS vasitəsi ilə təsdiq edir. “Müştəri”nin təsdiqlədiyi həmin SMS nəticəsində onun malın sifarişi (alışı) ilə bağlı müraciəti “ABC” tərəfindən icraya yönləndiriləcək. Həmin müqavilənin 5.1-ci bəndində qeyd edilir ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində “Müştəri”nin bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə “ABC”dən mal və (və ya) xidmət əldə etmək hüququ var. ATL SMS şirkətinin sistemindən SMS göndəriş hesabatının çıxarışından görünür ki, Cavabdeh istifadəsində olan ********** mobil nömrəsi ilə SMS göndərməklə 48 manat ilkin ödəniş şərti ilə 18 ay müddətinə, aylıq 67 manat şərti ilə SMS göndərilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2025-ci il tarixli bildirişin 1ci bəndində qeyd edilir ki, 21 sentyabr 2024-ci il tarixində bağlanmış ********** saylı müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya “ABC”-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, mala tam sahiblik hüququ “Müştəri”yə keçir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2025-ci il tarixli bildirişin əlavəsi olan 09 fevral 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı alıcıya İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefon, paket XXL xidməti, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil təhvil vermişdir. 06 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh 22 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********18592 olan İPHONE 13 markalı telefon, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil, paket XXXL xidməti, APPLE markalı enerji toplama cihazı üçün 1368,54 (bir min üç yüz altmış səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 136,85 (bir yüz otuz altı manat, səksən beş qəpik) manat cərimə, 09 fevral 2025-ci il tarixli əlavəyə əsasən İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefon, paket XXL xidməti, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil üçün 1139 (bir min bir yüz otuz doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 113,90 (bir yüz on üç manat, doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 2805,49 (iki min səkkiz yüz beş manat, qırx doqquz qəpik) manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 03 noyabr 2025-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı MMC borcalana 22 sentyabr 2024-cü il tarixli, 08503901 saylı və 09 fevral 2025-ci il tarixli, 08503901 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. 06 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh İMEİ kodu **********18592 olan İPHONE 13 markalı və İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ümumilikdə 47,20 manat məbləğində pul ödənilmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 48,06 (qırx səkkiz manat, altı qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2024-cü il tarixli, 08503901 saylı müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı qiyməti 2355,98 (iki min üç yüz əlli beş manat, doxsan səkkiz qəpik) manat qiyməti olan əşyaları ilkin ödəniş 500 manat etdikdən sonra 18 ay müddətinə, aylıq 103,11 manat ödəmək şərti ilə İMEİ kodu **********18592 olan İPHONE 13 markalı telefon, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil, paket XXXL xidməti, APPLE markalı enerji toplama cihazı, İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefon, paket XXL xidməti, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil almışdır. Cavabdeh həmin müqavilə üzrə İddiaçı MMC-yə 1368,54 (bir min üç yüz altmış səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 136,85 (bir yüz otuz altı manat, səksən beş qəpik) manat məbləğində borcu yaranmışdır. Bundan başqa, İddiaçı MMC ilə Cavabdeh arasında 10 (on) il müddətinə 21 sentyabr 2024-cü il tarixdə, ********** saylı müqavilə bağlanmışdir Həmin müqavilənin şərtləri əsasında Cavabdeh 09 fevral 2025-ci il tarixdə imzalanmış bildiriş və təhvil-təslim aktı imzalayaraq alqı-satqı qiyməti 1254 (bir min iki yüz əlli dörd) manat qiyməti olan əşyaları ilkin ödəniş 48 manat etdikdən sonra 18 ay müddətinə, aylıq 67 manat ödəmək şərti ilə İMEİ kodu **********97540 olan HONOR X9C markalı telefon, paket XXL xidməti, 3 il müddətə Ultra qızıl zəmanət, mat vinil almışdır. Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə 1139 (bir min bir yüz otuz doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 113,90 (bir yüz on üç manat, doxsan qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22 sentyabr 2024-cü il tarixli, 08503901 saylı müqaviləyə əsasən 1368,54 (bir min üç yüz altmış səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 136,85 (bir yüz otuz altı manat, səksən beş qəpik) manat cərimə, 09 fevral 2025-ci il tarixli əlavəyə əsasən 1139 (bir min bir yüz otuz doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 113,90 (bir yüz on üç manat, doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 2805,49 (iki min səkkiz yüz beş manat, qırx doqquz qəpik) manat borc və 48,06 (qırx səkkiz manat, altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMCnin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 22 sentyabr 2024-cü il tarixli, 08503901 saylı müqaviləyə əsasən 1368,54 (bir min üç yüz altmış səkkiz manat, əlli dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 136,85 (bir yüz otuz altı manat, səksən beş qəpik) manat cərimə, 09 fevral 2025-ci il tarixli əlavəyə əsasən 1139 (bir min bir yüz otuz doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, 113,90 (bir yüz on üç manat, doxsan qəpik) manat cərimə pulu, ümumilikdə 2805,49 (iki min səkkiz yüz beş manat, qırx doqquz qəpik) manat borc və 48,06 (qırx səkkiz manat, altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMCnin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №e-2(014)-2364/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-2364/2025
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver