Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-675/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayonu, Xosrov kəndində yaşayan Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə cəmi 2954.88 (iki min doqquz yüz əlli dörd manat, səksən səkkiz qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 49.56 (qırx doqquz manat, əlli altı qəpik) manat dövlət rüsumun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 3004.84 (üç min dörd manat, səksən dörd qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X6 istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Xosrov kəndində Cavabdeh məxsus mənzilində 3618-08-20 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********02480 saylı qaz hesabında ödənilməmiş 2955.18 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan 2955.18 manat borc məbləğinin 2954.88 manat hissəsi təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır.Cavabdeh yaşadığı Ağdaş rayonu Xosrov kəndində yerləşən mənzilində hazırda istismarda olan G-4 markalı 40037124 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zaman3ı 0.01.2024-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 40037124 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələməklə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə foto və video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m /saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m /saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, Qey.Stan.İs.Sis.-nin maksimal saatlıq qaz sərfi 3 m /saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4m /saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİninxx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 24624 m (və ya 2954.88 manat) həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, əməkdaşlar onların həyətinə gəlib əlavə xəttin olub-olmamasını axtarıblar. O, 25 il Azərbaycanda yaşamamış, qeyriqanuni xətdən istifadə etməmiş, qeyri-qanuni xətt aşkar olunmuş ərazi onun evindən və sayğacından xeyli aralıdadır. Əgər onun elə bir niyyəti olsaydı evinə yaxın ərazidə quraşdırardı. O, qeyri-qanuni xəttlə qazdan istifadə etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan “Cavabdeh mənzilinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 11 iyun 2024-cü il tarixdə Cavabdeh Ağdaş rayonunun Xosrov kəndində yerləşən həyətinə baxış keçirilmiş, baxış zamanı Cavabdeh evinin küçə xəttinin ona məxsus həyətyanı sahəsini keçən hissəsindən sayğacdan kənar yeraltı xətt çəkməklə daxili qaz xəttinə birləşdirilmiş və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 qaz üçün 0,10 manat, 2019-cu il 1 may tarixindən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0.20 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan İddiaçı xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Xosrov kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı mənzilə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi olaraq 24624 m3 borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman abonent küçə xəttini ona məxsus həyətyanı sahəsini keçən hissəsindən sayğacdan kənar yeraltı xətt çəkməklə daxili qaz xəttinə birləşdirilmiş və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, **********02480 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2024-cü ilin yanvar ayına 2954.88 manat borc hesablanmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün ümumilikdə 49,56 (qırx doqquz manat, əlli altı qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. İşin materiallarında olan İnzibati tənbeh vermə haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh təbii qazı taladığına görə Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə verilmiş qaz istehlak edilməsi ilə əlaqədar 2954.88 manat borc yaranmışdır. Cavabdeh yaşadığı Ağdaş rayonu Xosrov kəndində yerləşən mənzilində hazırda istismarda olan G-4 markalı 40037124 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə edilməsi müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zaman xx.xx.2024-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 40037124 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələməklə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə foto və video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024cü il tarixli ******* saylı akt tərtib edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh sayğaca qanunsuz qoşulması onun barısində çıxarılmış inzibati xəta haqqında qərar və iş materialları ilə öz təsdiqini tapır, lakin itirilmiş qazın bərpası üçün aparılmış hesabat ağlabatan deyil. İddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 30 yanvar 2024-cü il tarixli akt əsasında itirilmiş qazın sərfiyyatının 180 və 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Müvafiq yoxlamanı İddiaçı hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı İB-nin X6 İstismar İdarəsi tərəfindən 30 yanvar 2024-cü il tarixli akta əsasən **********02480 saylı abonent koduna yazılmış borcun 276 (iki yüz yetmiş altı) manatı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbinin təmin edilən hissəsinə münasibətdə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx) qəpik bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh itirlmiş qazın bərpası üçün aparılmış hesabat görə 276 (iki yüz yetmiş altı) manat borc, 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx) qəpik bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-675/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-675/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver