Məhkəmə qərarları › İş №e-2(014)-386/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-386/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-386/2025 18.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Cavabdeh iştrakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********54847 İPHONE 13 markalı telefon almış və nəticədə 2424.57 (iki min dörd yüz iyirmi dörd manat, 57 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1958.94 (min doqquz yüz əlli səkkiz manat, 94 qəpik) manat (yəni 18 ay x 108.83 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********54847 İPHONE 13 markalı telefon üçün ümumilikdə, 2424.57 (iki min dörd yüz iyirmi dörd manat, 57 qəpik) manat olmaqla ondan 1846.90 (min səkkiz yüz qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 554.07 (beş yüz əlli dörd manat, yeddi qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 112.04 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********54847 İPHONE 13 markalı telefon üçün 1846.90 (min səkkiz yüz qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 554.07 (beş yüz əlli dörd manat, 07 qəpik) manat cərimə olmaqla ümumilikdə, 2424.57 manat borc və 44.25 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştrak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştrakı olmadan keçrilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini, borc məbləği ilə bağlı güzəşt olunmasını köməklik göstərilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə borclu Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 02738149 saylı borc müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqısatqı qiyməti 1958.94 manat (yəni 18 ay x 108,83 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********54847 İPHONE 13 markalı telefon almışdır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 26 dekabr 2024cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış 02738149 saylı borc müqaviləsinə əsasən 1846.90 (min səkkiz yüz qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 554.07 (beş yüz əlli dörd manat, 07 qəpik) manat cərimə olmaqla ümumilikdə, 2424.57 manat borcu var. İşin materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 24 dekabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış 02738149 saylı müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 44,25 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə borclu Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 02738149 saylı borc müqavilədən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1958.94 manat (yəni 18 ay x 108,83 manat + 0 manat ilkin ödəniş) olan APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********54847 İPHONE 13 markalı telefon almışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdar olunmasına baxmayaraq borcunu ödəməmişdir. Hazırda cavabdehin iddiaçıya ümumilikdə 2424,57 manat boecu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 171 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış 02738149 saylı borc müqaviləsinə əsasən 1846,90 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 100 manat cərimə borcu olmaqla cəmi 1970,50 (min doqquz yüz yetmiş manat əlli qəpik) manat borc və 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış 02738149 saylı borc müqaviləsinə əsasən 1846,90 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 100 manat cərimə borcu olmaqla cəmi 1970,50 (min doqquz yüz yetmiş manat əlli qəpik) manat borc və 39,70 (otuz doqquz manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olan pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar