Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-678/2024 06.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 141,14 (bir yüz qırx bir manat, on dörd qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4354,56 (dörd min üç yüz əlli dörd manat, əlli altı qəpik) manat, cəmi 4495,70 (dörd min dörd yüz doxsan beş manat, yetmiş qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 64,96 (altmış dörd manat, doxsan altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 4561,06 (dörd min beş yüz altmış bir manat, altı qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin X5 istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində Cavabdeh məxsus mənzilində XS-15-02729/23 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********02020 saylı qaz hesabında ödənilməmiş 4495,70 manat borc vardır. Tələb olunan borcun 141,14 manat hissəsi sayğac göstəricisinə və 4354,56 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 141,14 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı 11436299 nömrəli sayğacın 12610 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbdə göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranmış 2280,92 manat məbləğində borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən mənzilində həmin dövrdə istismarda olan G-4 markalı 11436299 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə, təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 11436299 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələməklə, həmin qaz xəttinin üzərinə sac qoyaraq təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri qanuni olaraq sayğacdan kənar qoşulma üzrə foto və video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Akt əsasında qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 36288 m3 (və ya 4354,56 manat) həcmində müəyyən edilmişdir. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Ədil qızı 23 dekabr 2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Lakin daimi olaraq həmin evdə yaşamadığından nə işıq sayğacını, nə su sayğacını, nə də qaz sayğacını adına keçirə bilməmiş və sayğaclar evin əvvəlki sahibi X2 adında qalmışdır. 03 fevral 2023-cü il tarixində Cavabdeh məxsus olan fərdi yaşayış evinin kənarındən keçən qaz xəttində qarşılıqlı iddia üzrə cavabdeh olan Ağdaş Rayon Qaz İstismar sahəsinin nümayəndələri sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar etmişlər. 13 fevral 2023-cü il tarixində isə gəlib Cavabdeh və ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinə qazın verilişini dayandırmışlar və aşkar olunmuş sayğacdan kənar qeyri-qanuni birləşmə ilə əlaqədar akt tərtib etdiklərini və Cavabdeh 4354,56 (dörd min üç yüz əlli dörd manat, əlli altı qəpik) cərimə etdiklərini, qaz təsərrüfatı Cavabdeh tərəfindən adına rəsmiləşdirilməyənədək qazın verilişini bərpa etməyəcəklərini bildirmişlər. Sonradan Cavabdeh aaraşdırması nəticəsində məlum olmuşdur ki, aşkar olunmuş qeyri-qanuni birləşmə ümumiyyətlə ona məxsus olan fərdi yaşayış evinə getmir və Cavabdeh böhtan ataraq qazın verilişini dayandırmışlar. Cavabdeh əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi tələbinə dair ərizə ilə Ağdaş rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. dım. Məhkəmə baxışından aydın olmuşdur ki, qaz sayğacı evin əvvəlki sahibi, X2 adında olduğundan mülki işin həlli mümkün deyil və Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin baxılmamış saxlanılması barədə Məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh 28 dekabr 2023-cü ildə qaz təsərrüfatını öz adına keçirmiş və əsassız cəriməni üzərinə götürdükdən sonra Ağdaş Rayon Qaz İstismar sahəsinin nümayəndələri gəlib 29 dekabr 2023-cü il tarixdə qazın verilişini bərpa etmişlər. Ona atılmış böhtan nəticəsində Cavabdeh və ailə üzvləri 13 fevral 2023-cü il tarixindən 29 dekabr 2023-cü il tarixədək 10 aydan artıq müddətdə qazsız qalmışlar. Həmin müddət ərzində onlar evlərini odunla qızdırmışlar, odunu əldə etmək məqsədi ilə onlar öz bağlaından 10 ədəd bar verən xurma ağacını kəsmişdir. Xurma ağacının bar verməsi üçün 5 il tələb olunur. Hər bir ağac bir ilə 50 manat fayda verir. Beləliklə 2500 manat fayda əlindən çıxmışdır. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən qaz sayğacına (abonent kodu **********02020) əsassız olaraq borc kimi yazılmış olan 4354,56 manatın Ağdaş rayon qaz istismar sahəsi tərəfindən silinməsi və ona dəymiş olan 5000 manat miqdarında zərərin, həmçinin 10 ədəd bar verən xurma ağacları kəsildiyindən Cavabdeh əlindən çıxmış olan fayda dəyəri 2500 manat, ümumilikdə 7500 manatın cavabdeh Ağdaş rayon qaz istismar idarəsi tərəfindən tutulub Cavabdeh verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına iştirakları olmadan baxılmasını və ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək və ərizədə qeyd olunanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, 2023-cü ilin fevral ayında İddiaçı İstehsalat Brirliyin əməkdaşları qaz sayğacına baxış keçirdikdən sonra qazın verilməsini dayandırmışlar. İki il onlar qazdan istifadə edə bilmədiklərindən həyətyanı sahələrində olan xurma ağaclarını kəsərək odun kimi istifadə etmişlər. Dəfələrlə İddiaçınə müraciət etsələr də qazın verilməsini təmin etməmişlər. Lakin qeyd olunan borcu üzərlərinə götürdükdən sonra qazın verilməsi təmin olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq qarşılıqlı iddianın təmin edilərək hesablanmış borcun silinməsini, 5000 manat məbləğində məvəzi zərərin, 2500 manat isə xurma ağacların kəsilməsi səbəbindən əldən çıxmış olan faydanın əvəzinin İddiaçındən alınaraq onlara verilməsini, ilkin iddianın isə təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.1-ci bəndinə əsasən hər 1 (bir) m3 üçün illik istehlak həcmi 1200 kubmetrədək (1200 m3 daxil) olan hissəsi üçün 0,12 manat, illik istehlak həcmi 1200-2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün qazın dəyəri 0,20 manat, 2500 m3-dən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat məbləğində müəyyənləşdirilir. İşin materiallarında olan İddiaçı 14 fevral 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yerləşən istehlakçı Rəvan Şərifovun yaşadığı fərdi evə baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Bu barədə 13 fevral 2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş ziyanın həcmi 24 saat hesabat müddəti 360 və 360 gün qəbul edilməklə itrilmiş qazın bərpası üçün dəymiş ziyan 36288 m3 hesablanmışdır. İşin materiallarında olan 13 fevral 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri qanuni birləşmə aşkar edilmişdir. İşin materiallarında olan 28 mart 2024-cü il tarixli, **********02020 saylı abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2023-cü ilin fevral ayına qədər 4354,56 manat borcu vardır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 64,96 (altmış dörd manat, doxsan altı qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlamada 13 fevral 2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evinə baxış zamanı qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu, həyətyanı sahədən keçən yerüstü qaz xəttini deşərək zədələndiyi, aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video çəkiliş aparıldığı, keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib edildiyi və qaz cihazlarının inventarizasiyası aparıldığı, qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 32 kv kombinin maksimal saatlıq qaz sərfi 3.4m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 14 fevral 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 36288 m3 (və ya 4354,56 manat) həcmində müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğaca qanunsuz qoşulması videogörüntü və iş materialları ilə öz təsdiqini tapır, lakin itirilmiş qazın bərpası üçün aparılmış hesabat ağlabatan deyil. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmir və 13 fevral 2024-cü il tarixli akt əsasında itirilmiş qazın sərfiyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Odur ki, məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği 30 gün üçün hesablanmalıdır və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən 141,14 (bir yüz qırx bir manat, on dörd qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 362.88 (üç yüz altmış iki manat, səksən səkkiz qəpik) manat pul tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilməlidir. Eyni zamanda məhkəmə yuxarıda qeyd olunan əsasları nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “«borcun silinməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh **********02020 nömrəli abonent koduna yazılmış 3991.68 (üç min beş doqquz yüz doxsan bir manat, altmış səkkiz qəpik) manat borc silinməlidir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qazın verilməsinin dayandırılması nəticəsində ona 5000 manat məbləğində maddi ziyanın dəyməsini, həmçinin qazın verilməməsi səbəbindən həyətyanı sahədən ağacları kəsərək odun əvəzi istifadə etməsinin heç bir əsası yoxdur və həmin faktları təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 59,92 (əlli doqquz manat, doxsan iki qəpik) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən 141 (bir yüz qırx bir) manat 14 (on dörd) qəpik, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 362 (üç yüz altmış iki) manat 88 (səksən səkkiz) qəpik borc tutularaq cavabdeh İddiaçınə ödənilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilsin. İlkin iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin X5 İstismar İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən Cavabdeh **********02020 nömrəli abonent koduna yazılmış 3991 (üç min doqquz yüz doxsan bir) manat 68 (altmış səkkiz) qəpik manat borc silinsin. İş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının ödəməkdən azad edildiyi 59 (əlli doqquz) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №e-2(014)-678/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-678/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver