Məhkəmə qərarları › İş №e-2(014)-800/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-800/2025

04.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-800/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X51, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2010-cu ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmiş mərhum X6nın ölümündən sonra ondan ünvan 1 ünvanda yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evindən və 0.06 hektar həyətyanı torpaq sahəsindən ibarət ondan miras qalmış və mərhuma çatası 4/6 hissədə yaşayış evinin və ümumi birgə mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən ona çatası 0.0779 hektar hissəsinin, eləcə də həmin hissələrdən 11 yanvar 1972-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmiş bacım X23 çatası hissələrinin, yəni 4/6 hissədə fərdi yaşayış evinin ona çatası ¼ hissəsinin, 0.06 hektar həyətyanı torpaq sahəsində anamım 0.0779 hektar payının ona çatası ¼ hissəsinin, yəni 0.019 hektar hissəsinin tərəfimdən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xahiş etmişdir ki, 21 iyun 2010-cu ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmiş mərhum X6nın ölümündən sonra ondan ünvan 1 ünvanda yerləşən bir mərtəbəli iki otaqlı fərdi yaşayış evindən və 0.1311 hektar həyətyanı torpaq sahəsindən ibarət ondan miras qalmış və mərhuma çatası 4/6 hissədə yaşayış evinin və ümumi birgə mülkiyyətdə olan 0.1311 hektar həyətyanı torpaq sahəsindən ona çatası 0.0779 hektar hissəsinin, eləcə də 11 yanvar 1972-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmiş bacım X15 0.0076 hektar payının tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum valideynləri X38 ilə X13 birgə nikahlarından 9 nəfər uşaqları xx.xx.1956-cı ilə X52, xx.xx.1958-ci ildə mən, yəni İddiaçı, xx.xx.1959-cu ildə X53, xx.xx.1961-ci ildə X64, xx.xx.1962-ci ildə X29, xx.xx.1964-cü ildə X39, xx.xx.1968-ci ildə Cavabdeh3, xx.xx.1970-ci ildə X65 və xx.xx.1971-ci ildə X40 anadan olmuşdur. Valideynləri ailə qurduqdan sonra ünvan 2 ünvanında qanuni istifadələrində olan 0.1311 hektar həyətyanı torpaq sahəsində bir mərtəbəli, iki otaqdan ibarət ibarət fərdi yaşayış evi tikdirmişlər. Övladların hamısı həmin yaşayış evində anadan olmuşlar. X4 X54 ilə rəsmi nikah qeyd etdirdikən sonra “Əhmədova”, X3 Samid Rauf oğlu ilə rəsmi nikah qeyd etdirməklə evləndikdən sonra “Muradova” soyadlarını qəbul etmişlər. X7 xx.xx.2023-cü il tarixdə Ağdaş rayonunun Binələr kəndində vəfat etmişdir. Onun ölümündən sonra cavabdehlər Cavabdeh4 və Cavabdeh2 ibarət qanun üzrə bininci növbə vərəsələri qalmışdır. X2 23 dekabr 1959-cu ildə, X56 21 mart 1961-ci ildə, X29 20 aprel 1962-ci ildə və X65 1971-ci ildə, bacısı X40 11 yanvar 1972- ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmişlər. Mərhum bacı və qardaşları ailəli olmamışdır. X8 17 noyabr 1990-cı ildə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmişdir. Mərhum atasının ölümündən sonra ondan Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi, 2/9 ünvanında bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi miras qalmışdır. Ölümündən sonra Ağdaş rayon notariat ofisində vərəsəlik işi açılmış, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evinə o və cavabdeh Babayeva (Muradova) Fərqanə Yusif qızı hər birinə 1/6 hissədə, mərhum X6 isə 4/6 hissədə pay almışlar. Ağdaş rayon X22 06 dekabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə ünvan 1 ünvanda yerləşən və qanuni istifadələrində olan 0.06 hektar həyətyanı torpaq sahəsi X6, o, yəni İddiaçı, həyat yoldaşı X66, övladları X31, X67, X41, X42 və X16 ümumi birgə mülkiyyətinə verilmişdir. Bu barədə mülkiyyətçilərin adlarına 4381 nömrə ilə kitabda qeydiyyata alınmış “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə işlənmişdir. X6 xx.xx.2010-cu il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində vəfat etmişdir. Onun ölümündən sonra ondan ünvan 3 ünvanında fərdi yaşayış evinin 4/6 hissəsindən və evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinin 0.0779 hektar hissəsindən ibarət əmlak miras qalmışdır. Bildirir ki, mərhum valideynləri və mərhum bacı qardaşlarının ölümündən əvvəl özlərinə məxsus əmlaklarla bağlı vəsiyyətnamə qoymamışlar. Mərhum anasının ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsində və yaşayış evindən mərhum anasına çatası payına vərəsəlik işinin açılması ilə əlaqədar həmin torpaq sahəsini və fərdi yaşayış evini müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək ümumi birgə mülkiyyət hüquqi əsasında mülkiyyətçilərin adına qeydiyyata aldırmışdır. Həmin həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi dövlət reyestrində adlarına qeydiyyata alınmış və 0.06 hektar həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair adlarına **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Həmin çıxarışa əsasən onun, yəni İddiaçı və cavabdeh Babayeva (Muradova) Fərqanə Yusif qızının payı 1/6 hissədə, torpaq sahəsində isə payı 0.0076, mərhum X6nın fərdi yaşayış evində payı 4/6 hissədə, həyətyanı torpaq sahəsində 0.0779 hektar hissədə, 0.06 hektar torpaq sahəsində X66, X32, X68, X41, X42 və X16 hər birinin payı 0.0076 hektar müəyyən edilmişdir. Məlumat üçün bildirir ki, miras qalmış həmin yaşayış evi və üzərində yerləşən fərdi yaşayış evinin yerləşdiyi rəsmi ünvanı ünvan 4i ərazisi kimi göstərilir. Mərhum X6nın ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakını, o cümlədən yaşayış evindən ona çatası 4/6 hissəsini və ümumi birgə mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən ona çatası 0.0779 hektar hissəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək həmin əmlaklardan təyinatı üzrə istifadə və idarə etməklə miras əmlak kimi qəbul etdiyini nümayiş etdirmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 xx.xx.2023-cü ildə vəfat etmiş mərhum anaları X24 qanun üzrə birinci növbə vərəsələri kimi mərhum anasının ölümündən sonra ondan miras qalmış daşınmaz əmlaklardan mərhum analarına çatası paylarını qəbul etmədiklərini və həmin miras əmlakların tərəfindən qəbul edildiyini şifahi etiraf etsələr də, digər cavabdehlər Babayeva (Muradova) Fərqanə Yusub qızı və Cavabdeh3 ilə münasibətləri soyuq olduğuna görə könülllü olaraq notariat kontoruna gələrək mərhum anasından miras qalmış fərdi yaşayış evinin 4/6 hissəsini və 0.006 hektar həyətyanı torpaq sahəsinin 0.0779 hektar hissəsini faktiki olaraq tərəfindən qəbul edildiyini bildirməmişlər, miras qalmış həmin əmlaklarla əlaqədar mövqelərini bildirməmişlər və qanunla müəyyən olunmuş qaydada və müddətdə aidiyyati üzrə müraciət etməmişlər. Bütün bunlara baxmayaraq cavabdehlər həmin miras əmlaklar faktiki olaraq tərəfindən qəbul edildiyini bildikləri halda vərəsəlik işinin açılması ilə əlaqədar notariat ofisinə gəlməkdən imtina etmişlər. Belə ki, o mərhum anasının ölümündən sonra ondan miras qalmış qeyd edilən yaşayış evi və torpaq sahələrinə vərəsəlik işi açılması üçün Ağdaş rayon notariat ofisinə müraciət etmişdir. Mirasın qəbulu ilə əlaqədar cavabdehlərlə aralarında ixtilaflar olduğuna görə vərəsəlik işi açılmamış, bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhz yuxarıda qeyd etdiyi səbəblərdən hesab edir ki, mərhum anasının ölümündən sonra ünvan 1 ünvanda ondan miras qalmış 4/6 hissədə yaşayış evinin, ümumi birgə mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən ona çatası 0.0779 hektar hissəsinin tərəfindən qəbul edilməsinə dair qətnamə qəbul edilməlidir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, həmin ev atasına məxsusdur. Üç bacı bir qardaş olmuşlar. Atası 1990-cı il tarixdə, anası 2010-cu il tarixdə rəhmətə getmişdir. X9 1 il yarımdır ki rəhmətə getmişdir. Digər bacı-qardaşları uşaq vaxtı rəhmətə getmişdir. X103 Federasiyasında, İlahə Gəncə şəhərində yaşayır. Atasından bir ev qalmışdır. Bacıları ilə aralarında söz-söhbət olmamışdır. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 01 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, iddia tələbi ilə razıdır. Heç bir etirazı yoxdur. Məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh3 01 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirdi ki, iddia tələbi ilə razıdır. Heç bir etirazı yoxdur. Məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. X52 onun anasıdır. Anası rəhmətə getmişdir. Cavabdeh4 ilə iki bacıdırlar. Cavabdehlər və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İ187417-23 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş X25 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. əri- X30 (xx.xx.1936) (vəfat edib), qızı- X55 (xx.xx.1956) (vəfat edib), oğlu – İddiaçı (xx.xx.1958), oğlu- X57 (xx.xx.1959) (vəfat edib), oğlu- X58 (xx.xx.1961) (vəfat edib), oğlu- X29 (xx.xx.1962) (vəfat edib), qızı- Cavabdeh1 (xx.xx.1964), qızı- Cavabdeh3 (xx.xx.1968), oğlu- X72 (xx.xx.1970)(vəfat edib), qızı- X40 (xx.xx.1971)(vəfat edib). İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İ187414-23 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı Kürdəmir Qarakəndli kəndində anadan olmuş X30 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. X21 oğluna (xx.xx.1933) (vəfat edib), qızı- X55 (xx.xx.1956) (vəfat edib), oğlu – İddiaçı (xx.xx.1958), oğlu- X57 (xx.xx.1959) (vəfat edib), oğlu- X58 (xx.xx.1961) (vəfat edib), oğlu- X29 (xx.xx.1962) (vəfat edib), qızı- Cavabdeh1 (xx.xx.1964), qızı- Cavabdeh3 (xx.xx.1968), oğlu- X72 (xx.xx.1970)(vəfat edib), qızı- X40 (xx.xx.1971)(vəfat edib). İşin materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 115 saylı arxiv arayışın surətindən görünür ki, Ağdaş rayon, Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qolqəti kənd Nümayəndəliyinin Qolqəti kəndinə aid olan 2001- 2002-2003-2004-2005-ci illərin 03 təsərrüfatbaşına kitabının 219 saylı təsərrüfatı X59 adına olmaqla təsərrüfatında 1. X83 (ailə başçısı), 2. X82 (oğlu), 3. Cavabdeh1 (gəlini)üstündən xətt çəkilib 2003-cü ildə Ləki Qəsəbəyə getməsi qeyd olunmuşdur. 4. X73 (oğlu) üstündən xətt çəkilib 2003-cü ildə Ləki Qəsəbəyə getməsi qeyd olunmuşdur. 5. X74 (oğlu)üstündən xətt çəkilib 2003-cü ildə Ləki Qəsəbəyə getməsi qeyd olunmuşdur. İşin materiallarında olan Ağdaş RİHB-nın Ləki qəsəbə İƏ üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli 5-32-12/2-576/2024 saylı arayışın surətindən görünür ki, İddiaçı Ləki qəsəbə İƏD-si üzrə nümayəndəliyin təsərrüfatbaşına uçot kitabına əsasən Sabir küçəsi 2/9 saylı ünvanda ona məxsus 341 nömrəli təsərüfatda özü- X69-xx.xx.1958, arvadı- X66 xx.xx.1962, qızı-X43 xx.xx.1995, bacısı- Cavabdeh3 xx.xx.1968, bacısı oğlu-X70 xx.xx.1995 qeyd edilən şəxslər qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon, Maşad kənd soveti tərəfindən verilmiş 05 dekabr 1983-cü il tarixli İİİ-342032 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X54 ilə X52 arasındakı nikah 05 dekabr 1983-cü il tarixdə 31 saylı qeyd ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-69-B-1183/2024 saylı arayışdan görünür ki, X40 11 yanvar 1972-ci il tarixdə vəfat etmişdir.Ölüm haqqında 25 yanvar 1972-ci ildə 09 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ338561 saylı arayışdan görünür ki, X55 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında xx.xx.2023-cü ildə 293 saylı akt qeydi tərtib olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli 3-16-5/8-Ə-69-855/2024 saylı arayışın surətindən görünür ki, Cavabdeh2 xx xxx 1987-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X12, anası X33r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli 05/09İS/061345-24 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş X34 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Əri- X54 (xx.xx.1960), qızı-Cavabdeh4 (xx.xx.1984), qızı-Cavabdeh2 (xx.xx.1987) İşin materiallarında olan Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş 13 sentyabr 1974-cü il tarixli İİ-443618 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 6 noyabr 1958-ci il tarixdə anadan olmuşdur, X8, anası X17r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 noyabr 2022-ci il tarixli 1812/1 saylı arayışın surətindən görünür ki, X56 21 mart 1961-ci ildə Ağdaş rayonu, Ləki Qəsəbəsində anadan olmuşdur. X124 Şəkəralı, X6dır. İşin materiallarında olan Ağdaş rayonu İHB-nın Ləki Qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli 5-32-12/2-28/2025 saylı arayışın surətindən görünür ki, İddiaçı Ləki qəsəbə İƏD-si üzrə nümayəndəliyin təsərüfatbaşına uçot kitabına əsasən o, Sabir küçəsi 2/9 saylı ünvanda ona məxsus 341 nömrəli təsərrüfatda yaşayır. Hal-hazırda adı keçən ünvana (Ləki qəsəbəsi Sabir küçəsi 2/9) məxsus torpaq sahəsi sənədlərdə Nehrəxəlil kəndi kimi göstərilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayon Nehrəxəlil kəndində Yeni qaydalarla: AZ 0315 ünvan 5 ünvanında yerləşən 64.6 kv. metr yaşayış evi üzərində İddiaçı 1/6 hissədə, X44 1/6 hissədə və X14 4/6 hissədə, 0.1311 ha torpaq sahəsi üzərində isə X44, İddiaçı, X66, X35, X68, X41, X42 və X43 0.0076 ha, X19 0.0779 ha payları olmaqla xüsusi mülkiyyətlərindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2024-cü il qeydiyyat tarixli qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qanun üzrə vərəsəlik hüququ haqqında 08 avqust 1992-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 17 noyabr 1990-cı il tarixdə vəfat etmiş X20 əmlakının vərəsələrinin hər biri Ağdaş rayonu, Ləki qəsəbə Sabir küçəsi 2/9-da yaşayan arvadı X30, oğlu İddiaçı, qızı X44 bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir. Ağdaş rayon Ləki qəsəbə Sabir küçəsi 2/9-da 600 km torpaq sahəsində yerləşən, 1967-ci ildə tikilmiş, divarları samanlı kərpiç, üstü şifer, ümumi sahəsi 5.6 kvm, yaşayış sahəsi 69.3 kvm olan üç otaqlı yaşayış evinin ikidə bir hissəsi. İşin materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-553F kod 90314018 saylı şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 06 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə Ağdaş rayon Nehrəxəlil kəndində 0.06 hektar torpaq sahəsi X36, X69, X66, X45, X60, X46, X47 və X26 mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş 23 yanvar 1991-ci il tarixli İİİ-451466 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 17 noyabr 1990-cı il tarixdə vəfat etmişdir. İşin materiallarında olan Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli 235 saylı məktubdan görünür ki, Ağdaş rayon Notariat ofisinə ünvanladığınız ərizədə xx.xx.2010-cu il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 7i ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahələrində sizə çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə mövcuddur. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli 3-16-5/8-69-B-1183/2024 saylı arayışın surətindən görünür ki, X40 11 yanvar 1972-cı il tarixdə vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfidən verilmiş 08 fevral 2025-ci il tarixli 3-16-5/8-69-Ə-170/2025 saylı arayışın surətindən görünür ki, Cavabdeh2 xx xxx 1987-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X12, anası X33r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfidən verilmiş 08 fevral 2025-ci il tarixli 3-16-5/8-69-M-169/2025 saylı arayışın surətindən görünür ki, X61 xx xxxxxxxx 1984-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. X12, anası X33r. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03-16-5/7-288/2025 saylı məktuba əsasən, xx.xx.2023-cü il tarixli AZ-İİ 074506 saylı ölüm haqqında akt qeydindən görünür ki, X57 xx.xx.1959-cu il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, xx.xx.1960-cı il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03-16-5/7-288/2025 saylı məktuba əsasən, xx.xx.2023-cü il tarixli AZ-İİ 074507 saylı ölüm haqqında akt qeydindən görünür ki, X56 xx.xx.1961-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, xx.xx.1961-cı il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03-16-5/7-288/2025 saylı məktuba əsasən, xx.xx.2023-cü il tarixli AZ-İİ 074507 saylı ölüm haqqında akt qeydindən görünür ki, X29 xx.xx.1962-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, xx.xx.1962-cı il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03-16-5/7-288/2025 saylı məktuba əsasən, xx.xx.2023-cü il tarixli AZ-İİ 074507 saylı ölüm haqqında akt qeydindən görünür ki, X65 xx.xx.1970-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, xx.xx.1970-cı il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03-16-5/7-288/2025 saylı məktuba əsasən, xx.xx.2023-cü il tarixli AZ-İİ 074507 saylı ölüm haqqında akt qeydindən görünür ki, X40 xx.xx.1971-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, xx.xx.1972-cı il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş 24 fevral 1956-cı il tarixli 022672 saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X37 arasındakı nikah 24 fevral 1956-cı il tarixdə 4 saylı akt ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş 13 aprel 1974-cü il tarixli ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X69 xx xxxxxx 1958-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X8, X6dır. İşin materiallarında olan Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş 12 iyul 1968-ci il tarixli ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1968-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. X8, X6dır. İşin materiallarında olan Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş 18 avqust 1964-cü il tarixli 629950 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx xxx 1964-cü ildə Ağdaş şəhərində anadan olmuşdur. X10, X6dır. İşin materiallarında olan Ağdaş rayon Ləki qəsəbə soveti tərəfindən verilmiş 23 avqust 1996-cı il tarixli 113332 saylı doğum haqqında şəhaətnamənin surətindən görünür ki, X52 13 avqust 1956-cı ildə Ağdaş şəhərində anadan olmuşdur. X10, X6dır. İşin materiallarında olan 09 iyun 1992-ci il tarixli 1210 saylı arayışın surətindən görünür ki, Ləki qəsəbəsi Sabir küçəsi dalan 2 ev 9-da yaşayan X13 həyat yoldaşı X38 17 noyabr 1990-cı ildə bugündə öldüyü günə kimi aşağıda adları qeyd olunan vərəsələri salamatdır. 1. X30- arvadı, 2. X55, 3. İddiaçı, 4. X57, 5. X62, 6. X29, 7. Cavabdeh1 oğlu,

8. Cavabdeh3, 9. X65, 10. X27r. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X30 21 iyun 2010-cu il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – X30 21 iyun 2010-cu il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X30 21 iyun 2010-cu il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan ünvan 8 ünvanda daimi yaşadığından və daşınmaz əmlak ünvan 8 ünvanda yerləşdiyindən mirasın açıldığı yer ünvan 8 ünvandır. Miras əmlaka X30 öldüyü məqamadək malik olduğu ünvan 8 ünvanda fərdi yaşayış evinin 4/6 hissəsindən və evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinin 0.0779 hektar hissəsindən ibarət əmlak daxildir. Məhkəmə araşdırması zamanı miras qoyan X13 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mərhum anasının ölümündən sonra ondan miras qalmış həyətyanı torpaq sahəsində və yaşayış evindən mərhum anasına çatası payına vərəsəlik işinin açılması ilə əlaqədar həmin torpaq sahəsini və fərdi yaşayış evini müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək ümumi birgə mülkiyyət hüquqi əsasında mülkiyyətçilərin adına qeydiyyata aldırmış, həmin həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi dövlət reyestrində adlarına qeydiyyata alınmış və 0.06 hektar həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair adlarına **********21-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Həmin çıxarışa əsasən iddiaçının və cavabdeh Babayeva (Muradova) Fərqanə Yusif qızının payı 1/6 hissədə, torpaq sahəsində isə payı 0.0076, mərhum X6nın fərdi yaşayış evində payı 4/6 hissədə, həyətyanı torpaq sahəsində 0.0779 hektar hissədə, 0.06 hektar torpaq sahəsində X66, X32, X68, X41, X42 və X16 hər birinin payı 0.0076 hektar müəyyən edilmişdir. Miras qalmış həmin yaşayış evi və üzərində yerləşən fərdi yaşayış evinin yerləşdiyi rəsmi ünvanı ünvan 9i ərazisi kimi göstərilmişdir. İddiaçı mərhum X6nın ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakını, o cümlədən yaşayış evindən ona çatası 4/6 hissəsini və ümumi birgə mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən ona çatası 0.0779 hektar hissəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək həmin əmlaklardan təyinatı üzrə istifadə və idarə etməklə miras əmlak kimi qəbul etdiyini nümayiş etdirmişdir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qanuni əsası olduğundan qismən təmin edilməli, X1 ölümündən sonra ünvan 8 ünvanda yerləşən evdən mərhuma çatası paydan İddiaçı 4/24 hissədə, Cavabdeh3 4/24 hissədə, Cavabdeh1 4/24 hissədə, X28 vərəsələri (Cavabdeh2 və Cavabdeh4) 4/24 hissədə, ümumi birgə mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən 0.0779 hektar hissəsindən İddiaçı, Cavabdeh3, Cavabdeh1 və X28 vərəsələri (Cavabdeh2 və Cavabdeh4) hər birinə ¼ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 ölümündən sonra ünvan 8 ünvanda yerləşən evdən mərhuma çatası paydan İddiaçı 4/24 hissədə, Cavabdeh3 4/24 hissədə, Cavabdeh1 4/24 hissədə, X28 vərəsələri (Cavabdeh2 və Cavabdeh4) 4/24 hissədə, ümumi birgə mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən 0.0779 hektar hissəsindən İddiaçı, Cavabdeh3, Cavabdeh1 və X28 vərəsələri (Cavabdeh2 və Cavabdeh4) hər birinə ¼ hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiаçılara аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin.

Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar