Məhkəmə qərarları › İş №e-2(014)-775/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-775/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-775/2025 05.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 259 manat məbləğində əsas borc, 53 manat faiz borcu olmaqla, ümumilikdə 312 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh ünvanı ünvan 1rmasiya Sistemindən əldə edilmiş portal məlumatından görünür ki, Cavabdeh qeydiyyat yeri Ucar rayonu, Qazıqumlaq kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-4.2-ci maddəsinə əsasən bu məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulduğundan iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı və iddiaçıya izah olunmalıdır ki, hazırki iddia ərizəsi ilə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Ucar Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 05 mart 2025-ci il tarixli, № **********25 nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 və ya AsanPay vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 05 mart 2025-ci il tarixli, № **********25 nömrəli qəbzlə, Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 və ya AsanPay vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri qaytarılsın. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar