Məhkəmə qərarları › İş №e-2(014)-780/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-780/2025

04.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-780/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı Azərişıq ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2635 manat borc və ödənilmiş 46,75 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısının bir tipli xx.xx.2024-cü il tarixli ******* saylı müqaviləsinə əsasən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2025-ci il tarixə 2635 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən məişət abonenti ilə enerji təchizatı müəssisəsi arasında elektrik enrjisinə görə hesablaşma dövrü 1 ay müəyyən edilir. Əgər göstərilən müddət ərzində məişət abonenti tərəfindən elektrik enrjisinin dəyəri ödənilməzsə həmin evə verilən elektrik enerjisinin təchizatı dayandırılmalıdır. Həmçinin həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadə mübahisəli məsələlər yatardıqda, enerji təchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Əlavə olaraq bildiririk ki, hər il abonentlə enerji təchizatı müəssisəsi arasında bir tipli alqı-satqı müqaviləsi bağlanaraq yenilənir. Cavabdeh Ağdaş şəhəri, Hapıtlı kəndi yaşadığı fərdi evinə enerji təchizatə müəssisəsinin əməkdaşı (nəzarətçi mühəndis) tərəfindən hər ay istehlakçıları elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəriciləri məsafədən “mini kompüter” vasitəsi ilə oxunur və istehlakçıya ay ərzində istehlak edilmiş elektrik enerjisinin miqdarı və dəyəri, ümumi borcu göstərilən “bildirişxəbərdarlıq” təqdim edilir. Lakin buna baxmayaraq onun tərəfindən göstərilən məbləğ bu günə kimi ödənilməmiş və qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh məhkəmə iclasına 10 aprel 2025-ci il tarixdə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, ərizəçi "Azərişiq" Açiq Səhəmdər Cəmiyyəti mənə qarşı məhkəmədə iddia qaldıraraq məndən 2635 (iki min altı yüz otuz beş) manat borc və ödənilmiş 46,75 manat pul alınaraq "Azərişiq" X11 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsində göstərilən 2635 (iki min altı yüz otuz beş) manat borc və ödənilmiş 46,75 manat pul məbləğini razı deyili və aşağıdakılara əsasən ərizədə göstərilən həmin məbləğdə tutulmasını əsassız və qanunsuz hesab edir. Belə ki, o Cavabdeh Ağdaş rayonu Ovuculu kəndində olan evdə yaşamır. Həmin evdə məcburi köçkün 85 yaşlı qoca anası X1 Novruz Arif oğlu ilə birlikdə yaşayır. X15 anası Tərlanı 8-9 ildir ki qəyyumluğa götürüb saxlayır. Onun anasıla heç bir əlaqəsi yoxdur. Evin elektrik məftilləri köhnə naqillərdən ibarətdir. Ağacların arasında çəkilibdir. Külək, yağış, olan kimi qısa qapanma olur. Dəfələrlə İşıq idarəsinə anam Tərlan Muxtarova tərəfindən müraciət edilsə də baxmayıblar. (fotoşəkillər əlavə olunur). 10 il olar ki, o Ağdaş rayonu Ovuculu kəndində olan evdə yaşamır. Ailə üzvüləri ilə birlikdə Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Vətən” Mehmanxanasına köçüb məcburi köçkün kimi məskunlaşaraq yaşayır. Ailə üzvləri də məcburi köçkündür. (Məcburi köçkünlük arayışı əlavə olunur). Həmçinin qeyd edir ki, 2-ci qrup əlildir. Banka krediti var. Ödəyə bilmir. (EmbaFinans bankın bank hesb vərəqəsi əlavə olunur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh 3 dəfə elektrikdən xəttindən kənar qoşulma edərək elektrikdən istifadə etmişdir və borcu yaranmışdır. Cavabdehin 2015- 2024-cü illər üzrə 6455 manat borcu olmuşdur. Məcburi köçkün olduqlarına görə 3306 manatı silinmişdir. Elektrik enerjisi kəsildiyindən 11 iyul 2024-cü il tarixdə 300 manat məbləğində ödəniş etmişdir. Ona görə də, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, 7-8 ildir ki, Gəncə şəhərində yaşayır. Həmin evdə anası nəvəsi ilə birlikdə yaşayır. Həmin evdə 1 lampa yanır və qış aylarında soyuducunu işlətmirlər. Ona görə də bu qədər borc yarana bilməz. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 izahat verərək bildirdi ki, o, həmin kənd üzrə Azərişəq ASC-nin nümayəndəsidir. Cavabdeh kənar xətdən istifadə edir. Sayğac 150-160 m evdən uzaq yerləşir. 1-ci dəfə kənar xətt çəkiləndə kabel tələb etmişlər. 2023-cü ilin oktyabrın 1-də tərtib olunmuşdur. Digəri də 2024-cü il tarixdə tərtib edilmişdir. 300 manatı anası ödəmişdir. Kənar xətdən istifadə etməyəcəyini bildirmişdir. Sayğaca baxış keçirən zaman yandığını görmüşlər. Sayğacın dəyişdirilməsi üçün akt tərtib olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli R 259526 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00046) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent elektrik sayğacını dövrədən çıxararaq birbaşa kənar qoşulma edərək elektrik enerjisindən istifadə edir. Kənar qoşulma elektrik dayağının başında aparılmışdır. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli 259526 saylı icra vərəqindən görünür ki, 90 gün müddətinə 9072 kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 1179.36 manat müəyyən edilmişdir. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli R 297417 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00046) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent EEİQ-ni pozaraq sayğacın çıxış xəttini dayağın yuxarı hissəsindən dövrədən ayıraraq dayağın yuxarı giriş hissəsindən birbaşa kənar xətt çəkərək evində istifadə etmişdir. Xətt yuxarıdan qoşulduğu üçün ampermaşa ilə ölçü aparıla bilmədi. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli 297417 saylı icra vərəqindən görünür ki, 45 gün müddətinə 4158 kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 540.54 manat müəyyən edilmişdir. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli R 355604 saylı aktdan görünür ki, həmin tarixdə "xxxx" ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00046) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğaca baxış keçirilən zaman məlum oldu ki, abonent sayğacın giriş xəttini 0.4 kvlıq şəbəkədən kənarlaşdıraraq əavə naqildən istifadə edərək, birbaşa kənar əxtdən istifadə edirdi. Kənar qoşulma dayağın yuxarı hissəsində olduğu üçün ampermaşa ilə ölçü götürmək mümkün olmamışdır. İş materiallarında olan 09 sentyabr 2024-cü il tarixli 355604 saylı icra vərəqindən görünür ki, 60 gün müddətinə 3125 kvt saat miqdarında itirilmiş elektrik enerjisi dəyəri 378.25 manat müəyyən edilmişdir. İşin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2024-cü il tarixli ******* saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 3-cü bəndinə əsasən məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli abunə haqqında arayışdan görünür ki, Ağdaş rayonunun Hapıtlı kəndində yerləşən Cavabdeh yaşadığı mənzilə 2635 manat borc hesablanmışdır. İşin materiallarında olan Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə Sektorunun 08 aprel 2025-ci il tarixli 577 saylı arayışından görünür ki, Muxtarov X9 rayonundan məcburi köçkündürvə hal-hazırda Gəncə şəhəri Ş.Hüseynov küçəsi Vətən mehmanxanasında məskunlaşmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehdən elektrik enerjisinin istehlak edilməsi ilə əlaqədar 2635 manat pul tələb olunsa da, həmin məbləğin 259 manat 26 qəpik və limitdən artıq 20 manat 84 qəpik hissəsi işıqdan istifadəyə görə sayğac borcu, 13 mart 2019-cu il tarixli akt əsasında hesablanmış 186.27 manat və dəyişdirilmiş sayğacın bədəli 144,18 manat, 08 aprel 2022ci il tarixli akt əsasında 90 gün müddətinə 9072 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin dəyəri 1179.36 manat, 07 iyul 2023-cü il tarixli R 297417 saylı akt əsasında 45 gün müddətinə 4158 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin dəyəri 540.54 manat, 09 sentyabr 2024-cü il tarixli R 355604 saylı akt əsasında 60 gün müddətinə 3125 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin dəyəri 378.25 manat müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd ki, borcun 13 mart 2019-cu il tarixli akt əsasında hesablanmış 186.27 manat və dəyişdirilmiş sayğacın bədəli 144,18 manat hissəsinə münasibətdə iddiaçı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, hətta kənar xəttdən istifadəyə və sayğacın dəyişdirilməsinə dair akt belə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə borcun 08 aprel 2022-ci il tarixli akt əsasında 90 gün müddətinə 9072 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin dəyəri 1179.36 manat, 07 iyul 2023-cü il tarixli R 297417 saylı akt əsasında 45 gün müddətinə 4158 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin dəyəri 540.54 manat hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə kənar xəttdən istifadəyə dair akt təqdim etsə də həmin akt cavabdeh tərəfindən imzalanmamış və kənar xəttdən istifadəyə dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə 09 sentyabr 2024-cü il tarixli R 355604 saylı akt əsasında 60 gün müddətinə 3125 kvt saat miqdarında itirilmiş elektrik enerjisinin dəyəri 378.25 manat hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə kənar xəttdən istifadəyə dair akt təqdim etsə də həmin akt cavabdeh tərəfindən imzalanmamış, kənar xəttdən istifadəyə dair hər hansı sübut və ya cavabdehin inzibati məsuliyyətə cəlb olunmasına dair qərar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X4 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X4 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 8.32-ci bəndinin 2-ci hissəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yainız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kırni istinad etdiyi halları sübut etrnəlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 280,10 manat borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən –istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsində qeyd edilir ki, iddia qiyməti 1000 (min) manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 280 (iki yüz səksən) manat 10 (on) qəpik pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar