Məhkəmə qərarları › İş №e-2(014)-817/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №e-2(014)-817/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № e-2(014)-817/2022 30.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş şəhəri, M.İsayev küçəsində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 481.45 manat borcun, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 432 manat borcun, əvvəlcədən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İş materaillarına əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 494.65 manat sayğac göstəricisinə görə borcun və 15 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının əvəzi, cəmi 510.05 manat pulun İddiaçı İB-nin xeyrinə ödənilməsi, Ağddaş Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı İB-nin X1 İstismar İdarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktlara əsasən əsassız hesablanaraq iddiaçı Cavabdeh **********02970 saylı abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 432 manat borc silinməsi qət edilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri olduğu üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərələrin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar