Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-643/2024 15.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”İrşad Electronics” MMC Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, (Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat) "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqımüqaviləsi (müqavilələri) barədə məlumat: 1 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 249,40 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 21,00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Honor markalımobil telefon Son ödəniş məbləği və tarixi: 21,00 AZN xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 165,40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 248,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 24,80 AZN Tutulmalı olan cəmi məbləğ: 190,20 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 459,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 77,00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Honor markalımobil telefon,qulaqcıq Son ödəniş məbləği və tarixi: 77,00 AZN xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 151,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 227,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 22,70 AZN Tutulmalı olan cəmi məbləğ: 174,60 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 900,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 51,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Xiaomi markalımobil telefon Son ödəniş məbləği və tarixi: 127,00 AZN xx.xx.2023 Cavabdeh müddətli (nisyə) alqısatqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 671,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1007,00 AZN Nisyə alqı-satqımüqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 100,70 AZN Tutulmalı olan cəmi məbləğ: 772,60 AZN. Göstərilənlərə əsasən, xx.xx.2024cü il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 165,4 AZN əsas 24,8 AZN cərimə cəmi 190,2 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 151,9 AZN əsas 22,7 AZN cərimə cəmi 174,6 AZN borc, xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 671,9 AZN əsas, 100,7 AZN cərimə, cəmi 772,6 AZN borc ümumilikdə üç müqavilə üzrə 989,2 AZN əsas, 148,2 AZN cərimə, 1137,4 AZN cəmi borcun və 31.37 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, ********* saylı müqaviləyə və həmin müqaviləyə № 1 saylı əlavəyə əsasən İddiaçı MMC ,E. Şirinova 12 ay müddətinə hər ay 21 manat və 0,50 qəpik ilkin ödəniş ödənilməsi şərti ilə 249,49 manat qiyməti olan “Honor markalı mobil telefon vermişdir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə və həmin müqaviləyə № 1 saylı əlavəyə əsasən İddiaçı MMC Cavabdeh 6 ay müddətinə hər ay 77 manat ödənilməsi şərti ilə 459,98 manat qiyməti olan Honor markalımobil telefon,qulaqcıq” vermişdir. İşin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə və həmin müqaviləyə № 1 saylı əlavəyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 51manat və 250 manat ilkin ödənilməsi şərti ilə 900,99 manat qiyməti olan Xiaomi markalı mobil telefon vermişdir İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 06 mart 2024-cü il tarixədək hər ay 21 manat, xx.xx.2024-ci il tarixdə 18,49 manat ödəniş etməli idi. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 77 manat, xx.xx.2023-cü il tarixdə 74,98 manat ödəniş etməli idi. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 51 manat, xx.xx.2024-cü il tarixdə 33,99 manat ödəniş etməli idi. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 413,40 (dörd yüz on üç manat, qırx qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 378,90 (üç yüz yetmiş səkkiz manat, doxsan qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə ümumi borcu 1678,90 (min altı yüzyetmiş səkkiz manat, doxsan qəpik) manat təşkil edir İşin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilələrə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə və həmin müqaviləyə № 1 saylı əlavəyə əsasən İddiaçı MMC ,E. Şirinova 12 ay müddətinə hər ay 21 manat və 0,50 qəpik ilkin ödəniş ödənilməsi şərti ilə 249,49 manat qiyməti olan “Honor markalı mobil telefon vermişdir, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə və həmin müqaviləyə № 1 saylı əlavəyə əsasən İddiaçı MMC Cavabdeh 6 ay müddətinə hər ay 77 manat ödənilməsi şərti ilə 459,98 manat qiyməti olan Honor markalımobil telefon,qulaqcıq, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə və həmin müqaviləyə № 1 saylı əlavəyə əsasən İddiaçı MMC Cavabdeh 18 ay müddətinə hər ay 51 manat və 250 manat ilkin ödənilməsi şərti ilə 900,99 manat qiyməti olan Xiaomi markalı mobil telefon vermişdir, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 1137,4 borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə borcu 9,10 (doqquz manat on qəpik) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 165,40 (yüz altmış beş manat, qırx qəpik) manat əsas, 24,80 (iyirmi dörd manat, səksən qəpik) manat cərimə, cəmi 190,20 (yüz doxsan manat, iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 151,90 (yüz əlli doqquz manat, doxsan qəpik) manat əsas, 22,70 (iyirmi iki manat, yetmiş qəpik) manat cərimə, cəmi 174,60 (yüz yetmiş dörd manat, altmış qəpik) manat məbləğində borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 671,90 (altı yüzyetmiş bir manat, doxsan qəpik) manat əsas borc, 9,10 (doqquz manat on qəpik) manat cərimə, cəmi 681 (altı yüz səksən bir) manat olmaqla, ümumilikdə 1045,80 (min qırx beş manat, səksən qəpik) manat borc və 31,37 (otuz bir manat, otuz yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 165,40 (yüz altmış beş manat, qırx qəpik) manat əsas, 24,80 (iyirmi dörd manat, səksən qəpik) manat cərimə, cəmi 190,20 (yüz doxsan manat, iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 151,90 (yüz əlli doqquz manat, doxsan qəpik) manat əsas, 22,70 (iyirmi iki manat, yetmiş qəpik) manat cərimə, cəmi 174,60 (yüz yetmiş dörd manat, altmış qəpik) manat məbləğində borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 671,90 (altı yüzyetmiş bir manat, doxsan qəpik) manat əsas borc, 9,10 (doqquz manat on qəpik) manat cərimə, cəmi 681 (altı yüz səksən bir) manat olmaqla, ümumilikdə 1045,80 (min qırx beş manat, səksən qəpik) manat borc və 31,37 (otuz bir manat, otuz yeddi qəpik) manat məbasləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-643/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-643/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver