Məhkəmə qərarları › İş №e-2(014)-252/2024

Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(014)-252/2024

01.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-252/2024 01.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı oğlunun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qəbələ regional “ASAN xidmət” məkəzində Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 və X7 qarşı ümumi birgə əmlakda payların müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qəbələ regional “ASAN xidmət” məkəzində Notariat ofisinə qarşı ümumibirgə əmlakda payların müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin qismən ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının arvadı, Cavabdeh2 isə mərhum X29 arvadı olmuşdur. Belə ki, Cavabdeh1 ilə birgə evliliklərindən olan X32 20 avqust 2017-ci ildə ölmüşdür. X29 Cavabdeh2 ilə olan evliliyindən 08 iyul 2017-ci il təvəllüdlü İsmayıladlı oğlu vardır. X32 öldükdən sonra ondan ümumibirgə mülkiyyətlərində olan torpaq sahəsi miras qalmışdır. Hazırda yaşlandığından əmlakı ilə bağlı sərəncam vermək istəyir. Ancaq Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan, oğlu vəfat etdiyindən isə vərəsəlik işinin açılması zəruri olduğundan Notariat Ofisinə müraciət edərkən nümayəndəsi və vəkili Nümayəndə 19 noyabr 2023-cü il tarixdə ünvanlanmış notariat işinin surətindən məlum olmuşdur ki, o, Rusiya Federasiyası vətəndaşı olduğundan tez-tez Rusiya Federasiyasına getməli olduğundan 13 iyul 2012-ci ildə arvadı Cavabdeh1 adına 10 il müddətinə olmaqla verdiyi etibarnamədən arvadı Cavabdeh1 öz xeyrinə istifadə edərək Notariat Ofisinə ərizə vermişdir ki, o, oğlundan qalan mirası qəbul etməmişdir. Bundan sonra Notariat Ofisi tərəfindən 16 may 2019-cu ildə 20 avqust 2017-ci ildə ölmüş X8 vərəsəsi anası-Cavabdeh1, arvadı Cavabdeh2 və oğlu Manafov İsmayıl oğlunun vərəsə olmasını tanıyaraq onların hər birinin miras əmlakdan bərabər şəkildə 1/3 hissədə pay almaları, miras əmlakın İslam Manafovun adına bankın cari hesabında olan 3696 manat pul vəsaitindən ibarət olmasına dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, miras torpaq sahəsi hər bir vaxt onun idarəçiliyində olmuşdur. Bununla da onun hüquqlarını məhdudlaşdıran hərəkətlərlə adından verilmiş etibarnamədən etibar edilmiş öz xeyri üçün istifadə etmişdir. Nə qədər ki, vərəsəlik şəhadətnaməsi qüvvədədir, o, oğlunun miras əmlakından pay ala bilmir. Bir daha qeyd edir ki, bundan o, Notariat Ofisinin 19 noyabr 2023cü il tarixdə ona ünvanlanmış məktubunu aldıqdan sonra xəbərdar olmuşdur. X26 ümumibirgə mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 6 nəfər ailə üzvü ilə birgə 0,159 ha torpaq sahəsi və ha kənd təsərrüfat təyinatlı torpaq sahələri vardır. Əmlak paylarının ümumibirgə olduğundan paylarının müəyyən edilməsini, ümumibirgəliyə xitam verilməsini xahiş edir. İddiaçı oğlunun vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Cavabdeh3, Cavabdeh4, X5 iş üzrə cavabdeh kimi cəlb edilərək ünvan 1 ünvanda yerləşən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X18, X16 ilə birgə ümumibirgə mülkiyyətlərində olan 0,159 ha torpaq sahəsi üzərində hər birinin 1/6 hissədə əmlak paylarının müəyyən edilməsini, Qəbələ regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 20 avqust 2017-ci ildə ölmüş X8 vərəsəsi - anası Cavabdeh1, arvadı Cavabdeh2 və oğlu Manafov İsmayıl oğlunun vərəsə olmasını tanıyaraq onların hər birinin miras əmlakdan bərabər şəkildə 1/3 hissədə pay almalarına dair 16 may 2019-cu ildə verilmiş 2V-305 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul edir. Əri İddiaçı ona verdiyi etibarnamədən öz xeyrinə istifadə etmişdir. Notariat ofisində o, həmin etibarnaməni təqdim edərkən ərizə yazılma formasını bildirildiyindən, o da ərizəni onların göstərdiyi nümunəyə uyğun yazmışdır. Əri İddiaçı vərəsəlik payının ayrılmasına razıdır. İddia tələbini tam təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, X16 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, iddia tələbini qəbul edirlər. İddianın təmin edilməsinə etirazları yoxdur. Məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişlər. İddiaçı oğlunun vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı oğlunun vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı arvadıdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan və orada yaşadığından arvadına etibarnamə vermiş. Arvadı isə əmin etibarnamədən istifadə edərək mərhum X32dan miras qalmış torpaq sahəsini gəlini Cavabdeh2 ilə hər birinə 1/3 hissə olmaqla pay almışlar və eyni zamanda qanun üzrə vərəsəlik şəhadətnaməsi də verilmişdir. Lakin İddiaçı həmin torpq sahəsi üzrə sərəncam verərkən bunlar məlum olmuşdur. Hazırda İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X18, X16 ilə birgə ümumibirgə mülkiyyətərində olan 0,159 ha torpaq sahəsi üzərində hər birinin 1/6 hissədə əmlak paylarının müəyyən edilməsini, 20 avqust 2017ci ildə ölmüş oğlu X6 qalmış mirasın (torpaq sahəsinin) onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunmasını, Qəbələ regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 20 avqust 2017-ci ildə ölmüş X8 vərəsəsi anası-Cavabdeh1, arvadı Cavabdeh2 və oğlu Manafov İsmayıl oğlunun vərəsə olmasını tanıyaraq onların hər birinin miras əmlakdan bərabər şəkildə 1/3 hissədə pay almalarına dair 16 may 2019-cu ildə verilmiş 2V-305 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsini, 20 avqust 2017-ci ildə ölmüş X17 ünvan 1 ünvanda yerləşən 1/6 hissə əmlakdan onun ¼ hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxararılmasını istəyir. Odur ki, Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehlərin iştirakları olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 may 2023-cü il tarixli, 05/09lS/113069-23 saylı arayışdan görünür ki, 04 noyabr 1991-ci il tarixdə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş X11 aid 20 may 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir;  Atası – 06 fevral 1957-ci il təvəllüdlü İddiaçı oğlu,  Anası – xx xxx 1964-cü il təvəllüdlü Cavabdeh1,  Arvadı – xx xxxxx 1992-ci il təvəllüdlü Cavabdeh2,  Oğlu – 08 iyul 2017-ci il təvəllüdlü X19. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 may 2023-cü il tarixli, 424 saylı arayışdan görünür ki, X18 04 noyabr 1991-ci il tarixdə Ağdaş rayonu, dəhnə kəndində doğulmuş, atası İddiaçı oğlu, anası Cavabdeh1dır. İşin materiallarında olan Ağdaş RİHB-nin Dəhnəxəlil kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 avqust 2017-ci il tarixli, AZ-İİİ № 939290 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 07 iyulı 2017-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X18, anası Cavabdeh2dır. İşin materiallarında olan Şamaxı rayon Dərəkənd kənd sovetliyi tərəfindən verilmiş İİ- ЖГ № 499732 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Manafov X2 Reyhan Dostalı qızı ilə 02 iyul 1982-ci il tarixdə 10 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Manafov, arvada Manafova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RİHB-nin Dəhnəxəlil kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 027884 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Aygül Qəşəm qızı ilə 16 sentyabr 2015-ci il tarixdə 08 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Manafov, arvada Manafova soyadı verilmişdir. İşin materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 833229 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 20 avqust 2017-ci il tarixdə kəllə tağının sınığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli, 197 saylı məktubdan görünür ki, 20 avqust 2017-ci il tarixdə ölmüş X8 adına 140 reyestr nömrəli, 15 may 2019-cu il tarixli vərəsəlik işi açılmış və bank hesabında olan pula dair 2V-305 reyestr nömrəli 16 may 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndi, Qərb küçəsi 5 ünvanında yerləşən 0,159 hektar yaşayış məntəqələrinin torpaqları X3 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində 25 aprel 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi İddiaçı oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X18 və X25 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat ofisini xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 20 avqust 2017-ci il tarixdə ölmüş X8 vərəsəsi anası Cavabdeh1, arvadı Cavabdeh2, oğlu X19, onların hər biri miras əmlakdan bərabər (1/3 hissədə) pay almışlar. İşin materiallarında olan "xxxx" ASC tərəfindən Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat ofisi Saday Osmanlıya ünvanlanmış 15 may 2019-cu il tarixli, 002175 saylı məktubun surətindən görünür ki, X8 "xxxx" ASC-nin Ağdaş filialında cari manat hesabı vardır və cari manat hesabında 3696,70 manat vəsait vardır. İşin materiallarında olan Cavabdeh1 tərəfindən Notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, 20 avqust 2017-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ünvanında yaşayan oğlu X18 ölmüşdür. Onun miras əmlakı sığorta pulu, fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. Vərəsələri isə arvadı Cavabdeh2 və oğlu X13r. Miras qoyan öldüyü günədək Ağdaş rayonu, Dəhnəxəlil kəndi ünvanında yaşayıb. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşin materiallarında olan Cavabdeh2 tərəfindən Notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, 20 avqust 2017-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ünvanında yaşayan əri X18 ölmüşdür. Onun miras əmlakı sığorta pulu, fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. Vərəsələri isə anası Cavabdeh1 və oğlu X13r. Miras qoyan öldüyü günədək Ağdaş rayonu, Dəhnəxəlil kəndi ünvanında yaşayıb. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşin materiallarında olan X19 tərəfindən Notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, 20 avqust 2017-ci il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ünvanında yaşayan atası X18 ölmüşdür. Onun miras əmlakı sığorta pulu, fərdi yaşayış evi və torpaq sahəsindən ibarətdir. Vərəsələri isə nənəsi Cavabdeh1 və anası X13r. Miras qoyan öldüyü günədək Ağdaş rayonu, Dəhnəxəlil kəndi ünvanında yaşayıb. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşin materiallarında olan etibarnamənin surətindən görünür ki, Rusiya Federasiyası Voronej vilayəti Rossoş şəhəri, Mordovtseva küçəsi, ev 61 ünvanında yaşayan Manafov X15 rayonu, Dəhnə kəndi ünvanında yaşayan Cavabdeh1 13 iyul 2012-ci il tarixdə on illik, yəni 13 iyul 2022-ci il tarixədək etibarnamə vermişdir. İşin materiallarında olan Rusiya Federasiyası Voronej vilayəti Rossoş şəhəri, Mordovtseva küçəsi, ev 61 ünvanında yaşayan İddiaçı oğlu Notariat ofisinə ünvanlanmış, Cavabdeh1 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, 20 avqust 2017-ci il tarixdə oğlu X18 ölmüşdür. Vərəslik işi ilə əlaqədar bildirmişdir ki, ondan qalmış bütün miras əmlakdan ona çatası payı faktiki qəbul etməmiş və qəbul etməkdə də deyil. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət etmək fikridə yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,159 hektartorpaq sahəsi İddiaçı oğlu, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X18 və X25 ümumi birgə mülkiyyətində olmuşdur. 20 avqust 2017-ci il tarixdə ölmüş X18 mülkiyyətçilərdən biridir, eyni zamanda iddiaçının oğludur. İddiaçı Manafov X10 Federasiyasının vətəndaşı olduğundan cavabdeh, yəni arvadı Cavabdeh1 etibarnamə vermiş, cavabdeh isə Notariat ofisinə iddiaçı, yəni əri İddiaçı oğlunun adından ərizə ilə müraciət edərək mərhum oğlundan qalmış mirası faktiki qəbul etmədiyini və etmək fikrinin olmadığını bildirmişdir. Nəticədə mərhum X6 qalmış miras əmlak mərhumun anası, arvadı və oğlu arasında payları bərabər olmaqla, 1/3 hissədə müəyyən edilmiş və buna dair Qəbələ regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı sözügedən şəhadətnamənin ləğv edilməsini və mərhumdan miras qalmış əmlakın vərəsələr arasında barəbər bölünməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.2-ci maddəsinə əsasən özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1 və 362.2-ci maddələrinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 5 ünvanda yerləşən İddiaçı oğlu, Cavabdeh1 Dostali qızı, X14, Cavabdeh4, X18, X16 ilə birgə ümumibirgə mülkiyyətində olan 0,159 ha torpaq sahəsi üzərində mülkiyyətçilərin hər birinə çatası 1/6 hissədə əmlak payı müəyyən edilməli, Qəbələ regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 20 avqust 2017-ci ildə vəfat etmiş X8 vərəsəsi anası-Cavabdeh1 Dostali qızı, arvadı Cavabdeh2 və oğlu Manafov İsmayıl oğlunun vərəsə olmasını tanıyaraq onların hər birinin miras əmlakdan bərabər şəkildə 1/3 hissədə pay almalarına dair 16 may 2019-cu ildə verilmiş 2V-305 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin qismən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 5 ünvanda yerləşən İddiaçı oğlu, Cavabdeh1 Dostali qızı, X14, Cavabdeh4, X18, X16 ilə birgə ümumibirgə mülkiyyətində olan 0,159 ha torpaq sahəsi üzərində mülkiyyətçilərin hər birinə çatası 1/6 hissədə əmlak payı müəyyən edilsin. Qəbələ regional “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 20 avqust 2017-ci ildə vəfat etmiş X8 vərəsəsi - anası Cavabdeh1 Dostali qızı, arvadı Cavabdeh2 və oğlu Manafov İsmayıl oğlunun vərəsə olmasını tanıyaraq onların hər birinin miras əmlakdan bərabər şəkildə 1/3 hissədə pay almalarına dair 16 may 2019-cu ildə verilmiş 2V-305 № ilə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi qismən etibarsız hesab edilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar