Məhkəmə qərarları › İş №e-2(014)-43/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-43/2025

09.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-43/2025 09.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X15 və X23 və onların övladlarının və əşyalarının mülkiyyətində olan Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 202.40 kv.m fərdi yaşayış evindən 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 202,40 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,2070 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh X15 onun əmisi oğlu, X23 isə onun həyat yoldaşıdır. Cavabdeh X15 hazırkı fərdi yaşayış evində doğulmuş və orada yaşamış, daha sonra X23 ilə ailə qurmuş və burada yaşamağa davam etmişdir. Onların birgə nikahdan 3 azyaşlı övladları – xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X16 adında uşaqları da onlarla birgə yaşayır. Artıq uzun müddətdir ki, cavabdehlər onunla birgə yaşayış qaydalarına əməl etmirlər, daimi dava, söz-söhbət, narazılıq yaradırlar, ona məxsus evi yandırmaqla hədələyirlər. Qoca, xəstə anasını hədələyirlər, əvvəl-axır evi yandıracaqlarını deyirlər. Bu formada yaşamaq artıq dözülməz hal alıb, cavabdeh X5 hədələri realdır. Dəfələrlə cavabdehlərin evdən çıxmalarını tələb etsə də cavabdehlər evini könüllü tərk etmək istəmirlər. Ona görə də gələcəkdə hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün o cavabdehlərə kompensasiya verməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə bərabər həmin fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia qaldırır. Evinin dəyəri kənd evi olduğu üçün 28000 (iyirmi səkkiz min)-30000 (otuz min) manat dəyərindədir. Kənddə eyni şəraitli evdə kirayədə qalmaq isə 100 (bir yüz) manat civarındadır. Hesab edir ki, təklif etdiyi kompensasiya məbləği cavabdehlərin Ağdaş rayonu Güvəkənd kəndində evə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Mübahisəli evin orta bazar qiyməti 30 min manat civarındadır, belə olan halda həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün 8000 manat kompensasiya məbləği yetərli və ədalətlidir. O evin mülkiyyətçisi olduğundan, cavabdehlər isə evdə yaşamaqla istifadə hüququna malik olduğundan, onun evin mülkiyyətçisi kimi, kompensasiya ödənilməklə həmin evdən istifadə hüququna malik olan cavabdehlərin istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlıdır. Təklif etdiyi kompensasiyanın məbləği hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehlərə təklif edilən 8000 manat kompensasiya məbləği həmin cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. Hesab edir ki, Ağdaş rayonu, Güvəkənd kəndində fərdi yaşayış evinin aylıq kirayə haqqı orta hesabla 100 (bir yüz) manat götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 7 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin evə istifadə hüququna xitam verilməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş olmayacaqdır. Həmçinin, nəzərə almaq lazımdır ki, onun və ailə üzvlərimizin cavabdehlər ilə aralarında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən onun və cavabdehlərin yaşayış sahəsindən birgə istifadələri qeyri mümkün edir, digər tərəfdən onun mülkiyyətçi kimi öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə onların gələcəkdə eyni yaşayış sahəsində yaşamaqlarız aradakı mübahisənin daha da dərinləşməsinə səbəb olacaqdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin ev tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının cavabdehlər ilə birlikdə yaşaması qeyri-mümkündür. Dəfərlərlə polis şöbəsinə müraciət edilmişdir. Həmin ərazidə kirayə haqqı 100 manat olmasına və üç illik kirayə haqqı 3600 manat olmasına baxmayaraq, onlar cavabdehə 8000 manat məbləğində kompensasiya təklif edirlər. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində bildirdi ki, İddiaçı ona və X6 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddianı qəbul edir və təklif olunan kompensasiya məbləği ilə razıdır. Cavabdeh X15 ilə Türkiyə Cumhuriyyətində yaşadığından məhkəmə iclası zamanı onunla telefon əlaqəsi saxlanılmış, cavabdeh X15 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X15 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 noyabr 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Ağdaş rayonu, Güvəkənd kəndi ümumi sahəsi 202.40 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Ağdaş rayon İHB-nın Güvəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli 5-32-12/2-234/2023 saylı arayışın surətindən görünür ki, X2 rayon Güvəkənd kəndində yaşayır və həmin ünvanda aşağıdakı adları qeyd edilən ailə üzvləri vardır. Oğlu- X31 hazırda Rusiya, oğlu- İddiaçı hazırda Türkiyə, gəlini- X29 hazırda Türkiyə, qızlığı- X24 hazırda Rusiya, nəvəliyi-X11 hazırda Rusiya, nəvəsi X32 hazırda Malay, nəvəliyi X3 hazırda Rusiya, nəvəsi- X39 hazırda Malay. Azərbaycan Respublikası Vergilər Nazirliyində 08 noyabr 2016-cı il tarixdə qeydiyyata alınmış "xxxx" MMC-nin 01 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Ağdaş rayon Güvəkənd kəndində 0.2070 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 202.40 kv.metr olan fərdi yaşayış evinin hazırki orta bazar qiyməti 30000 (otuz min) manat, likvid qiyməti isə 27000 manatdır. Ağdaş rayonu, Güvəkənd kəndində 0.2070 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 202.40 kv.metr olan fərdi yaşayış evinin və həmin ərazidə olan oxşar vəziyyətdə evlərin aylıq kirayə haqqı 100 manatdır. Şəki İnzibati Məhkəməsi tərəfindən verilmiş, 13 avqust 2025-ci il tarixli 2-1(116)- 1320/2025 saylı qərardadın surətindən görünür ki, iddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı verilmiş reyestr nömrəsi **********9 olan çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Ağdaş rayon İHB-nın Güvəkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli 5-32-12/2-392/2025 saylı arayışın surətindən görünür ki, X1 rayon Güvəkənd kəndində qeydiyyatdadır və yaşayır, şəxsin həmin ünvanda aşağıdakı adları qeyd edilən ailə üzvləri vardır. Özü-X18, oğlu- X25, oğlu- X26, gəlini X12, nəvəsi X27, nəvəsi X19, gəlini-X23, nəvəsi X13, nəvəsi-X14, nəvəsi X20. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 202,40 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,2070 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin evi İddiaçı alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evdə iddiaçının mülkiyyət hüququ 14 noyabr 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər X15 onun əmisi oğlu, Cavabdeh1 isə X5 həyat yoldaşıdır. Onların birgə nikahdan 3 azyaşlı övladları – xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X16 adında uşaqları da onlarla birgə yaşayır. İddiaçı cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılmalarını tələb edir. Cavabdeh iddia tələbinə etiraz etmiş, həmin mənzildə anadan olduğunu və bugünə qədər də yoldaşı və övladları ilə həmin ünvanda yaşadığını əsas gətirmişdir. Qiymətləndirici rəyə, tərəflərin izahatına və digər sənədlərə əsasən iddiaçının cavabdehlərə verəcəyi kompensasiya məbləği 8000 manat müəyyən edilmişdir. İddiaçı həmin kompensasiya məbləğini cavabdehə ödəməyə etiraz etməmişdir. Cavabdeh1 məhkəmə iclasında kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini və həmin fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddianı qəbul edərək təklif olunan kompensasiya məbləği ilə razı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 202,40 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,2070 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin evdə iddiaçının mülkiyyət hüququ 14 noyabr 2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər X15 onun əmisi oğlu, Cavabdeh1 isə X5 həyat yoldaşıdır. Onların birgə nikahdan 3 azyaşlı övladları – xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X16 adında uşaqları da onlarla birgə yaşayır. Hazırda onun mülkiyyətində olan mənzilindən istifadə hüququna cavabdehlər tərəfindən maneələr yaradılmışdır. Cavabdeh X15 iddia tələbini qəbul etmədiyini, anadan olduğu gündən bugünə kimi də yoldaşı və övladları ilə birlikdə həmin mənzildə yaşadığını, həmin mənzildə onunda payının olduğunu bildirmişdir. Məhkəməyə qiymətləndirici rəy təqdim olunmuşdur. Həmin rəydə oxşar yaşayış evlərinin aylıq kirayə haqqının 100 manat olduğu qeyd olunmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdehlər iddiaçının qohumu sayılır. Ona görə onlar müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Cavabdehlərin müəyyən müddətə yaşayış sahəsi ilə təmin olunması üçün məhkəmə həmin mənzilə oxşar mənzillər üzrə kirayə qiymətini nəzərə alaraq kompensasiya məbləğini 3600 manat müəyyən etmişdir, lakin iddiaçı həmin məbləği 8000 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. İddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləği cavabdehlərə Ağdaş şəhərində ağlabatan müddət ərzində əvvəlki yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış evində yaşamaq imkanı verməklə yanaşı, hətta özlərinə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, 8000 manat kompensasiya məbləği mənzilin dəyərinin (işə əlavə edilmiş qiymətləndirici rəyə əsasən mənzilin bazar dəyəri 30000 manat təşkil edir) təxminən dörddə bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir. Belə olan halda cavabdehlər X15 və X23 və onların övladlarının və əşyalarının iddiaşının mülkiyyətində olan Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 202.40 kv.m fərdi yaşayış evindən 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə qeyd olunan mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Cavabdehlər X15, X23 və uşaqları xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X8 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə, **********09-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 202.40 kv.m fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər X15, X23 və uşaqları xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X16 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə, **********09-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağdaş rayonu, Güvəkənd kəndində yerləşən 202.40 kv.m fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar