Məhkəmə qərarları › İş №e-2(014)-366/2024

Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(014)-366/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-366/2024 29.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçi “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh Cəbrayil oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh Cəbrayil oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri Fizuli küçəsi 37-də yerləşən fərdi yaşayış evi qazın layihə-smeta sənədləri Şəfiqə İbrahimova adına rəsmiləşdirilməklə **********00370 saylı hesab açılmışdır. Mənzildə təbii qazın uçotunun aparılması üçün sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ******* saylı aktla Cavabdeh (istehlakçının oğlu) iştirakı ilə Zenner G4T markalı **********6 saylı məişət qaz sayğacı quraşdırılmışdır. Hazırda sözügedən mənzildə faktiki yaşayan və təbii qaz istifadəçisi xx.xx.1965-ci il təvəllüdlü Cavabdehdur. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilmədiyindən debitor borcun məbləği 6291.11 manat təşkil edir. Şəfiqə İbrahimova vəfat etdiyindən faktiki qaz istehlakçısı Cavabdeh dəfələrlə qaz hesabının öz adına rəsmiləşdirilməsi, qazın alqı-satqı müqaviləsi bağlanılması və istehlak etdiyi qazın dəyərini ödəməsi illə bağlı dəfələrlə məlumatlandırılsa və xəbərdarlıq edilsə də cavabdeh tələbin icrası ilə bağlı hər hansı müraciəti olmamış, əksinə mənzilin təbii qaz təminatının dayandırılmasına maneələr yaratmaqdadır. Bildiririk ki, Cavabdeh yaşadığı Ağdaş şəhəri Fizulu küçəsi 37-də yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilməsi və onun dəyəri ödənilməməsi səbəbindən **********00370 saylı hesabında G4T markalı **********6 sayğacın 8282 m mexaniki göstərici ilə yaranmışdır. Cavabdeh baxmayaraqki alqı-satqı müqaviləsi bağlamaqdan yayınır, fərdi yaşayış evində faktiki qaz istehlakçısı Cavabdeh olduğundan tərəflər arasında artıq mülki hüquq və vəzifələr əmələ gəlmişdir. Belə ki, Cavabdeh və ailəsi yaşadığı mənzildə qaz paylayıcısı tərəfindən verilən təbii qazdan keçən müddət ərzində açıq aşkar və fasiləsiz istifadə etmiş, heç bir tələb irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqavilə öhdəliklırini etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Ona görə də həmin ünvanda faktiki olaraq Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyindən həmin borcun ödənilməsinə 3 cavabdeh şəxs olduğundan hazırda barəsində məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borc yalnız sayğac göstəricisi ilə aparılmış hesabata əsasən yaranmış debitor borc məbləğidir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.3-2.2.5-ci bəndlərinə əsasən, Qaz paylayıcısının istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini, istehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.1, 2.3.2, 2.3.4, 2.3.6-cı bəndlərinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməli, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh Ağdaş şəhəri Fizuli küçəsində yaşayan xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6269.11 (altı min iki yüz altmış doqquz manat 11 qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 82.32 (səksən iki manat 32 qəpik) manat dövlət rüsumun və 0.80 (80 qəpik) qəpik bank xidmət haqqının, ümumilikdə isə 6352.26 (altı min üç yüz əlli iki manat 26 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İşin materiallarına əlavə edilmiş **********00370 saylı abonent saldosundan məlum olur ki, 6269,11 manat debitor borcu vardır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İbrahimova Şəfiqənin hesabındda 6162,11 manat debitor borc olması barədə dəfələrlə xəbərdarlıq və digər tədbirlər görülməsinə baxmayaraq, qaz hesabında yaranmış borcu ödəməkdən boyun qaçırmışdır. İbrahimova Şəfiqə vəfat etmiş və həmin evdə yaşayan X1 təbii qazdan istifadə etməsinə baxmayaraq, AGİS bazasında ad dəyişikliyi barədə sənədləri gətirməkdən , qazın alqı-satqı müqaviləsini bağlamaqdan və yaranmış debitor borcu ödənməsi tələbi qoyulmasına baxmayaraq,bugünədək bu tələblərdən yayınmaqdadır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 82,10 (səkkiz manat, on qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən Fizuli küçəsində yaşayan İbrahimova Şəfiqənin 6269,11 qəpik debitor borcu yaranmış, o öldükdən sonra təbii qazdan həmin evdə yaşayan Cavabdeh istifadə edir. Lakin, Cavabdeh yaranmış debitor borcunu ödəməkdən boyun qaçırır, eyni zamanda cavabdeh qazdan istifadə etsə də, istehlakı ilə müqavilə bağlamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7. Üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tam olaraq cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6269,11 (altmış iki min altmış doqquz manat, on bir qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 82,32 (səksən iki manat, otuz iki qəpik) manat dövlət rüsumun və 0,80 (səksən) qəpik bank xidmət haqqının, ümümilikdə isə 6352,26 manat borcun tutularaq İddiaçı İB-nin xeyrinə İstehsalat Birliyinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6269,11 (altmış iki min altmış doqquz manat, on bir qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 82,32 (səksən iki manat, otuz iki qəpik) manat dövlət rüsumun və 0,80 (səksən) qəpik bank xidmət haqqının, ümümilikdə isə 6352,26 manat borcun tutularaq İddiaçı İB-nin xeyrinə İstehsalat Birliyinə ödənilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar