Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-479/2024 30.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 128 saylı alqı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Qarxun kəndi ərazisində 25.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 11525.78 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 307 manat məbləğində şum, 160 manat məbləğində kanal çəkmə, 425 manat məbləğində şirvan malası, 490 manat məbləğində mala, 300 manat məbləğində çiyid səpini, 819 manat məbləğində kultivasiya, 100 manat məbləğində dərman səpini, 6660.36 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 201.42 manat məbləğində dərman, 2063 manat məbləğində çiyid, ümumilikdə 11525.78 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 9460.94 kq. məbləğində, 6149.61 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırki dövrə kimi iddiaçıya 5376.17 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavadehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Buna görə də cavabdeh X2 iddiaçının xeyrinə 5376.17 manat borcun və 73.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdeh X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 128 saylı müqavilədən görünür ki, Mehdiyev oğlu Yevlax rayonu Qarxun kəndi ərazisində 25 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu 1-ci növ - 650 Azn/ton, 2-ci növ - 630 Azn/ton, 3-cü növ - 590 Azn/ton və 4-cü növ - 500 Azn/ton hesablaşmsa ilə İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. İşin materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, X3 hesabına pambığın becərilməsinə görə 6660 manat məbləğində avans vəsait köçürülmüşdür. İşin materiallarında olan xx.xx.2019-cu il tarixli İş və Xidmətlərin Yerinə Yetirlməsi Aktından görünür ki, Cavabdeh ilə İddiaçı MMC-nin Yevlax filialı arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və vətəndaşa aqrotexniki xidmətlər üçün 2601 manat, icarə, suvarma və becərmə üçün 5244 manat avans, dərmanlar və gübrələr üçün 201,42 manat, 2063 manat məbləğində isə toxum verilmişdir. İş materiallarında olan aktlardan görünür ki, X5 məxsus Yevlax rayon Qarxun kəndində yerləşən 25 ha torpaq sahəsində aqrotexniki işlər yerinə yetirilmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh X5 İddiaçı MMC tərəfindən müqaviləyə əsasən 5376 manat 17 qəpik borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, P-Aqro MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 73.77 (yetmiş üç manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə cavabdeh X6 arasında xx.xx.2019-cu il tarixdə 128 saylı müqavilə bağlanmış, müqavilənin predmeti X1 rayonu Qarxun kəndi ərazisində 25 ha sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, fermer tərəfindən yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş çərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermer borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi olmuş, 1ci növ - 650 Azn/ton, 2-ci növ - 630 Azn/ton, 3-cü növ - 590 Azn/ton və 4-cü növ - 500 Azn/ton hesablaşma ilə İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüş, cavabdeh X6 11525 manat 78 qəpik avans verilmiş, cavabdeh 6149 manat 61 qəpik xam pambıq vermiş və nəticədə onun 5376.17 (beş min üç yüz yetmiş altı manat, on yeddi qəpik) borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun onlara geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh X5 qarşı borcun tələbinə dair iddiası təmin edilməli, cavabdeh X2 5376 (beş min üç yüz yetmiş altı) manat 17 (on yeddi) qəpik məbləğində borc alınaraq İddiaçı MMC-yə verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh X2 73.77 (yetmiş üç manat, yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X2 5376 (beş min üç yüz yetmiş altı) manat 17 (on yeddi) qəpik məbləğində borc və 73 (yetmiş üç) manat 77 (yetmiş yeddi) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-479/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-479/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver