Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-423/2024 04.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2002-ci ilin avqust ayında rəsmi nikaha daxil olmuş və nikah xx.xx.2002-ci il tarixində Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Həmin vaxt Cavabdeh İddiaçı yaşadığı və xx.xx.2022ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən hal-hazırda sonuncunun mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür. Lakin daha sonra tərəflər arasında yaranan problemlər səbəbindən birgə nikahı davam etdirmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2010-cu il tarixində nikah məhkəmə qaydasında pozulmuş, 24 iyul 2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən 32 № ilə qeydə alınmışdır.Daha sonra Cavabdeh tərəfindən İddiaçı və X1 qarşı “yaşayış hüququnun tanınması, evə köçürülməsi və qeydiyyata alınması tələbinə dair” Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(014)10 C/2011 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. Sözügedən qərarda məhkəmə mənzildən istifadə hüququna xitam verilməsinin kompenasiya ödənilməklə və ödənilməməklə olmaqla iki halının mümkün olduğunu qeyd etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, Cavabdeh atası Nümayəndə2 mülkiyyətində yaşayış evi vardır. Bu səbəblə, Cavabdeh atası ilə birgə yaşaya bilər. Yəni, Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını atasının evindən istifadə etməklə qarşılaya bilər. Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir, mənzildən istifadə hüququnun davam etdirilməsi üçün heç bir əsas yoxdur Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, tərəflərindən bazar qiymətləri də nəzərə alınmaqla 36 aylıq kompensasiya məbləği hesablanılmışdır. Belə ki, Ağdaş rayonunda yerləşən mənzil üçün bazar qiymətləri də nəzərə alınmaqla ortalama kirayə qiyməti 100 (yüz) manatdır. Buna müvafiq olaraq 36 aylıq kirayə məbləği isə 3600 (üç min altı yüz) manat olacaqdır. Odur ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi üçün 3600 (üç min altı yüz) manat məbləğində kompensasiya təklif edilmişdir 36 aylıq kompensasiya məbləği qismində 3600 (üç min altı yüz) manat ödənilməklə Cavabdeh Ağdaş şəhəri S. Səlimoğlu küçəsi Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: 79 saylı (hal-hazırda 81) ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin sözügedən mənzildə qeydiyyatdan çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, 50 manat məbləğində mediasiya xərcinin, 120 manat məbləğində vəkil xərcinin və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində ünvan 3 ünvanında yerləşən 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evi vardır. İşin materiallarında olan AZ-İ № 105597 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları pozulmuş, nikah pozulduqdan sonra ərə Rəhimov, arvada Qasımova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(014)10 C/2011 saylı qətnaməsindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3112 nömrəli, 28 iyun 2024-cü il taixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,6 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 88,47 kv.m olan fərdi yaşayiş evinin və ona oxşar şəraitli fərdi yaşayış evlərinin orta təmirli vəziyyətdə ayhq jcarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 200,00 manat müəyyən edilir. Ekspertiza təhqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşin materiallarında olan 15 may 2024-cü il tarixli, 00435 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İMS xərci olan 50 (əlli) manat pul İddiaçı tərəfindən ödənilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 50 (əlli) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Beləliklə, məhkəmə ekspert rəyini mötəbər qəbul edərək qeyd olunan mənzilin aylıq kirayə haqqının 200 manat olmasını ağlabatan hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, idda tələbi qismən təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 7200 (yeddi min iki yüz) manat kompensasiya verilməklə xitam verilməli və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, iddiaçı tərəfindən mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat, vəkil xidmət haqqına ödənilmiş 120 (yüz iyirmi) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, Ağdaş Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 7200 (yeddi min iki yüz) manat kompensasiya verilməklə xitam verilsin və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilsin. İddiaçı tərəfindən mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat, vəkil xidmət haqqına ödənilmiş 120 (yüz iyirmi) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ağdaş Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-423/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-423/2024
04.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver