Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-502/2025 16.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 iyun 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 699,90 manat əsas borc, 104,90 manat cərimə borcu, cəmi 804,80 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 06 ay müddətinə hər ay 117 manat ödəmək şərti ilə 699,99 manat dəyərində TAUBE markalı kondisioner almış, həmin məbləğdən ödəniş etməmiş və 699,90 manat əsas borcu qalmış, gecikdirilmiş günlərə görə isə 1049 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cərimə məbləğinə 90 % güzəşt tətbiq edilərək 10 % saxlanılmışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbində qeyd olunan məişət avadanlığını (kondisioner) İddiaçı MMC-yə geri qaytardığını bildirib mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırmaya ehtiyac olduğundan məhkəmənin 20 fevral 2025-ci il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh 07 iyun 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 699,90 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2024-cü il tarixli, ********* saylı müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh 6 ay müddətinə hər ay 117 manat ödənilməsi şərti ilə 699,90 manat qiyməti olan TAUBE markalı kondisioner satmışdır. 07 iyun 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 iyul 2024-cü il tarixdən başlayaraq 07 noyabr 2024-cü il tarixədək hər ay 117 manat, 07 dekabr 2024-cü il tarixdə isə 114,99 manat ödəniş etməli idi. İddiaçı MMC tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 13 yanvar 2025-ci il tarixə əsas borc üzrə 699,90 manat, 1049 manat cərimə borcu olmaqla, ümumi borcu 1748,90 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh 07 iyun 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. 029817 nömrəli poçt qəbzinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən ona göndərilmiş 14 yanvar 2025-ci il tarixli bildiriş (xəbərdarlıq) məktubunu 21 yanvar 2025-ci il tarixdə şəxsən özü qəbul etmişdir. Mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 6 ay müddətinə hər ay 117 manat ödənilməsi şərti ilə 699,90 manat qiyməti olan TAUBE markalı kondisioner satmışdır. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş, iddiaçı tərəfindən müqavilə üzrə cərimə məbləğlinə edilmiş güzəştdən sonra iddiaçının İddiaçı MMC-yə ümumilikdə 699,90 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 07 iyun 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 699,90 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 07 iyun 2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 699,90 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(014)-502/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-502/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver