Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-358/2025 03.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştrakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 09 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı müqavilə üzrə borcun alınması tələbinə dair kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 05 İyun 2023 ci il tarixdə mənə məxsus, hansıki Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “P.A.R Elektroniks” mağazasına yaxınlaşaraq 3870 manat dəyərində 01 ədəd İphone 14 Pro max (256) markalı mobil telefon almaq istədiyini bildirmişdir. Lakin həmin tarixdə onun yetəri qədər maddi imkanı olmadığı üçün mobil telefonun dəyərini hissə-hissə ödəməklə almağa razılaşdıq. Bundan sonra Cavabdeh1 komissiya hakkı 403 manat olmaqla hissə-hissə 18 ay (hər ay 215 manat olmaq) ödəmək şərti ilə mobil telefonu satdım. Borclu ilə bağlanmış 05 İyun 2023-cü il tarixli, 1226 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə aramızda 05 İyun 2023-cü il tarixli, 1226 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Aramızda bağlanmış 05 iyun 2023-cü il tarixli, 1226 saylı Zaminlik müqaviləsinə əsasən müqavilə üzrə borcalanın öhdəliyini icra etməməsi halında Zamin duran şəxs məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir, hazırda qalan borcunu ödəməkdən boyun qaçırır. Hər dəfə şifahi və yazılı xəbərdarlıq etməyimə baxmayaraq məsuliyyətdən qəsdən yayınır. Halhazırda Cavabdeh1 əsas borcu 3870 manat və cərimə borcu 696 manat təşkil edir. Cavabdehlər, xx.xx.1993 ci ildə Ağdaş ray.,Ləki Qəsəbəsində doğulmuş, Ağdaş rayonu X3 küçəsi 1/12 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1991 ci ildə ünvan 2i ünvanında qeydiyyatda olan Cavabdeh2 3870 manat əsas borcun və 696 manat cərimə borcunun, cəmi 4566 (dörd min beş yüz altmış altı) manat məbləğində borcun və 66 manat dövlət hesabına ödənilmiş rüsumunun müştərək qaydada tutularaq mənim xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2023-cü il tarixli, 1226 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 18 ay müddətinə hər ay 215 manat ödənilməsi şərti ilə 403 manat qiyməti olan mobil telefon vermişdir. İş materiallarında olan 1226 zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 1226 saylı Zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2023cü il tarixli, 1226 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 16 yanvar 2025-ci il tarixə qalıq borcu 3870 manat əsas və 696 manat cərimə borcu təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 15 noyabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı borcalanlara 05 iyun 2023-cü il tarixli, 1226 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün onlara xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 66,60 (altmı altı manat altmış qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2023-cü il tarixli, 1226 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 18 ay müddətinə hər ay 215 manat ödənilməsi şərti ilə 403 manat qiyməti olan mobil telefon vermişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh2 arasında 1226 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borclular müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri icra etməmişlər, nəticədə onların 16 yanvar 2025-ci il tarixə qalıq borcu 3870 manat əsas və 696 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 38 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa İddiaçı ilə Cavabdeh2 arasında 1226 saylı zaminlik müqaviləsi bağlansa da, həmin zaminlik müqaviləsinin İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2023-cü il tarixli, 1226 saylı nisyə alqı-satqı müqaviləsi ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda iddia tələbi Cavabdeh2 dair hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3870 manat əsas borc, 38 manat cərimə borcu olmaqla, cəmi 3908 (üç min doqquz yüz səkkiz) manat məbləğində borc və 59,08 (əlli doqquz manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3870 manat əsas borc, 38 manat cərimə borcu olmaqla, cəmi 3908 (üç min doqquz yüz səkkiz) manat məbləğində borc və 59,08 (əlli doqquz manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-358/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-358/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver