Məhkəmə qərarları › İş №e-2(014)-676/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-676/2025

04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-676/2025 04.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx.xx.2025-ci il tarixli ******* saylı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2025-ci il tarixə 979 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. Əgər göstərilən müddət ərzində məişət abonenti tərəfindən elektrik enerjisinin dəyəri ödənilməzsə, həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin, həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadə mübahisəli məsələlər yaratdıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Əlavə olaraq bildirilir ki, hər abonentlə enerji təchizatı müəssisəsi arasında birtipli alqı-satqı müqaviləsi bağlanaraq yenilənir. Cavabdeh X5 xx.xx.2025-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin sayğacına Ağdaş EŞ-nin ESŞ-nin əməkdaşları baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar bir başa xətt çəkərək elektrik enerjisindən qeyri-qanuni istifadə etdiyi üçün “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq R373595 saylı onun barəsində Akt tərtib edilmişdir. Azərbaycan Respublikasının “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinin tələblərinə uyğun olaraq X7 barəsində toplanmış materiallar İXM-in 282-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılıb tədbir görülməsi üçün X1 Agentliyinin Mingəçevir filialına göndərilmişdir. X1 Agentliyinin Mingəçevir filialının rəisi X4 xx.xx.2025-ci il tarixli MN №1276317 saylı qərarına əsasən cavabdeh X6 məxsus yaşayış evində elektrik enerjisindən qanunsuz istifadə edən oğlu X8 barəsində İXM-in 282.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyinə görə qərar qəbul olunmuşdur. Cavabdeh X5 Ağdaş şəhəri, Xosrov kəndi yaşadığı fərdi evinə enerji təchizatı müəssisəsinin əməkdaşı (nəzarətçi mühəndis) tərəfindən hər ay istehlakçıları elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəriciləri məsafədən “mini kompüter” vasitəsi ilə oxunur və istehlakçıya ay ərzində istehlak edilmiş elektrik enerjisinin miqdarı və dəyəri, ümumi borcu göstərilən “bildirişxəbərdarlıq” təqdim edilir. Lakin buna baxmayaraq onun tərəfindən göstərilən məbləğ bu günə kimi ödənilməmiş və qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmədən, cavabdeh X5 979 manat borc və ödənilmiş 30 manat pulalınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06 yanvar 2025-ci il tarixdə enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin aqlısatqısının birtipli müqaviləsi bağlanmışdır. İşin materiallarında olan abunə haqqında məlumatın bağlanan aktlar bölməsindən görünür ki, Cavabdeh 27 yanvar 2025-ci il tarixdə X2 pozulmasına görə 981,06 manat borc yazılmışdır. İşin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli AKT R № 373595 saylı aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin sayğacına Ağdaş EŞnin ESŞ-nin əməkdaşları baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar bir başa xətt çəkilərək elektrik enerjisindən qeyri-qanuni istifadə edildiyi üçün “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq R373595 saylı onun barəsində Akt tərtib edilmişdir. İşin materiallarında olan 19 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibatin Xətalar Məcəlləsinin 282.1-ci ilə təqsirli bilinərək barəsində inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra – Qaydalar) 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X3 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X3 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Eyni Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının elektrik enerjisinin ölkədaxili tariflərinə dair 16 oktyabr 2021-ci il tarixli, 14 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən elektrik enerjisinin əhali üçün tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9 qəpik və aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06 yanvar 2025-ci tarixdə bağlanmış enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisininaqlı-satqısının birtipli müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evinin sayğacına Ağdaş EŞ-nin ESŞ-nin əməkdaşları baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar bir başa xətt çəkilərək elektrik enerjisindən qeyri-qanuni istifadə edildiyi üçün “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə uyğun olaraq R373595 saylı abonent barəsində Akt tərtib edilmişdir. Bundan sonra 19 fevral 2025-ci il tarixdə cavabdehin oğlu, X9 Azərbaycan Respublikası İnzibatin Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixdə baş vermiş və R373595 nömrə ilə aktlaşdırılmış hadisəyə dair təqsirli şəxs cavabdeh deyil, onun oğlu olmuşdur. Həmçinin, Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İddiaçı tərəf də bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar