Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-677/2024 27.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul l tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsininAğdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu Pirkəkə kəndində Cavabdeh məxsus mənzilində XS-15-01447-22 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01520 saylı qaz hesabında ödənilməmiş 2633.42 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 559.82 manat hissəsi sayğac göstəricisinə və 2073.60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 559.82 manat həcmindəki borc Cavabdehyaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə istismardan açılan G4T markalı 40093786 nömrəli sayğacın 1821 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 2073.60 manat məbləğdəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu Pirkəkə kəndindəyerləşən mənzilində hazırda istismarda olan G-4 markalı **********344 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zaman xx.xx.2023-cü il tarixdə 3 Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********344 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələməklə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. Cavabdeh Ağdaş rayonu Pirkəkə kəndində yaşayanCavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 559.82 (beş yüz əlli doqquz manat səksən iki qəpik) manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat, cəmi 2633.42 (iki min altı yüz otuz üç manat qırx iki qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 46.51 (qırx altı manat əlli bir qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2680.33 (iki min altı yüz səksən manat otuz üç qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli, **********01520 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh 2023-cü ilin oktyabr ayı üzrə qalıq və aktlardan borcu 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc hesablanmışdır. Eyni zamanda sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 559.82 (beş yüz əlli doqquz manat səksən iki qəpik) manat borcu vardır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı **********344 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələməklə, həmin qaz xəttindən sayğacdan kənar təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. İşin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh yaşadığı Ağdaş rayonu Pirkəkə kəndində yerləşən mənzilində hazırda istismarda olan G-4 markalı **********344 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Bundan sonra akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4m orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 46,51 (qırx altı manat əlli bir qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdehə verilmiş qaz istehlak edilməsi ilə əlaqədar sayğac göstəricisinə əsasən 559.82 (beş yüz əlli doqquz manat səksən iki qəpik) manat, təbii qazdan qeyri-qanuni istifadə qaydalarının pozulmasına görə isə 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc yaranmışdır. Cavabdeh yaşayış sahəsinə qoyulmuş qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, müvafiq yoxlamanı İddiaçı İB hər ay keçirməli olduğundan dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalı idi. Buna görə də akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh sayğac göstəricisinə görə 559.82 (beş yüz əlli doqquz manat səksən iki qəpik) manat borc, 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat cərimə və 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə görə 559.82 (beş yüz əlli doqquz manat səksən iki qəpik) manat borc, 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat cərimə və 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-677/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-677/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver