Məhkəmə qərarları › İş №e-2(014)-686/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-686/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-686/2022 16.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı nümayəndəsi X3 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhər Vaqif küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən hesabata görə 1021.19 (bir min iyirmi bir 19 qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 504.60 (beş yüz dörd 60 qəpik) manat, əvvəlcədən ödənilmiş 35.25 (otuz beş 25 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 1561.43 (bir min beş yüz altmış bir 43 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları ABB KOD 8051700, M/H AZ03NABZ********************, VÖEN **********, SWİFT iBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçının yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir.Cavabdeh **********01100 saylı qaz hesabında xx.xx.2022-ci il tarixə ödənilməmiş 1525.79 manat borc vardır, həmin borcun 1021.19 manat hissəsi ilə sayğac göstəricisinə əsasən aparılmış hesabata və 504.60 manat hissəsi isə təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Hazırda cavabdehdən sayğac üzrə aparılan hesabata əsasən tələb olunan 1021.19 manat borc Cavabdeh yaşadığı Ağdaş şəhər Vaqif küçəsindəki mənzilində xx.xx.2022-ci il tarixdə istismardan açılmış G4 markalı 11468710 nömrəli sayğacın 14478 m3 göstəricisi ilə müəyyən edilmişdir. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış 504.60 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş şəhər Vaqif küçəsindəki mənzilində hazırda istismarda olan G4 markalı 1602AZ**********92 nömrəli Smart tipli İTRON markalı qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsi ilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində stirmarda olan G-4 markalı 1602AZ**********92 nömrəli Smart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə sayğacdan kənar qeyri-qanuni olaraq qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz işlədicilərindən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3 orta günlük iş rejimi yay fəslində 4 saat hesabat müddəti 46 gün qış fəslində 6 saat hesabat müddəti 134 gün, radiator sobanın saatlıq qaz sərfi 0.8 m3 saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 134 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2523 m3 (504.60 manat) həcmində müəyyən edilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qismən qəbul etdiyini, qazdan istifadəyə görə yaranmış borcu tam olaraq ödəməyə maddi imkanı olmadığını, 504.60 manat əsassız hesablanmış borc tələb etmələrinə dair hissədə iddianı qəbul etmədiyini, bununla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu bildirmiş, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********01100 saylı 2018-ci ilin mart ayına verilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh ümumilikdə 504.60 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, xx.xx.2018-ci il tarixli ******* №-li Akta əsasən Cavabdeh oğluna 2523 m3 ( və ya 504.60 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qanunsuz birləşmə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 13 fevral 2019-cu il tarixli 2(014)-396/2019 saylı qətnamənin surətindən məlum olur ki, İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması » tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sayğac göstəricisinə əsasən hesabata görə 20.70 (iyirmi manat yetmiş qəpik) manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 504.60 (beş yüz dörd 60 qəpik) manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı ziyan xx.xx.2018-ci il tarixli ******* saylı akt və Zaqatala RQİİ-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 2523 m3 (504.60 manat) həcmində müəyyən edilmişdir. Həmin tələb üzrə iddia qismən təmin edilmiş, X1 252.30 manat akta əsasən və 20.70 manat sayğaca əsasən hesablanmış, ümumilikdə 273 (iki yüz yetmiş üç) manat borc pul tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X6 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2016-ci il tarixli 42-1100 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh yaşadığı evə qaz sayğacı quraşdırıldıqdan sonra, o, təbii qazdan qaz sayğacı vasitəsi ilə istifadə etmiş, sayğaca görə 1021.19 manat və həm də itirilmiş qaz həcminin müəyyən ediməsinə görə 504.60 manat borc, ümumilikdə 1525.79 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi, sayğac göstəricilərinə əsasən hesablanmış 1021.19 manat borc hissəsində tutulmalı, təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı 504.60 manat borcun tutulması hissəsində isə icraata xitam verilməlidir. Belə ki, AR MPM-nin 261.0.2-ci maddəsinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa mülki iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən sayğac göstəricilərinə əsasən hesablanmış 1021.19 manat pul alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 35.25 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 15.25 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 1021.19 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, Ağdaş rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(014)-686/2022 saylı qərardadı ilə iş üzrə icraata “təbii qazdan qeyri qanuni istifadə ilə bağlı hesablanmış 504.60 manat borc” hissəsində xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 1021.19 (bir min iyirmi bir manat 19 qəpik) manat borc, 20 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 35.25 (otuz beş) manat dövlət rüsumunun qalan 15.25 manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar