Məhkəmə qərarları › İş №e-2(014)-604/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-604/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-604/2025 29.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Hümbətova Günay Xalid qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 -ci il tarixli müqaviləsinə əsasən, ROBOT TOZSORAN ROBOROCK üçün , 2296.2 (iki min iki yüz doxsan altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, 1148.1 (bir min yüz qırx səkkiz manat, 10 qəpik) manat dəbbə, xx.xx.2024-ci il, tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 13 kompüter üçün, 1800 (min səkkiz yüz) manat ödənilməmiş hissə, 900 (doqquz yüz) manat dəbbə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********87272 İPHONE 14 markalı telefon üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə, ümumilikdə 7719.30 manat borc, 97.20 ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, ROBOT TOZSORAN ROBOROCK, APPLE MACBOOK AİR 13 kompüter, İmei kod **********87272 İPHONE 14 markalı telefon almış və nəticədə 7719.30 (yeddi min yeddi yüz on doqquz manat, 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3136.26 (üç min yüz otuz altı manat. 26 qəpik) manat (18 ay x 127.57 manat + 840 manat ilkin ödəniş) olan ROBOT TOZSORAN ROBOROCK üçün ümumilikdə, 3444.30 (üç min dörd yüz qırx dörd manat, 30 qəpik) manat olmaqla ondan, 2296.2 (iki min iki yüz doxsan altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1148.1 (bir min yüz qırx səkkiz manat, 10 qəpik) manat dəbbə, xx.xx.2024-ci il, tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 2120 (iki min yüz iyirmi manat) manat (12 ay x 150 manat + 320 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə, 2700 (iki min yeddi yüz) manat olmaqla ondan, 1800 (min səkkiz yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 900 (doqquz yüz) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1900 (min doqquz yüz) manat (12 ay x 105 manat + 640 manat ilkin ödəniş) olan İmei kod **********87272 İPHONE 14 markalı telefon üçün ümumilikdə, 1575 (bir min beş yüz yetmiş beş) manat olmaqla ondan, 1050 (min əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 525 (beş yüz iyirmi beş) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2010.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024 -ci il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilmədiklərindən mülki işə iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini bildirib qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 iyun 2024-cü il tarixli 04254695 saylı müqavilənin surətindən görünür ki, ilkin ödəniş 640 manat olmaqla, İmei kod **********87272 İPHONE 14 markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində, hər ay 105 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 15 iyun 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 04254695 saylı müqaviləyə əsasən İmei kod **********87272 İPHONE 14 markalı telefon məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2024-cü il tarixli 09646820 saylı müqavilənin surətindən görünür ki, ilkin ödəniş 320 manat olmaqla, APPLE MACBOOK AİR 13 kompüter Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində, hər ay 150 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 23 avqust 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 09646820 saylı müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 kompüter məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2024-cü il tarixli 09416525 saylı müqavilənin surətindən görünür ki, ilkin ödəniş 840 manat olmaqla, ROBOT TOZSORAN ROBOROCK Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində, hər ay 127.57 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. 26 avqust 2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 09416525 saylı müqaviləyə əsasən ROBOT TOZSORAN ROBOROCK məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 05 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kod **********87272 İPHONE 14 markalı telefon üçün əsas borc 1050 (min əlli) manat ödənilməmiş hissə, 525 (beş yüz iyirmi beş) manat dəbbə ümumilikdə 1575 manat, 23 avqust 2024-cü il tarixli müqavilə üzrə APPLE MACBOOK AİR 13 kompüter üçün əsas borc 1800 (min səkkiz yüz) manat ödənilməmiş hissə, 900 (doqquz yüz) manat dəbbə ümumilikdə 2700 manat, 26 avqust 2024-cü il tarixli müqavilə üzrə ROBOT TOZSORAN ROBOROCK üçün əsas borc 2296.2 (iki min iki yüz doxsan altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, 1148.1 (bir min yüz qırx səkkiz manat, 10 qəpik) dəbbə ümumilikdə 3444.30 manat, olmaqla ümumilikdə 7719.30 manat borc hesablanmışdır. 11 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.1, 601.1-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 525 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 (əlli) manat, 23 avqust 2024-cü il tarixli müqavilə üzrə 900 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 100 (yüz) manat, 26 avqust 2024-cü il tarixli müqavilə üzrə 1148.10 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 150 (yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 97.20 (doxsan yeddi manat, iyirmi qəpik) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 74.46 manat cavabdehdən tutulmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kod **********87272 İPHONE 14 markalı telefon üçün 1050 (bir min əlli) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu, 23 avqust 2024-cü il tarixli müqavilə üzrə APPLE MACBOOK AİR 13 kompüter üçün 1800 (bir min səkkiz yüz) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə borcu, 26 avqust 2024-cü il tarixli müqavilə üzrə ROBOT TOZSORAN ROBOROCK üçün 2296.2 (iki min iki yüz doxsan altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 5446.20 manat borc və 74.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kod **********87272 İPHONE 14 markalı telefon üçün 1050 (bir min əlli) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu, 23 avqust 2024-cü il tarixli müqavilə üzrə APPLE MACBOOK AİR 13 kompüter üçün 1800 (bir min səkkiz yüz) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə borcu, 26 avqust 2024cü il tarixli müqavilə üzrə ROBOT TOZSORAN ROBOROCK üçün 2296.2 (iki min iki yüz doxsan altı manat, 20 qəpik) manat ödənilməmiş hissə, 150 (yüz əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 5446.20 manat borc və 74.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar