Məhkəmə qərarları › İş №e-2(014)-77/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-77/2022

06.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-77/2022 06.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı Zaqatala X4 İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli yeraltı qaz kəmərinin 8 (səkkiz) p/m hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq üzərində tikili inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28.09.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Bundan əlavə gələcəkdə insan tələfatı ilə nəticələnə biləcək hər-hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililnin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27.07.2021-ci il tarixli, aktdan görünür ki, Cavabdeh məxsus “Romantik” geyim mağazası d-159 mm diametrli alçaq təzyiqli yeraltı qaz kəmərindən 0,1 metr məsafədə yerləşir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.02.2022-ci il tarixli, № 10/7186 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında X2 məxsus mağaza ilə həmin küçədə mağaza ilə paralel olmaqla yeraltı keçən diametri 159 mm olan aşağı təzyiqli qaz xətti ilə mağazanın divarı arasına olan məsafə 0,6 m təşkil edir və qeyd olunan qaz xətti yeraltı olmaqla uzununa boyunca paralel keçir mağazanın uzunluğu 10 m təşkil edir. ünvan 1 ünvanında X2 məxsus mağaza ilə həmin küçədə mağazaya paralel olmaqla yeraltı keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafə 0,6 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. ünvan 1 ünvanında X2 məxsus mağaza ilə həmin küçədə mağazaya paralel olmaqla yeraltı keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafə 0,6 m təşkil etdiyinə görə, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaz xəttinin mühafizə zonasının pozulan hissəsində xəttin yerinin dəyişdirilməsi məsələsi müvafiq qurumlarla razılaşdırılıb və lahiyə hazırlandıqdan sonra mümkün ola bilər. İşin materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 13 oktyabr 2021-ci il tarixli ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında müasir tipli mağazanın tikintisi müvafiq texniki şərtlər alındıqdan sonra məqsədəuyğun hesab edilmişdir. Lakin həmin sənədlərə İddiaçınə müraciət haqqında heç bir sənəd əlavə edilməmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında Cavabdeh məxsus mağaza həmin küçədə mağazaya paralel olmaqla yeraltı keçən d-159 mm diametrli aşağı təzyiqli yeraltı qaz kəmərinin 8 (səkkiz) p/m hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq üzərində inşa edilmişdir. Hazırda İddiaçı Cavabdeh tərəfindən Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi qadağandır. Həmçinin, sözügedən qaydalara əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə yeraltı aşağı təyziqli qaz kəmərlərinin binalara və tikintilərə qədər olan məsafə (mühafizə zonası) 2 metr təyin olunmuşdur (həmin Qərara 2 saylı əlavə). “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli Fərmanının 10-cu bəndinə əsasən şəhər (rayon) icra hakimiyyəti orqanlarına, xüsusilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinə tapşırılmışdır ki, elektrik xətləri və kabelləri, qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikintilər aparılması hallarının qarşısını qəti şəkildə alsınlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Ağdaş şəhəri, M. Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili (mağaza), cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmalı və 10 (on) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mmlik diametri olan aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili (mağaza) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılsın. Cavabdeh 10 (on) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar