Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-792/2022 10.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 230.40 manat məbləğin tutulması tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya hüququ əsasında 230.40 manat məbləğin tutulması tələbi haqqında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, 02.02.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford Focus” markalı ** DR *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkət edən zaman manevr etmə qaydalarını pozmuş, nəticədə, “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, qeyd olunan hadisə ilə bağlı Binəqədi rayon DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı 16.02.2022-ci il tarixli qərarla “Ford Focus” markalı ** DR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın (əks istiqamətli hərəkət edən zolağına çıxmadan manevr etmə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) törədilməsində təqsirkar olduğu müəyyən edilmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə 200 manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS220357 saylı 23.02.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, Cavabdeh 200 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ümumilikdə 230.40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddianın qiyməti beş min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, 02.02.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford Focus” markalı ** DR *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkət edən zaman manevr etmə qaydalarını pozmuş, nəticədə, “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Binəqədi rayon DYPŞ tərəfindən tərtib olunmuş TP ******* saylı 16.02.2022-ci il tarixli qərarla “Ford Focus” markalı ** DR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar olduğu müəyyən edilmiş və yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə 200 manat maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən PME********** saylı sığorta şəhadətnaməsinə və İAS220357 saylı 23.02.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən 200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 22.11.2021-ci il tarixədə 12 aylıq müqavilə bağlanmışdır. İşdə olan PME********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, PME********** saylı sığorta şəhadətnaməsinə əsasən “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində zərər dəymişdir. İşdə olan 23.02.2022-ci il tarixli, İAS220357 saylı aktın surətindən görünür ki, yolnəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində zərər dəymiş və "xxxx" ASC tərəfindən 200 manat məbləğində ödəniş edilmişdir. İşdə olan 16.02.2022-ci il tarixli, İXP ******* saylı X2 Protokolun və TP ******* saylı X4 Haqqında Qərarın surətlərindən görünür ki, Ağdaş rayonu, Qaradağlı kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. İşdə olan 02.02.2022-ci il tarixli, 2/3953 saylı və 2/3953 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktların surətlərindən görünür ki, “Ford Focus” markalı ** DR *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh və “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 tibbi müayinədən keçmişlər və sərxoş olmadıqları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Cruze” markalı ** BC *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin miqdarı olan 200 manat "xxxx" ASC tərəfindən ödənildiyindən subroqasiya qaydasında cavabdehdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməlidir. Ödənilmiş tələbin miqdarı nəzərə alınaraq 30.40 manat ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 200 manat sığorta ödənişi və ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 230 manat 40 qəpik (iki yüz otuz manat qırx qəpik) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №e-2(014)-792/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-792/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver