Məhkəmə qərarları › İş №e-2(014)-581/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-581/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-581/2025 19.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Samsung 25W Compact Charger, Vinil Şəffaf, Blackview Airbud qulaqlı 2 ədəd, İmei kod **********41047 Samsung Galaxy A05S markalı telefon, Kieslect KR2 qol saatı, Wave Flex qulaqlıq 2 ədəd, Kieslect KS2 qol saatı, X2 4 qulaqlıq, X1qlıq almış və nəticədə 2520.73 (iki min beş yüz iyirmi manat, yetmiş üç qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 739.98 (yeddi yüz otuz doqquz manat, doxsan səkkiz qəpik) manat (yəni 18 ay x 41.11 manat + 0 manat ilkin ödəniş) Samsung 25W Compact Charger, Vinil Şəffaf, Blackview Airbud qulaqlı 2 ədəd, İmei kod **********41047 Samsung Galaxy A05S markalı telefon üçün ümumilikdə, 961.97 (doqquz yüz altmış bir manat, doxsan yeddi qəpik) manat olmaqla ondan 739.98 (yeddi yüz otuz doqquz manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 221.99 (iki yüz iyirmi bir manat, doxsan doqquz qəpik) manat cərimə: xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 646.38 (altı yüz qırx altı manat, otuz səkkiz qəpik) manat (yəni 18 ay x 35.91 manat + 0 manat ilkin ödəniş) Kieslect KR2 qol saatı, Wave Flex qulaqlıq 2 ədəd üçün ümumilikdə, 806.68 (səkkiz yüz altı manat, altmış səkkiz qəpik) manat olmaqla ondan 620.52 (altı yüz iyirmi manat, əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 186.16 (yüz səksən altı manat, on altı qəpik) manat cərimə: xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 340.56 (üç yüz qırx manat, əlli altı qəpik) manat (yəni 18 ay x 18.92 manat + 0 manat ilkin ödəniş) Kieslect KS2 qol saatı üçün ümumilikdə, 442.73 (dörd yüz qırx iki manat, yetmiş üç qəpik) manat olmaqla ondan 340.56 (üç yüz qırx manat, əlli altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102.17 (yüz iki manat, on yeddi qəpik) manat cərimə: xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 128.88 (yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) manat (yəni 18 ay x 7.16 manat + 0 manat ilkin ödəniş) X3 4 qulaqlıq üçün ümumilikdə, 167.54 (yüz altmış yeddi manat, əlli dörd qəpik) manat olmaqla ondan 128.88 (yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.66 (otuz səkkiz manat, altmış altı qəpik) manat cərimə: xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 109.08 (yüz doqquz manat, sıfır səkkiz qəpik) manat (yəni 18 ay x 6.06 manat + 0 manat ilkin ödəniş) X4 3 qulaqlıq üçün ümumilikdə, 141.80 (yüz qırx bir manat, səksən qəpik) manat olmaqla ondan 109.08 (yüz doqquz manat, sıfır səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.72 (otuz iki manat, yetmiş iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 25.86 (iyirmi beş manat, səksən altı qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələbin əsaslığını və əmalkın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 15952219 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 41.11 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 739.98 manat qiyməti, Samsung 25W Compact Charger, Vinil Şəffaf, Blackview Airbud qulaqlı 2 ədəd, İmei kod **********41047 Samsung Galaxy A05S markalı telefon, xx.xx.2024-cü il tarixli, № 10758718 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 35.91 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 646.38 manat qiyməti olan Kieslect KR2 qol saatı, Wave Flex qulaqlıq 2 ədəd, xx.xx.2024-cü il tarixli, № 02139404 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 18.92 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 340.56 manat qiyməti olan Kieslect KS2 qol saatı, xx.xx.2024-cü il tarixli, № 02008646 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 7.16 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 128.88 manat qiyməti olan İmei Kod **********88048 X3 4 qulaqlıq telefon, xx.xx.2024-cü il tarixli, № 16952522 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 6.06 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 109.08 manat qiyməti olan X4 3 qulaqlıq vermişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 15952219 saylı, xx.xx.2024-cü il tarixli № 10758718 saylı, xx.xx.2024-cü il tarixli № 02139404 saylı, xx.xx.2024-cü il tarixli, № 02008646 saylı və xx.xx.2024-cü il tarixli, № 16952522 saylı müqavilələrə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə ümumi borcu 2520.73 (iki min beş yüz iyirmim manat, yetmiş üç qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC borcalana xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 45.21 (qırx beş manat, iyirmi bir qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 15952219 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 41.11 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 739.98 manat qiyməti, Samsung 25W Compact Charger, Vinil Şəffaf, Blackview Airbud qulaqlı 2 ədəd, İmei kod **********41047 Samsung Galaxy A05S markalı telefon, xx.xx.2024-cü il tarixli, № 10758718 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 35.91 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 646.38 manat qiyməti olan Kieslect KR2 qol saatı, Wave Flex qulaqlıq 2 ədəd, xx.xx.2024-cü il tarixli, № 02139404 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 18.92 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 340.56 manat qiyməti olan Kieslect KS2 qol saatı, xx.xx.2024-cü il tarixli, № 02008646 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 7.16 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 128.88 manat qiyməti olan İmei Kod **********88048 X3 4 qulaqlıq telefon, xx.xx.2024-cü il tarixli, № 16952522 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 6.06 manat və 0 manat ilkin ödəniş ödənilməsi şərti ilə 109.08 manat qiyməti olan X4 3 qulaqlıq vermiş, Cavabdeh xx.xx.2024-ci il tarixli, №15952219 saylı, xx.xx.2024-cü il tarixli, №10758718 saylı, xx.xx.2024-cü il tarixli, №02139404 saylı, xx.xx.2024-cü il tarixli, №02008646 saylı və xx.xx.2024-cü il tarixli, №16952522 saylı müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 2520.73 (iki min beş yüz iyirmi manat, yetmiş üç qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 221.99 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 20 manat,xx.xx.2024-cü il tarixli müqavilə üzrə 186.16 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 18 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 102.17 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 38.66 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 4 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 32.72 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 3 manat, məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 739.98 (yeddi yüz otuz doqquz manat, doxsan səkkiz qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 620.52 (altı yüz iyirmi manat, əlli iki qəpik) manat əsas borc, 18 (on səkkiz) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 340.56 (üç yüz qırx manat, əlli altı qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 128.88 (yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 109.08 (yüz doqquz manat, sıfır səkkiz qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 1994.02 (min doqquz yüz doxsan dörd manat, sıfır iki qəpik) manat məbləğində borc və 45.21 (qırx beş manat, iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 739.98 (yeddi yüz otuz doqquz manat, doxsan səkkiz qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 620.52 (altı yüz iyirmi manat, əlli iki qəpik) manat əsas borc, 18 (on səkkiz) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 340.56 (üç yüz qırx manat, əlli altı qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 128.88 (yüz iyirmi səkkiz manat, səksən səkkiz qəpik) manat əsas borc, 4 (dörd) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 109.08 (yüz doqquz manat, sıfır səkkiz qəpik) manat əsas borc, 3 (üç) manat cərimə borcu olmaqla, cəmi 1994.02 (min doqquz yüz doxsan dörd manat, sıfır iki qəpik) manat məbləğində borc və 45.21 (qırx beş manat, iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar