Məhkəmə qərarları › İş №e-2(014)-560/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-560/2025

13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-560/2025 13.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizənin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, mülki işi materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, ərizəçi İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi baxılması üçün başqa məhkəməyə verir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 32.4, 37, 44.2.2, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinə qarşı qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar