Məhkəmə qərarları › İş №e-2(014)-483/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-483/2025

21.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-483/2025 21.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş İdarəsinin Ağdaş rayon Notariat Ofisi və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş İdarəsinin Ağdaş rayon Notariat Ofisi və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mülki işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması və həll edilməsi üçün 25 fevral 2025-ci il tarixində Ağdaş rayon Notariat Kontoruna və 25 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna münasib sorğular ünvanlanmışdır. ünvan 1art 2025-ci il tarixində məhkəməyə daxil olsada, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq cavabı isə bu günədək məhkəməyə daxil olmamışdır. İşin materiallarını tədqiq edib hesab edirəm ki, mülki işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması və həll edilməsi üçün, eyni zamanda iş üzrə məhkəmə baxış iclası keçrilib işi üzrə yekun qərar qəbul edilməsi üçün qanunla müəyyən edilmiş 4 aylıq müddət 24 may 2025-ci il tаriхdə sona çatdığından mülki işə baxılma müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 188.3, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş İdarəsinin Ağdaş rayon Notariat Ofisi və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki işin baxılması və həll edilməsi müddəti 2 ay müddətə uzadılsın. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar