Məhkəmə qərarları › İş №e-2(014)-343/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-343/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-343/2025 10.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri, Nizami küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1041,46 (bir min qırx bir manat, qırx altı qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3110,40 (üç min bir yüz on manat, qırx qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 61,52 (altmış bir manat, əlli iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 4213,78 (dörd min iki yüz on üç manat, yetmiş səkkiz qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri, Nizami küçəsində Cavabdeh məxsus mənzilində 2299-06-21 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh X2 **********01210 saylı qaz hesabında ödənilməmiş 4151,86 manat borc vardır. Tələb olunan borcun 1041,46 manat hissəsi sayğac göstəricisinə, 3110,40 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1041,46 manat həcmindəki borc cavabdeh X2 yaşadığı ünvanda xx.xx.2021-ci il tarixdə istismardan açılan G 4T markalı **********0 nömrəli sayğacın 5493 m3 göstəricisi ilə müəyyən edilmişdir. Tələbdə göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 3110,40 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri, Nizami küçəsində yerləşən mənzilində həmin dövrdə istismarda olan G-4 markalı **********951 nömrəli qaz sayğacından kənar qeyri qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı, **********951 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, küçədən keçən yerüstü qaz xəttini deşərək zədələməklə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə, PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə hesabat aparılmış və qazın itirilmiş miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 25920 m3 (və ya 3110,40 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Vüsal Heydərov məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmasına dair Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinə müraciət etmişlər, lakin sübut yetərsizliyindən sənədlər geri qaytarılmış və heç bir hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 2299-06-21 saylı müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etməsi müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanda yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi 25920 m3 təşkil edir. xx.xx.2025-ci il tarixli, **********01210 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2024-cü ilin dekabr ayına qədər təbii qazdan istifadəyə görə borcu 4133,86 manat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbində İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı Cavabdeh yaşadığı fərdi yaşayış evində G-4 markalı **********951 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmış, akt əsasında qaz işlədicilərindən QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə, PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə hesabat aparılmış və itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 25920 m3 (və ya 3110,40 manat) həcmində müəyyən edildiyi qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə isə xx.xx.2023-cü il tarixli, ******* saylı Aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aidiyyəti quruma və ya cinayət tərkibinin əlamətləri olduqda cinayət təqibi orqanına təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İddiaçının nümayəndəsi də məhkəmə iclasında verilən sualları cavablandırarkən bildirmişdir ki, qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmasına dair Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinə müraciət etmişlər, sübut yetərsizliyindən sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, hazırki halda İddiaçı həmin cərimə məbləğini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Bununla yanaşı, Elektron sistemdən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə sonuncu ödənişi etdikdən sonra 1006,90 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə xx.xx.2024-cü il tarixə olan 1006,90 manat məbləğində borc və 31,10 (otuz bir manat, on qəpik) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş şəhəri, Nizami küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 24 dekabr 2024-cü il tarixə olan 1006,90 manat məbləğində borc və 31,10 (otuz bir manat, on qəpik) manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar