Məhkəmə qərarları › İş №e-2(014)-384/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-384/2025

10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-384/2025 10.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh iştrakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********05759 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER almış və nəticədə 7421.78 (yeddi min dörd yüz iyirmi bir manat, 78 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5709.06 (beş min yeddi yüz doqquz manat, 6 qəpik) manat (yəni 18 ay x 317.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********05759 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, nəticədə 7421.78 (yeddi min dörd yüz iyirmi bir manat, 78 qəpik) manat olmaqla ondan 5709.06 (beş min yeddi yüz doqquz manat, 6 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1712.72 (bir min yeddi yüz on iki manat, 72 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Yuxarıda göstərilənlərlə əsasən, İmei kod **********05759 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün 5709.06 (beş min yeddi yüz doqquz manat, 6 qəpik) manat ödənilməmiş hissə, 1712.72 (bir min yeddi yüz on iki manat, 72 qəpik) manat dəbbə olmaqla ümumilikdə, 7421.78 manat borc və 94.22 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Eyni zamanda iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək, bu müqavilə və buna oxşar bir sıra müqavilələr üzrə bir çox vətəndaş tərəfindən xx.xx.2023-cü il tarixdən 2024-cü ilin əvvəlinədək olan müddət ərzində İddiaçı MMC-nin “Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərən mağazalarına nisyə alqı-satqı müqaviləsi əsasında məhsul əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və X1 Səhmdar Cəmiyyətinə aid olan saxta sənədlər təqdim etmişlər. Daha sonra əməkdaşları vətəndaşlara aid məlumatları yoxlayarkən, arayışlarda göstərilmiş məbləğdə pensiya, əmək haqqı alınmadığı, bununla da qeyd edilən sənədlərin saxtalaşdırılmasına şübhələr müəyyən edilmişdir. Bunun nəticəsində də cəmiyyətimizə külli miqdarda ziyan dəymişdir. Ümumilikdə 94 ədəd nisyə-alğı satqı müqaviləsi üzrə saxta arayışlar təqdim edilmişdir. Qeyd etdiyi saxta sənədlər əsasında mağazalarımızdan telefonlar və notbuklar əldə edilmişdir. Adıçəkilən müqaviləyə əlavə edilmiş arayış (vəsiqə) saxtadır, həqiqi deyildir. Bununla bağlı müvafiq orqanların bizim sorğularımıza verdikləri cavablar mövcuddur. Həmin cavab məktubları tərəfimizdən məhkəməyə təqdim edilə bilər. Hazırki müqavilədə olan arayış da saxta olmaqla həqiqi sənəd deyildir. Bu səbəbdən də həmin sənədin saxtalaşdırılması və saxta sənədin istifadəsinə görə cəmiyyətimizə qarşı cinayət əməlləri törədilmişdir. Bu səbəbdən hesab edir ki, qeyd edilən faktın məhkəmə tərəfindən araşdırılaraq bu məsələyə hüquqi qiymət verilməklə məhkəmə tərəfindən baş vermiş cinayət əməli ilə bağlı xüsusi qərardad qəbul edilməklə prokurorluq orqanına məlumat verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli 05075400 nömrəli müqavilə üzrə cəmiyyətə təqdim edilmiş saxta arayışla bağlı xüsusi qərardad çıxarılmasını və prokurorluq orqanına məlumat verilməsi xahiş olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştrak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştrakı olmadan keçrilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında, sözü gedən mobil telefonu onun tanışı olan Elçin Rzayev adlı şəxsin götürdüyünü, bəzi müqavilələrdə onun imzası olsa da, digər müqavilələrə onun imza etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 05075400 saylı borc müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqısatqı qiyməti 5709.06 (beş min yeddi yüz doqquz manat, 6 qəpik) manat (yəni 18 ay x 317.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********05759 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER almışdır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 04 yanvar 2025ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü tarixdə bağlanmış 05075400 saylı borc müqaviləsinə əsasən 5709.06 (beş min yeddi yüz doqquz manat, 6 qəpik) manat ödənilməmiş hissə, 1712.72 (bir min yeddi yüz on iki manat, 72 qəpik) manat dəbbə olmaqla ümumilikdə, 7421.78 manat borcu var. İşin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 28 dekabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış 05075400 saylı müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 94,22 (doxsan dörd manat iyirmi iki qəpik) manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 05075400 saylı borc müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 5709.06 (beş min yeddi yüz doqquz manat, 6 qəpik) manat (yəni 18 ay x 317.17 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********05759 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER almışdır. Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun "xxxx" MMC-yə əsas borc üzrə 7421,78 manat yaranmışdır. Eyni zamanda cavabdehin məhkəmə iclasında mobil telefonu Elçin Rzayev adlı şəxsə verməsi, həmçinin Elçin Rzayev tərəfindən həmin mobil telefona görə ödənişlərin həyata keçriləcəyini bildirməsinə qiymət verən məhkəmə hesab edir ki, cavabdehin bu məzmunda izahat verməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 171 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış 05075400 saylı borc müqaviləsinə əsasən 5709,06 manat əsas borc, 171 manat cərimə borcu olmaqla cəmi 5880,06 (beş min səkkiz yüz səksən manat altı qəpik) manat borc və 78,80 (yetmiş səkkiz manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış 05075400 saylı borc müqaviləsinə əsasən 5709,06 manat əsas borc, 171 manat cərimə borcu olmaqla cəmi 5880,06 (beş min səkkiz yüz səksən manat altı qəpik) manat borc və 78,80 (yetmiş səkkiz manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar