Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-790/2022 31.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İB iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00010 saylı qaz hesabında xx.xx.2022-ci il tarixə ödənilməmiş 1355.62 manat borc vardır. Tələb edilən borcun 292.90 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1062.72 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Tələbdə göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 292.90 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Kotanarx kəndindəki mənzilində xx.xx.2022-ci il tarixdə istismardan açılan Elster-G4 markalı 11470799 nömrəli sayğacın 18931 m3 göstəricisi ilə müəyyən edilmişdir. Qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1062.72 manat həcmindəki borc Cavabdeh yaşadığı Ağdaş rayonu, Kotanarx kəndindəki mənzilində istismarda olmuş G-4 markalı 11470799 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsi ilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2021-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan G-4 markalı 11470799 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz işlədicilərindən 32 kv Kombi qızdırıcı avadanlığı maksimal saatllıq qaz sərfi 3.5 m3/saat, sutkalq iş recmi 24 saat hesabat müddəti 90 gün, qaz piltəsi PQ2-nin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, sutkalıq iş recmi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 8856 m3 (və ya 1062.72 manat) həcmində müəyyən edilmişdir. Odur ki, cavabdeh Ağdaş rayonu, Kotanarx kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 292.90 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1062.72 manat borcun, 33.55 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının ümumilikdə 1389.57 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı İB-in nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Zaqatala RQİİ-dən Cavabdeh qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İş materiallarına əlavə edilmiş Cavabdeh adına olan abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilə görə 1355.62 manat borcu var, həmin borcdan 1062.72 manat qalıq və aktlar üzrə olan borcdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşayış sahəsinin qaz təsərrüfatına baxış keçirilərkən sayğacdan əvvəl diametri 15 mm dəmir boru ilə əlavə xətdən istifadə etdiyi aşkar edilmiş, tələb isə əlavə xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanaraq ödənilməsidir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 2(014)-503/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı İB-yə qarşı təbii qazdan istifadəyə, sayğacın dəyişdirilməsinə görə qanunsuz hesablanaraq abonentin koduna vurulmuş borcun ləğvi haqqında iddia əriziəsi ilə məhkəmə müraciət etmiş, Cavabdeh iddiası qismən təmin edilərək - İddiaçı İB-in X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən əsassız hesablanaraq iddiaçı Cavabdeh **********00010 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 1062.72 manat borcun 2/3 hissəsi, yəni 708 manat 48 qəpik (yeddi yüz səkkiz manat, qırx səkkiz qəpik) borcun silinməsi, cavabdeh İddiaçı İB-dən 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, İddiaçı İB-nin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verimiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-881/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(014)-503/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - yəni ******* saylı akt əsasında qanunsuz hesablanaraq iddiaçının abonent koduna vurulmuş 708 manat 48 qəpik borcun silinməsi və cavabdeh İddiaçı İB-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi hissələrində ləğv edilməsi, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissələrdə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hğquq və azadlgqlargndan bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasgngn Konstitusiyasgna və qanunlargna əməl etməli, başqa şəxslərin hğquq və azadlgqlargna hürmət bəsləməli, qanunla mğəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat və iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş XS-də istehlakçı kimi qeydiyyatda olan Cavabdeh özünə məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Belə ki, istehlakçı Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən **********00010 saylı qaz hesabında sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 292.90 manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1062.72 manat, ümumilikdə 1355.62 manat borc yaranmışdır. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1355 manat 62 qəpik borc, ödənilmiş 33 manat 55 qəpik dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 292.90 manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1062.72 manat, ümumilikdə 1355.62 manat borc, 33.55 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat xidmət haqqı, cəmi 1389 manat 57 qəpik (bir min üç yüz səksən doqquz manat əlli yeddi qəpik) tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №e-2(014)-790/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-790/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver