Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-75/2022 17.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz oğlunun sədrliyi X1 kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Ağdaş rаyоn məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ : İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağdaş şəhəri, H.Əliyev prospektində 2/155 ünvandan keçən d-159 mm-lik diametri olan ortaq təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(014)-2183/2021 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılaraq obyektiv və ədalətli qətnamə qəbul etmək məqsədi ilə iş üzrə mütəxəssis və ekspert rəyinin alınması qərara alınmış, eyni tarixli qərardadla mütəxəssis və ekspert rəyi alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin 18 mart 2022-ci il tarixli məktubuna əsasən smetada göstərilən məbləğin iddiaçı tərəfindən ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr xidmətinə göndəriləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsinin təmin ediləcəyi qeyd edilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-75/2022 saylı qərardadına əsasən icraat təzələnmiş, mülki işin məhkəmə baxışı 05 oktyabr 2022-ci il tarixə saat 09:40-a, 06 oktyabr 2022-ci il tarixə saat 09:35-ə, 02 noyabr 2022-ci il tarixə saat 09:40-a, 14 noyabr 2022-ci il tarixə saat 15:45-ə və xx.xx.2022-ci il tarixə saat 10:00-a təxirə salınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin 18 mart 2022-ci il tarixli məktubuna əsasən smeta İddiaçı ünvanına rəsmi şəkildə göndərilsə də, göstərilən müddət ərzində təqdqiqatının dəyəri ödənilmədiyindən müvafiq mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbələri barədə məhkəməyə rəsmi məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsində göstərilir ki, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 259.0.12.-ci maddəsində qeyd edilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni bахılmаmış sахlаyır. Hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dаir iş üzrə mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi barədə smetada göstərilən məbləğ İddiaçı tərəfindən ödənilmədiyindən və mütəxəssis rəyi məhkəməyə təqdim olunmadığından iddia ərizəsi bахılmаmış sахlаnılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 №-li qərarın 13-cü bəndində göstərilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-in 259.0.12, 260, 263-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə lazımı sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən ərizə bахılmаmış sахlаnılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-75/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-75/2022
17.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver