Məhkəmə qərarları › İş №e-2(014)-414/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-414/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-414/2025 01.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Hümbətova Günay Xalid qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********87944 İPHONE 14 PRO MAX markalı telefon üçün, 4478 (dörd mün dörd yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 1343.04 (min üç yüz qırx üç manat, dörd qəpik) manat dəbbəpulu, ümumilikdə 5821.04 manat borc, 78.22 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********87944 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTEaRlmış və 5821.4 (beş min səkkiz yüz iyirmi bir manat, 40 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4722.03 (dörd min yeddi yüz iyirmi ik imanat, 3 qəpik) manat (yəni 12 ay x 373.17 manat + 243.99 manat ilkin ödəniş) olan İmei kod **********87944 İPHONE 14 PRO MAX markalı telefon, APPLE ADAPTER üçün ümumilikdə, nəticədə 5821.4 (beş min səkkiz yüz iyirmi bir manat, 40 qəpik) manat olmaqla ondan 4478 (dörd min dörd yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1343.4 (bir min yüz qırx üç manat, 4 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 244.03 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış ilə xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilmədiklərindən mülki işə iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini bildirib qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Cavabdeh 18 fevral 2025-ci il tarixli məhkəmə iclasında izahatında bildirdi ki, taksi sürücüsü işlədiyi vaxt, Naftalandan olan X2 adlı şəxslə tanış olmuşdur. X2 ona 500 manat pul verəcəyini və onun üçün öz adına Kontakt Home magazasından kreditlə telefon götürməsini bildirmişdir. X2 ilə birlikdə Yasamal rayonunda yerləşən Kontakt Home mağazasına gedərək onun adına kreditlə telefon götürülmüşdür. Həmin vaxt orada ondan heç bir sənəd tələb edilməmiş, yalnız bəzi sənədlərə imza çəkərək, onun və X1 telefon nömrəsi götürülmüşdür. X2 ona həmin borcu 1 həftəyə bağlayacağını bildirmişdir. Oradan çıxandan 10-15 gün sonra bilmişdir ki, X2 onu aldatmışdır. Daha sonra Kontakt Home-dan ona zəng gələrək X2 tərəfindən heç bir ödəniş olunmadığı aşkara çıxmışdır. Buna görə də 17 nəfərlə birlikdə Banditizimə gedərək orada öyrənmişlər ki, X2 onlarla birlikdə 317 nəfəri də aldatmışdır. Səbail rayon Polis Şöbəsi də onları çağıraraq izahatlarını almışdır. Axırıncı aldadılan şəxs Bərdədən olmuşdur. Hazırda olan borcunun ödənilməsini qəbul edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10716215 saylı müqavilənin surətindən görünür ki, ilkin ödəniş 243.99 manat olmaqla, İmei kod **********87944 İPHONE 14 PRO MAX markalı telefon Cavabdehnın istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində, hər ay 373.17 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 03 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kod **********87944 İPHONE 14 PRO MAX markalı telefon üçün əsas borc 4478 (dörd mün dörd yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 1343.04 (min üç yüz qırx üç manat, dörd qəpik) manat dəbbə ümumilikdə 5821.04 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 10716215 saylı müqaviləyə əsasən İmei kod **********87944 İPHONE 14 PRO MAX markalı telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMCyə olan borcunu icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 78.22 (yetmiş səkkiz manat iyirmi iki qəpik) dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.1, 601.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1343.04 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 130 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 78.22 (yetmiş səkkiz manat, iyirmi iki qəpik) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 66.80 manat cavabdehdən tutulmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********87944 İPHONE 14 PRO MAX markalı telefon üçün 4478 (dörd min dörd yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 130 (yüz otuz) manat cərimə, ümumilikdə 4608 manat borc və 66.80 manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrin ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********87944 İPHONE 14 PRO MAX markalı telefon üçün 4478 (dörd min dörd yüz yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 130 (yüz otuz) manat cərimə, ümumilikdə 4608 (dörd min altı yüz səkkiz) manat borc və 66.80 (altmış altı manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar