Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-506/2023 28.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı orqan AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dаir işə 07 mart 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-113A nömrəli 90308048 KOD-lu DT və XK-si Ağdaş rayon şöbəsində 3814 nömrə ilə kitabda qeydə alınmış “Torpağın mülkiyyətə verilməsinə dair” X1 kimi yazılan şəxsin onun mərhum atası X17 olması hüquq əhəmiyyəti olan fakt müəyyən edilərək qeyd edilən sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı ilə ünvan 1i ünvanında yerləşən kod nömrəsi 90308048 olan 0.30 hektar torpaq sahəsi onun atası X11 və ailə üzvü kimi o cümlədən onun mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsi faktı JN-113A saylı AR DT və XK-nin Ağdaş rayon şöbəsində 3814 nömrə ilə kitaba qeydə alınmış “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə təsdiqlənir. Atası İkram xx.xx.2022-ci ildə vəfat etmişdir. Atası dünyasını dəyişdikdən sonra o atasından miras qalmış əmlaka dair öz mülki hüququnu həyata keçirmək istəyərkən məlum olmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə atasının adı İkram yox, İkran kimi yazılıb. Belə olduqda JN:113A nömrəli kod nömrəsi 90308048 olan şəhadətnamədəki səhvin düzəldilməsi məqsədi ilə o, 24 dekabr 2022-ci il tarixdə həmin sənədi vermiş və AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətinə aid olmadığını bildirmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məhkəmə qaydasına mümkündür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, maraqlı orqan məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı orqan nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 253802 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ.17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli **********16 saylı məktubdan məlum olur ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi üzərində hüquq subyektlərinin şəxsiyyət vəsiqəsinə uyğun verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsində baxılmışdır. Ərizənizlə bağlı ərazi idarəsinin arxiv materillarına istinadən məlumat olaraq bildirir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-113A nömrəli şəhadətnamənin subyektlər siyahısında göstərilən “X16” adı ilə, şəxsiyyət vəsiqəsindəki “X17” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 20 avqust 1998-cı il tarixli 16 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” JN:113A saylı (kod ********) şəhadətnaməyə əsasən X14, X6, Ərizəçi, X7 və X8 Ağdaş rayon Qarağan-Şıxlar kəndində 0.30 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli 05/Q-526/16 saylı arayışdan məlum olur ki, X17 10 mart 1948-ci il tarixdə Ağdaş rayon Qarağan-Şıxlar kəndində anadan olmuşdur. Bu barədə 25 mart 1948-ci il tarixdə Ağdaş rayon Qəsil kənd icra nümayəndəliyində 10 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası X2r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surtindən məlum olur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 aid xx.xx.2022-ci ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir.arvadı:X12, oğlu:Ərizəçi, qızı:X13 və qızı:X10. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN:113A saylı (kod ********) şəhadətnaməyə əsasən X14, X6, Ərizəçi, X7 və X8 Ağdaş rayon Qarağan-Şıxlar kəndində 0.30 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə səhvə yol verilərək X17 əvəzinə səhvən X16 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X14, X6, Ərizəçi, X7 və X3 mülkiyyətinə verilmiş Ağdaş rayon Qarağan-Şıxlar kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinə dair JN:113A saylı KOD 90308048 saylı şəhadətnamənin X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-506/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-506/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver