Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-433/2023 15.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı (faktor) İddiaçı MMC ilə (müştəri) X5 arasında F01/03 saylı xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə faktorinq müqaviləsi bağlanmışdır. (Müştəri) X5 ilə cavabdeh (borclu) arasında 0817/21/03S saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Faktorinq və nisyə alqı-satqı müqavilələrinin tələblərinə uyğun olaraq, İddiaçı MMC faktor qismində, X5 müştəri qismində, Cavabdeh isə borclu qismində çıxış etmişdir. Faktorinq müqaviləsinin 2.1-ci maddəsinə əsasən, iddiaçı (faktor) İddiaçı MMC, (müştəri) X4 öz mallarını borcluya satması üçün pul vəsaiti ilə təmin edir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X2 isə satılmış malların borcunu tələb etməyi iddiaçı (faktor) İddiaçı MMC-yə güzəşt edir. Yəni (müştəri) X5 borcludan “pul tələb” etmək hüququnu iddiaçı (faktor) İddiaçı MMC-yə verir. Belə ki, (müştəri) X5 faktorinq müqaviləsinin xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən iddiaçı (faktor) MMC-dən 1456 Azn (min dörd yüz əlli altı) manat vəsait almışdır. (Müştəri) X5 ilə cavabdeh (borclu) Cavabdeh arasında bağlanmış 0817/21/03S saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətində, hər ayın 07-dən gec olmamaqla, ayda 121,33 manat ödəməsi şərti ilə cavabdeh (borclu) Cavabdeh dəyəri 1456 manat olan “TV Samsung UE55TU7140UXRU” satılmışdır. Faktorinq müqaviləsinin, eyni zamanda pul tələbinin tam güzəşt edilməsi haqqında cavabdehə təqdim edilmiş bildirişin tələblərinə uyğun olaraq, (müştəri) X5 ilə cavabdeh (borclu) arasında bağlanmış 0817/21/03S saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn borcun tam tələb edilməsi hüququ İddiaçı MMC-yə keçmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin tələblərini pozaraq, ödəniş aparmamışdır. İddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsinin öhdəliklərini yerinə yetirməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh könüllü olaraq öhdəlikləri yerinə yetirməmişdir. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən 932,56 manat (doqquz yüz otuz iki manat, əlli altı qəpik) əsas borc və 199,44 (yüz doxsan doqquz manat, qırx dörd qəpik) manat cərimə, ümumilikdə 1132 (min bir yüz otuz iki) manat borcu vardır. Göstərilənlərə əsasən 932,56 manat (doqquz yüz otuz iki manat, əlli altı qəpik) manat əsas borc, 199,44 (yüz doxsan doqquz manat, qırx dörd qəpik) manat hesablanmış cərimə borcu olmaqla, cəmi 1132 (min bir yüz otuz iki) manat və ödənilmiş 31,32 (otuz bir manat, otuz iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0817/21/03S saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya ümumi dəyəri 1556 manat olan malı satmağı, alıcı isə həmin malı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı alıcıya ümumi dəyəri 1556 manat olan 1 növ əşyanı təhvil vermişdir. İş materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0817/21/03S saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, 100 (yüz) manat ilkin ödənişdən sonra, alıcının ümumilikdə 1456 manat borcu yaranmışdır və həmin borcu 12 ay ərzində ödəniş cədvəlinə uyğun olaraq ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə X5 arasında imzalanan 01 aprel 2021-ci il tarixli, F01/03 saylı Faktorinq müqaviləsindən və həmin Faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2021-ci il tarixli, Fxx/xx-0817 saylı Sazişə əsasən X1 Cavabdeh qarşı olan 1456 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 0817/21/03S saylı nisyə alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 0817/21/03S saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə ümumi borcu 1132 (min bir yüz otuz iki) manat təşkil edir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 31,32 (otuz bir manat, otuz iki qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1556 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüş, İddiaçı MMC ilə X5 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X3 Cavabdeh qarşı olan 1556 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmiş, Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun əsas borc üzrə 932,56 manat, cərimə borcu üzrə 199,44 manat olmaqla, cəmi 1132 (min bir yüz otuz iki) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 95,44 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 932,56 manat əsas borc, 95,44 manat cərimə borcu olmaqla, cəmi 1028 (min iyirmi səkkiz) manat məbləğində borc 31,32 (otuz bir manat, otuz iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 932,56 manat əsas borc, 95,44 manat cərimə borcu olmaqla, cəmi 1028 (min iyirmi səkkiz) manat məbləğində borc 31,32 (otuz bir manat, otuz iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-433/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-433/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver