Məhkəmə qərarları › İş №e-2(014)-2410/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-2410/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-2410/2025 29.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayonu Şəkili kəndindəyaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 954.10 (doqquz yüz əlli dörd manat on qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumun, ümumilikdə isə 984.10 (doqquz yüz səksən dörd manat on qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı iddia ərzəsinə dair əvvəlki tarixdə, e-2(014)-2399/2025 saylı iddia tələbi mövcud olduğu üçün e-2(014)-2410/2025 saylı işə aid iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmin ərizə də müvafiq ərizəni icraata götürmək haqqında qərardad çıxarılana qədər məhkəməyə daxil olmuşdur. Həmçinin iddiaçı e-2(014)-2410/2025 saylı mülki iş üzrə iddia ərizəsinin verilməsinə görə 22 dekabr 2025-ci il tarixli **********25 saylı qəbzə əsasən ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu ilə əvvəlki tarixdə, e-2(014)-2399/2025 saylı mülki iş üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də e-2(014)-2410/2025 saylı mülki iş üzrə iddiaçı tərəfindən yenidən dövlət rüsumunun ödənilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə müvafiq olaraq, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət rüsumunun ödənilməməsi nəzərə alınsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar