Məhkəmə qərarları › İş №e-2(014)-445/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-445/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-445/2025 05.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə bağladığı 13 iyun 2023-cü il tarixli, 0192 saylı alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 50 manat olmaqla 12 ay müddətinə 650 manat məbləğində mobil telefon verilmişdir. Bundan başqa Cavabdeh ilə bağlanmış 17 iyun 2023-cü il tarixli, 1186 saylı alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 500 manat olmaqla, 12 ay müddətinə 2432 manat məbləğində mobil telefon verilmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin 2.3-cü bəndinin tələbini pozaraq ödəniş cədvəli üzrə ödəmələri vaxtı-vaxtında həyata keçirməmiş, ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixindən və xx.xx.20236-cü il tarixdən iddiaçıya qaytarmamışdır. O, 13 iyun 2023-cü il tarixli, 0192 saylı alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu borcundan 0 manat ödəmiş, onun 600 manat məbləğində əsas borcu qalmışdır. Alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2%-i miqdarında əlavə məbləğ ödəyir. Qeyd edilənlərə əsasən bildirilir ki, o borcunu iddiaçıya qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu 132 manat təşkil edir. O, 17 iyun 2023-cü il tarixli, 0186 saylı alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu borcundan 0 manat ödəmiş, onun 1932 manat məbləğində əsas borcu qalmışdır. Alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2%-i miqdarında əlavə məbləğ ödəyir. Qeyd edilənlərə əsasən bildirilir ki, o borcunu iddiaçıya qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu 389 manat təşkil edir. Cavabdehə borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də heç bir nəticə əldə olunmamışdır. Bununla da cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı dövriyyəsini çoxalda bilməyərək maddi zərər dəymişdir. Alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən alıcı ödəniş cədvəlinə müvafiq olaraq ödənişi 15 gündən artıq gecikdirərsə satıcının mal(lar)ı geri tələb etmək və ya mal(lar)ın dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh İddiaçı xeyrinə 13 iyun 2023-cü il tarixli, 0192 saylı alqı-satqı müqaviləsi üzrə 600 manat məbləğində əsas borc, 132 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 732 manat, 17 iyun 2023-cü il tarixli, 1186 saylı alqı-satqı müqaviləsi üzrə 1932 manat məbləğində əsas borc, 389 manat məbləğində faiz borcu olmaqla, cəmi 2321 manat olmaqla, hər iki alqı-satqı müqaviləsi üzrə ümumilikdə cəmi 3053 (üç min əlli üç) manat məbləğində borcun və ödənilmiş 50.53 (əlli manat, əlli üç qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 0192 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12 ay müddətinə hər ay 50 manat və 50 manat ilkin ödəniş ödənilməsi şərti ilə 650 manat qiyməti olan “Samsung A23 4/128” markalı mobil telefon, xx.xx.2023-ci il tarixli, 1186 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12 ay müddətinə hər ay 161 manat və 500 manat ilkin ödəniş ödənilməsi şərti ilə 2432 manat qiyməti olan “İphone 13” markalı mobil telefon almışdır. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0192 saylı və müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 732 (yeddi yüz otuz iki) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1186 saylı və müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 2321 (iki min üç yüz iyirmi bir) manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı borcalana xx.xx.2023-cü il tarixli, 0192 saylı və xx.xx.2023-cü il tarixli, 1186 saylı alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 50.53 (əlli manat, əlli üç qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0192 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12 ay müddətinə hər ay 50 manat və 50 manat ilkin ödəniş ödənilməsi şərti ilə 650 manat qiyməti olan “Samsung A23” markalı mobil telefon, xx.xx.2023-cü il tarixli, 1186 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12 ay müddətinə hər ay 161 manat və 500 manat ilkin ödəniş ödənilməsi şərti ilə 2432 manat qiyməti olan “İphone13” markalı mobil telefon vermiş, cavabdeh hər iki müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə Cavabdeh İddiaçı hər iki müqavilə üzrə ümumilikdə 3053 (üç min əlli üç) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 0192 saylı alqı-satqı müqaviləsi üzrə tələb edilən 132 manat və xx.xx.2023-cü il tarixli, 1186 saylı alqı-satqı müqaviləsi üzrə isə tələb edilən 389 manat faiz borcu yox, dəbbə puludur, belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə faiz borcunun hesablanması və dəbbə pulu nəzərdə tutulmamışdır, lakin dəbbə pulu həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə əsas borc məbləği ilə müqayisədə həddən artıq yüksək məbləğdir. xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə tələb edilən əsas borcun miqdarının 600 manat, xx.xx.2023-cü il tarixli, 1186 saylı alqı-satqı müqaviləsi üzrə isə tələb edilən əsas borcun miqdarının 1932 manat təşkil etdiyi halda dəbbə pulunun miqdarının xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə 132 manat, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə isə 389 manat məbləğində olması borclunun mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən gecikməyə görə artırılmış dəbbə pulunun miqdarının əsas borcun miqdarı ilə müqayisədə yüksək olması və işin digər faktiki halları nəzərə alınmaqla iddiaçının cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə tələb edilən 132 manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə isə tələb edilən 389 manat dəbbə pulu tələbinə dair hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 0192 saylı alqə-satqı müqavilə üzrə 132 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat, xx.xx.2023-cü il tarixli, 1186 saylı alqı-satqı müqaviləsi üzrə 389 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 40 manat, məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 0192 saylı alqı-satqı müqaviləsi üzrə 600 (altı yüz) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli, 1186 saylı alqı-satqı müqaviləsi üzrə 1932 (min doqquz yüz otuz iki) manat əsas borc, 40 (qırx) manat cərimə borcu olmaqla, hər iki alqı-satqı müqaviləsi üzrə ümumilikdə 2582 (iki min beş yüz səksən iki) manat məbləğində borc və 50.53 (əlli manat, əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 0192 saylı alqı-satqı müqaviləsi üzrə 600 (altı yüz) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli, 1186 saylı alqısatqı müqaviləsi üzrə 1932 (min doqquz yüz otuz iki) manat əsas borc, 40 (qırx) manat cərimə borcu olmaqla, hər iki alqı-satqı müqaviləsi üzrə ümumilikdə 2582 (iki min beş yüz səksən iki) manat məbləğində borc və 50.53 (əlli manat, əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar